Məhkəmə qərarları › İş №2-1(122)-369/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-369/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-369/2024 01.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ''Konya” Kiçik Tikinti Müəssisəsi Naxçıvan MR Təhsil Nazirliyinin təmir tikinti idarəsinin xx.xx.1990-cı il, 184 №-li əmrinə əsasən Naxçıvan MR Təhsil Nazirliyinin təmir tikinti idarəsinin nəzdinə yaradılmış və Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin 09 №-li, xx.xx.1991-ci il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Naxçıvan MR Xalq Təhsil Nazirliyinin Təsərrüfat hesablı Təmir Tikinti İdarəsinin X2 xx.xx.1991-ci il tarixli iclas protokolu ilə Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin "xxxx" kiçik müəssisəsinin təsisçilik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bundan sonra "xxxx" Kiçik Tikinti Müəssisəsi Naxçıvan MR Təhsil Nazirliyinin təmir tikinti idarəsinin nəzdindən çıxaraq müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Naxçıvan MSSR Xalq Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin 04.1991-ci il tarixli, 19 №-li məktubuna əsasən Xalq Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin istifadə etmədiyi 0.4 ha (35x115m) torpaq sahəsinin "xxxx" Kiçik Tikinti Müəssisəsinə verilməsinə etiraz edilməmişdir. Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №li qərarına əsasən, Naxçıvan MSSR Xalq Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin 04.1991-ci il tarixli, 19 №-li razılıq məktubuna və "xxxx" Kiçik Tikinti Müəssisəsinin nizamnaməsinə əsasən Tusi küçəsində Xalq Təhsil Nazirliyinin təmir tikinti idarəsinin həyətindəki 80x30=2400 kv.m sahə "xxxx" Kiçik Tikinti Müəssisəsinin istifadəsinə verilmişdir. "xxxx" kiçik müəssisəsinin rəhbərliyinin dəyişdirilməsi haqqında xx.xx.1999-cu il tarixli protokola əsasən təsisçi dəyişikliyi barədə qərar qəbul edilmiş və xx.xx.1999-cu il tarixində "xxxx" Kiçik Tikinti Müəssisəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 040 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" kiçik müəssisəsinin Təsisçilər şurasının iclas protokoluna əsasən "xxxx" kiçik müəssisəsinin adının "xxxx" MMC olaraq dəyişdirilməsi və "xxxx" Kiçik Tikinti Müəssisəsinin hüquqi varisi olaraq qeydiyyata alınması barədə qərara qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, ********** dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Kiçik Tikinti Müəssisəsinin hüquqi varisi olan "xxxx" MMC dövlət qeydiyyatına alınmışdır. İddiaçı bildirir ki, "xxxx" MMC "xxxx" Kiçik Tikinti Müəssisəsinin hüquqi varisidir. Yuxarıda da göstərildiyi kimi hüquqi əsaslarla Tusi küçəsində Xalq Təhsil Nazirliyinin təmir tikinti idarəsinin həyətindəki 80x30=2400 kv.m sahə "xxxx" Kiçik Tikinti Müəssisəsinin istifadəsinə verilmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq hüquqi varis olan "xxxx" MMC bu torpaqdan istifadə hüququna malikdir. X5 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 06/N-76 saylı məktubundan da göründüyü kimi, müvafiq torpaq sahəsi Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarına əsasən “X3 Sənaye Kompleksi” MMC-nin mülkiyyətinə verilmiş və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bunlar hüquqi şəxs kimi "xxxx" MMC-nin qanunvericiliklə müəyyən edilmiş bir sıra hüquqlarının pozulmasına səbəb olur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 23 noyabr 2023cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, 26 oktyabr 2023-cü il tarixli, e-2-1(122)- 1474/2023 nömrəli yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə riayət olunmadığı izah olunmuş, məhkəməyə göndərilmiş iddia ərizələrində iddiaçı və cavabdeh inzibati orqanların adlarının fərqli göstərildiyi bildirilmiş, ərizədə yol verilən nöqsanların aradan qaldırılması üçün müddət təyin edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş xx.xx.2023-cü il tarixli yeni iddia ərizəsi göndərərək Cavabdehnə qarşı Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yenidən yardım məktubları ünvanlanaraq, Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarının ona məlum olduğu anı müəyyən etməyə imkan verən və 8468 kv.m torpaq sahəsinin "xxxx" kiçik tikinti müəssisəsinin mülkiyyətində olmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 01 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə onlara göndərilən yardım məktublarından xəbərdar olduqlarını, onlara sorğular nəticəsində mübahisələndirilən qərarın iyul aylarında məlum olduğunu, qərar onlara məlum olan andan 6 ay ərzində iddia qaldırdıqlarını, ona görə də prosessual müddətin buraxılmadığını bildirib, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: . 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi dəqiq və düzgün ifadə olunmamış, iddia tələbi iki hissədən ibarət olmuşdur. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarının surətindən aydın olur ki, Naxçıvan şəhərinin N.Tusi küçəsində yerləşən 8468,0 m2 torpaq sahəsi 12300 manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ Cavabdeh Kapital Bankdakı hesabına ödənildiyindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.3.3-cü maddəsinə əsasən “X3 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 06/N-76 saylı məktubundan məlum olur ki, 8468 m2 torpaq sahəsi Cavabdeh xx.xx.2012-ci tarixli, 64/85 nömrəli qərarına əsasən “X3 Sənaye Kompleksi” MMC-nin mülkiyyətinə verilmiş və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarına əsasən məlum olunur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının mübahisə predmeti olan obyektin hüquqi rejimi ilə 11 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mübahisə predmetinə dair məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdeh orqanın qərarının qanunla müəyyən olunmuş müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan qərarla onun hüququnun məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021) Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbinin birinci hissədə mümkün sayılmaması tələbin həmin hissəsinin də mümkünsüzlüyünə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 209 №-li qərarına əsasən "xxxx" kiçik tikinti müəssisəsinin istifadəsinə verilmiş, Tusi küçəsində yerləşən Xalq Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin həyətində 80x30=2400 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə 8468 kv.m torpaq sahəsinin “X3 Sənaye Kompleksi”-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh xx.xx.2012-ci il tarixli, 64/85 nömrəli qərarın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar