Məhkəmə qərarları › İş №2-1(122)-373/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-373/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-373/2025 24.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 310,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1040 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 310,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1040 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, aidiyyət ilə bağlı məhkəmə iclası 24 fevral 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin 30 yanvar 2025-ci il tarixli, 3-21-2-4/2- 53302/2025 nömrəli məktubundan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən X2 (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən Bakı şəhər Vergilər Departamentində, xx.xx.2024-cü il tarixdən isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. X2 təsərrüfat subyekti (obyekti) barədə məlumat qoşma faylda təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. - 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2- 2194/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işlərin təhlili nəticəsində məhkəmələrdə vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi hallarda prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verildiyi, eləcə də oxşar mübahisələrə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydalarına dair qanunvericiliyin tələblərinin vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə tətbiqinə dair aşağıdakıların nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPMnin 8.1.4-cü maddəsi ilə 8.1.1 və 8.1.2-ci maddələrinin təsir dairəsinə düşməyən iddiaların ərazi aidiyyəti tənzimlənir. Vergi mübahisələrinə münasibətdə bu qəbildən olan iddialar üzrə işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin (inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edib-etməməsindən asılı olmayaraq), cavabdeh vergi ödəyicisi (hüquqi şəxs və ya fərdi sahibkar olmasından asılı olmayaraq) olduqda isə onun uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi mübahisələrinə münasibətdə cavabdeh fərdi sahibkar və ya hüquqi şəxs olduqda məhkəmə aidiyyəti cavabdehin vergi ödəyicisi kimi uçotda olduğu yer üzrə müəyyən edilməlidir. Hazırki iş üzrə cavabdeh X1 rayonu, Cağazir kəndində pasport qeydiyyatında dursa da, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Cavabdehin vergi ödəyicisi kimi uçota alındığı yer Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 310,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1040 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması tələbi”nə dair inzibati iş üzrə cavabdeh X4 vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alındığından və cavabdehin vergi ödəyicisi kimi uçota alındığı yer Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 310,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1040 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan e-2-1(122)-373/2025 nömrəli iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar