Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-37/2020 27.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X10, üçüncü şəxs X11 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı və iddiaçının vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X16 ailə başçısı olmaqla 1969-1971ci illərə dair təsərrüfatbaşına kitabda adına Naxçıvan şəhəri, Bulqan kəndində 0.20 ha torpaq sahəsi qeydiyyata alınmış (xx xxxxxx 2019-cu il tarixli arxiv arayışı əlavə olunur) həmin torpaq sahəsində fərdi yaşayış evi tikilərək ailəsi ilə birlikdə yaşaması üçün atası X5 verilmişdir. Atası 1971-ci ildə, anası isə 1984-cü ildə dünyasını dəyişmişlər. Ona və qardaşı X6 1990-cı ildə atalarından miras qalmış 0.20 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi tən yarıdan iki hissəyə bölünərək yaşamaları üçün hər birinə 0.10 ha torpaq sahəsi və üzərində olan evin bir hissəsinə texniki pasport rəsmiləşdirilməklə mülkiyyətlərinə verilmişdir. Onun bir neçə il Türkiyə Respublikasında işləyib və yaşamağından istifadə edərək X40 torpaq sahəsinin sərhədlərini dəyişdirərək onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini və üzərində olan yaşayış və qeyriyaşayış binalarını əsassız olaraq onun razılığı və xəbəri olmadan Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-521 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə rəsmiləşdirilməklə 0.14 ha həyətyanı torpaq sahəsi qardaşı X3 mülkiyyətinə verilmişdir. O, Türkiyə Respublikasından daimi yaşamaq üçün Bulqan kəndinə qayıtdıqdan sonra qardaşının həyat yoldaşı X9 Rayon X25 xx xxxxx 1999cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-520 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən saxtalaşdırılmış Şəhadətnaməni ona təqdim etmişdir. Bununla da o, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən və üzərində olan yaşayış və qeyriyaşayış binalarından məhrum olunmuşdur. X40 2017-ci ildə vəfat etmişdir. Mərhum X40in varisi X32 isə öz mülkiyyətini və qanunsuz əldə olunmuş onun mülkiyyətinin bir hissəsini X17 bağışlamışdır. X32 2019-cu ilin mart ayında vəfat etmişdir. X22 miras qalmış əmlakın və onun mülkiyyətində olan torpağının və daşınmaz əmlakının bir hissəsini saxta sənədlərlə əldə edərək satacağını bildirmişdir. Aparılmış qeydiyyatın ləğv olunmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab olunması barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunması üçün göndərdiyi ərizəyə xx xxxxxxx 2019-cu il tarixli, 513 nömrəli məktubla müsbət cavab verilməyərək belə mübahisələrin həllinin məhkəmənin qərarı əsasında aparıldığı bildirilmişdir. Ona görə də Babək Rayon X25 xx xxxxx 1999- cu il tarixli, 29 nömrəli qərarına əsasən onun və mərhum qardaşı Nadirin əmlakı barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü və dəqiqləşdirilməklə yaşayış və qeyriyaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx xxxx 2020-ci il tarixli, 115 nömrəli məktubla iddiaya qarşı münasibət bildirilmişdir ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli X25 təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı adına 0.1 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Babək Rayon X25 xx xxxxxx 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1040.12 m2 həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Qonşu torpaq mülkiyyətçiləri X3 adına 0.1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1411.54 m2, X4 adına isə 0.2 ha hüquqi torpaq sahəsi qeyd edilmiş və JN-519A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1756.48 m2 həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. X3 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X2 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli, 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 1411.54 m2 torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164.64 m2 torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 1164.64 m2 torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binaları X32 tərəfindən X17 bağışlanılmışdır. Digər qonşu X1 Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4/Ə-02-S88 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında mülkiyyətində olan 1756.48 m2 torpaq sahəsini və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binalarını oğlu Məhərrəm Mirzəyevə bağışlamışdır. X19 1756.48 m2 torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx xxxxxxxx 2012-ci il tarixli ərizəsi əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15529 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” hazırlanaraq ona təqdim olunmuşdur. İddiaçı şikayəti ilə əlaqədar torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə natura arasında uyğunsuzluq olduğu və müvafiq qanunvericiliyin tələbləri ona izah olunmuş, araşdırmanın nəticəsi ilə bağlı akt tərtib edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- (122)-37/2020 nömrəli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında iddia ərizəsində yazılanları müdafiə edərək, X25 qərarı əsasında qeydiyyatın aparıldığını, həmin qərardan narazı olmadığını, qərar əsasında qeydiyyatın düzgün aparılmadığını, X25 qərarının düzgün olduğunu, onu mübahisələndirmədiyini, onun daşınmaz əmlak tərəfindən qanunsuz aparılmış qeydiyyatın ləğvini istəyərək, texniki pasportuna əsasən çıxarışın verilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili Vəkil1 izahatında iddia ərizəsində yazılanları və iddiaçının dediklərini müdafiə etdiyini, daşınmaz əmlak tərəfindən qeydiyyatın düzgün aparılmadığını, daşınmaz əmlak tərəfindən qanunsuz aparılmış qeydiyyatın ləğvini və texniki pasporta əsasən çıxarışın verilməsini istədiklərini bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X23 izahatında məhkəməyə göndərdikləri məktubda yazılanları müdafiə etdiyini, İddiaçı şikayəti ilə əlaqədar torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə natura arasında uyğunsuzluq olduğunu və müvafiq qanunvericiliyin tələblərinin ona izah olunduğunu, araşdırmanın nəticəsi ilə bağlı akt tərtib edildiyini bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs qismində X22 izahat verərək, İddiaçı iddiası üzrə ona texniki pasportu əsasında çıxarışın verilməsinə, yəni tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin vəkili Vəkil2 izahatında vəkili olduğu şəxsin dediklərini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmişdir. İddia ərizəsinə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, 513 nömrəli məktubu, JN- 520A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surəti, 107 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surəti, xx xxxxxx 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışları, xx xxxxxx 2019-cu il tarixli, 1918 nömrəli qeydiyyatla bağlı arayış, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4- cü maddələri). X26 Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 3 İddiaçı ünvanlandığı xx xxxxxxx 2019-cu il tarixli, 513 nömrəli məktubundan müəyyən olunur ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli X25 təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Komitənin məlumat bazasında onun adına 0.1 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Babək Rayon X25 xx xxxxxx 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1040.12 m2 həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Qonşu torpaq mülkiyyətçiləri X3 adına 0.1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1411.54 m2, X4 adına isə 0.2 ha hüquqi torpaq sahəsi qeyd edilmiş və JN-519A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1756.48 m2 həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. X3 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X2 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli, 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 1411.54 m2 torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164.64 m2 torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 1164.64 m2 torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binaları X32 tərəfindən X17 bağışlanılmışdır. Digər qonşusu X1 Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4/Ə-02-S88 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında mülkiyyətində olan 1756.48 m2 torpaq sahəsini və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binalarını oğlu Məhərrəm Mirzəyevə bağışlamışdır. X19 1756.48 m2 torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx xxxxxxxx 2012ci il tarixli ərizəsi əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15529 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” hazırlanaraq ona təqdim olunmuşdur. Şikayət ilə əlaqədar naturada torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə naturada uyğunsuzluq olduğu və müvafiq qanunvericiliyin tələbləri onlara izah olunmuş, araşdırmanın nəticəsi ilə bağlı akt tərtib edilmişdir. İş materiallarında olan JN-520A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə 0.10 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 107 inventar nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5ində yerləşən ev texniki pasportda İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışından müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1969-1971-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında mərhum X12 ailə başçısı olmaqla adına 0.20 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışından müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1991-1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışından müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1991-1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında mərhum X20 ailə başçısı olmaqla adına 1990-1992-ci illərdə 0.10 ha, 1993-1995-ci illərdə 0.01 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1918 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx xxxx 1972-ci il tarixdə ünvan 5ində doğulmuş İddiaçı Naxçıvan şəhəri, Bulqan kəndində yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0.1164 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5802 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0.1164 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5802 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş ünvan 5 ünvanında qeydiyyatda olan X24 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlandığı xx xxxxxx 2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, mərhum həyat yoldaşı X3 adına olan Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən torpaq sahəsi JN-521A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə 1411.5 m2 göstərilsə də faktiki olaraq yerində 1164.64 m2 təşkil etdiyindən həyətyanı sahənin faktiki vəziyyətə uyğun sənədləşməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Araz kolxozunun xx xxxxxxxx 1999-cu il tarixli, 2 nömrəli protokoluna əlavə olunan siyahıdan müəyyən olunur ki, Araz kolxozunun həmin tarixli iclasında X7 0.10 ha, X6 0.10 ha və X8 0.20 ha torpaq payının ölçülüb verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 100 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 7 ünvanı texniki pasportda X11 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 702567 nömrəli, xx xxxxxx 2019-cu il tarixli arayışından müəyyən olunur ki, X20 xx xxxxxx 2017-ci ildə Naxçıvan şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 3 İddiaçı Komitəyə ünvanlandığı xx xxxxx 2019-cu il tarixli ərizəsi araşdırılmış və naturada baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bulqan kənd sakini İddiaçı Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixdə 29 saylı qərarı ilə 1040.12 m2 həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş, hüquqi torpaq sahəsi isə 0.10 ha qeyd olunmuşdur. Qonşu mülkiyyətçi X6 müvafiq qərarla 1411.54 m2 (hüquqi sahə 0.10 ha), X8 isə 1756.48 m2 (hüquqi sahə 0.20 ha) torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Naturada baxış zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman kəndin yerquruluşu planı tərtib olunarkən və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya uyğun göstərilməmiş və bunun nəticəsində mülkiyyət sənədləri ilə naturada olan ölçülərlə uyğunsuzluq yaranmışdır. X3 vərəsəsi (Naxçıvan şəhəri İİ DNK-nun xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında) X24 mülkiyyətinə 1164.64 m2 torpaq sahəsi hüquqların dövlət qeydiyyatına alınmış, mülkiyyətində faktiki 1164.64 m2 torpaq sahəsinin sənədləşdirilməsi barədə razılıq ərizəsi vermişdir (Naxçıvan Şəhər 1-ci DNK-da xx xxxxxx 2017-ci il tarixli, 7E-6421 reyestr nömrəli ərizə). X18 isə xx xxxxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsi ilə Naxçıvan Şəhər 2-ci DNK 4/Ə-S88 reyestr nömrəli mülkiyyətində olan 1756 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evini oğlu X21 bağışlamışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə 15529 inventar nömrəli texniki pasport verilmişdir. Naturada hər üç torpaq sahəsinin ölçülərinin cəmi birlikdə (1164 m2 +1040 m2+ 1756 m2) sənəd üzrə 3960 m2 olduğu qeyd olunmuş, lakin faktiki olaraq 4100 m2 olduğu tərəflərindən aşkar olunsa da, qonşu mülkiyyətçilər arasında olan sərhəd döngə nöqtələrinin uyğunsuzluq olduğu məlum olmuşdur. Tərəflərə izah olunmuşdur ki, mülkiyyət sənədləri ilə naturada olan uyğunsuzluq tərəflərin razılığı ilə aradan qaldırıla bilər. Razılaşma olmadığı halda isə müvafiq məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 298 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı Məmmədəli oğlunun adına olan Naxçıvan şəhəri, Qaraçuq (Bulqan) kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X13 adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci DNK-da qeydiyyata alınan 2v-96 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin əmlak xx.xx.2017-ci il tarixdə X24 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci DNKnın xx.xx.2017-ci il tarixli, 4ə-170 nömrəli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə 0.14 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 62 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli X25 təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı adına 0.1 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Babək Rayon X25 xx xxxxxx 1999-cu il tarixli 99 nömrəli qərarına əsasən JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1040.12 m2 həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Qonşu torpaq mülkiyyətçisi (qardaşı) X3 adına 0.1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1411.54 m2, həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. X3 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X2 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli, 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 1411.54 m2 torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164.64 m2 torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 1164.64 m2 torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binaları X32 tərəfindən X17 bağışlanılmışdır. Həyətyanı torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə naturada ölçülən torpaq sahəsi və yaşayış evlərində uyğunsuzluq olduğu müəyyən olundu. Belə ki, JN-520A, JN- 521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə göstərilmiş ölçülərlə naturada ölçülən ölçülər və 1990-cı ildə verilmiş texniki pasportlarda yaşayış evinin bir hissəsi hər iki texniki pasportda göstərilmişdir. Hal-hazırda həmin yaşayış evinin bir hissəsindən X22 istifadə edir. İş materiallarına əlavə olunmuş X11 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı iddiası üzrə ona texniki pasportu əsasında çıxarışın verilməsinə yəni iddiaçının tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1- 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2- ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “X37 Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsində qeyd edilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərdə (torpağın mülkiyyət hüququna dair dövlət aktı, torpağın daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-520 A (kod 10304005) nömrəli şəhadətnamə tərtib edilmişdir. Lakin qardaşının həyat yoldaşı X9 Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-520 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən saxtalaşdıılmış Şəhadətnaməni İddiaçı təqdim etmişdir. Bununla da o, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən və üzərində olan yaşayış və qeyri-yaşayış binalarından məhrum olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 104 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli X25 təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı adına 0.1 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Babək Rayon X25 xx xxxxxx 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən JN-520A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1040.12 m2 həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Qonşu torpaq mülkiyyətçisi (qardaşı) X3 adına 0.1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1411.54 m2, həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. X3 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X2 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli, 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN-521A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 1411.54 m2 torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164.64 m2 torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 1164.64 m2 torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri-yaşayış binaları X32 tərəfindən X17 bağışlanılmışdır. Həyətyanı torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə naturada ölçülən torpaq sahəsi və yaşayış evlərində uyğunsuzluq olduğu müəyyən olunduğundan torpaq sahələrinin 1990-cı ilin sentyabr ayında tərtib olunmuş texniki pasportlara əsasən göstərilməsi məqsədə müvafiq hesab olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN- 521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvihissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 68, 69, 75, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. Babək Rayon X25 xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-37/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-37/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver