Məhkəmə qərarları › İş №2-1(122)-375/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-375/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-375/2023 22.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2021-ci ilin ikiqat əmək haqqının alınıb verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Prokurorluq orqanlarında çalışmış, xx.xx.2022- ci il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərilmişdir. 2021-ci ildə qanunla nəzərdə tutulmuş iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, maddi yardım və müalicə pulu verilərkən bir aylıq əlavələr verilməmişdir. Həmin vəsaitin ödənilməsi üçün 2 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir.17 fevral 2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən ona verilmiş cavabda göstərilmişdir ki, 2023-cü il 1 yanvar tarixinədək "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi. Həmçinin prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. Ona verilmiş cavabdan belə məlum olur ki, Maliyyə Nazirliyi təşkilatların qanunamüvafiq sifarişləri əsasında təşkilatın maliyyələşdirilməsini həyata keçirir. Həmin cavabdan belə məlum olur ki, Naxçıvan MR Hərbi Prokurorluğu ikiqat əməkhaqqının verilməsi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etməmişdir. Halbuki Naxçıvan Hərbi Prokurorluğu 30 dekabr 2022-ci ildə məktubla Maliyyə Nazirliyinə müraciət edərək 2021-2022-ci illər üzrə həmin vəsaitin Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun maliyyə hesabına köçürülməsini xahiş etmişdir. 2022-ci il üzrə ona 6120 manat vəsait ödənilsə də 2021-ci il üçün almalı olduğu 6120 manat Prokurorluğun hesabına köçürülməmişdir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıı Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinə əsasən "2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2- 1(122)-375/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması ” tələbi kimi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazdığı yazılı etirazı elektron qaydada 07 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın yazılı etirazı onunla əsaslandırılmışdır ki, 2023-cü il 1 yanvar tarixinədək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilirdi. Bununla yanaşı, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. İstinad edilən qanuna müvafiq olaraq 2021-ci ildə İddiaçı məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi üçün təşkilatın smetasında vəsait nəzərdə tutulmuşdur. 2021-ci il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş hesablama cədvəlləri əsasında həyata keçirilmişdir. Maliyyə Nazirliyinin müalicə pullarını necə hesablamalı olduğunun müəyyən etmək səlahiyyəti yoxdur. 2021-ci ildə İddiaçı və həmin orqanın digər əməkdaşlarına müalicə pulları və digər ödənclər həmin dövlət orqanın hesablaması əsasında müəyyən edilmişdir. Hesablamanın və vəsaitlərin ödənilməsinin səhv və ya düz olması mübahisəsi işçi və işəgötürən arasında mübahisələndirilməlidir. Cavabdeh inzibati orqan qeyd etmişdir ki, işçi və işəgötürən arasında əmək, maddi təminat və digər sahələrdə olan tələb hüquqları onlardan birinə istiqamətlənməli və bu tələblərə öz aralarında baxılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “2021-ci ilin ikiqat əməkhaqqının alınıb-verilməsi öhdəliyinin üzərinə qoyulması tələbi”nə dair 2-1(122)- 375/2023 nömrəli iş üzrə tərəflər etiraz edirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 04 iyul 2023-cü il tarixli, 2-1(122)-375/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 21 avqust 2023-cü il tarixə təyin edilmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasına gəlmədiklərinə görə iclas təxirə salınaraq 22 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, 2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 etiraz məktubunda yazdıqlarını təsdiq edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına iddiaçının müraciət məktubunu, cavabdehin imtina məktubunu, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli məktubun surətini, 022218 nömrəli müharibə veteranı vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2023-ci il tarixli ərizənin surətindən görünür ki, o, uzun müddət prokurorluq orqanlarında işləmiş və xx.xx.2022-ci il tarixində qulluqda olmanın son yaş həddinə çatdığına görə prokurorluqda əmək fəaliyyətinə xitam verilmiş və təqaüdə göndərilmişdir. 2021 və 2022-ci illər üzrə maddi yardım, müavinət və müalicə pulu ödənilərkən iki qat əmək haqqı məbləğində nəzərdə tutulsa da, hesablama aparılarkən vəzifə maaşına əlavə nəzərə alınmamışdır. 2022-ci ilin dekabr ayında 2022-ci il üzrə ona 6120 (altı min yüz iyirmi) manat pul vəsaiti ödənmişdir, lakin 2021-ci il üzrə 6120 (altı min yüz iyirmi) manat pul vəsaiti ödənilməmişdir. Ona görə də Cavabdehndən həmin vəsaitin ona ödənilməsi üçün Naxçıvan MR Hərbi Prokurorluğunun Maliyyə hesabına köçürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. - Cavabdeh Naxçıvan şəhəri Atabəylər məhəlləsi bina 8, mənzil 20 ünvanında yaşayan İddiaçı ünvanladığı 17 fevral 2023-cü il tarixli, 3-23-69/2-214/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, 2023-cü il 1 yanvar tarixinədək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi. Həmçinin prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. İddiaçı nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi muxtar respublikanın dövlət təşkilatlarında çalışan işçilərə fərdi qaydada əməkhaqqı və digər ödənclərin maliyyələşdirilməsini deyil, təşkilatların qanunamüvafiq sifarişləri əsasında (hesablama təşkilatın mühasibatlığında aparılmaqla) təşkilatın maliyyələşdirilməsini həyata keçirir. İşçi və işəgötürən arasında əmək, maddi təminat və digər sahələrdə tələb hüquqları onlardan birinə istiqamətlənməli və bu tələblərə öz aralarında baxılmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində yalnız cari ilin xərcləri nəzərdə tutulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli məktubun surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının bir qismi Prokurorluğun rəhbərliyinə təqrirlə müraciət edərək, 2021-ci ildə prokurorluq işçilərinə qanunla nəzərdə tutulmuş 20.8-ci maddəsinə görə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, 21.4-cü maddəsinə görə iki aylıq əmək haqqı məbləğində maddi yardım və 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğındə pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavələrin verilmədiyini, eyni zamanda 2022-ci il üçün Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqq məbləğində pul təminatı verilərkən müavinətin isə tam şəkildə verilmədiyini bildirərək həmin pul vəsaitlərinin verilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişlər. 2022-ci ilin üçün prokurorluq işçilərinə əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900) maddəsində pul vəsaiti çatışmadığından həmin il üçün prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar 29108.50 (İyirmi doqquz min bir yüz səkkiz manat 50 qəpik) manat birdəfəlik pul müavinətinin verilməsini təmin etməkdən ötrü 2023cü ildə Prokurorluğun saxlanma xərcləri smetasında həmin vəsaitin nəzərə alınması ilə bağlı 29 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məktub göndərilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq 2021-ci ildə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, iki aylıq əmək haqqı məbləğində maddi yardım və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavə Maliyyə Nazirliyi tərəfindən buraxılmadığından həmin vəsaitlərin verilməsi məqsədi ilə “əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900)” maddəsində 148898.00 (bir yüz qırx səkkiz min səkkiz yüz doxsan səkkiz manat 00 qəpik) manat vəsaitin 2023-cü ildə smetada nəzərə alınmasına köməklik göstərilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 022218 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Şərur Rayon İcra Hakimiyyətinin Çomaxtur Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 fevral 2023-cü il tarixli, 262 nömrəli arayışından görünür ki, İddiaçı Şərur rayonu, Çomaxtur kəndində yaşayır və həmin ünvanda qeydiyyatda durur. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1962ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin elektron sənəd dövriyyəsi sisteminə ünvanladığı 25 iyun 2023-cü il tarixli, 3-23-69/2-742/2023 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli məktubuna müvafiq olaraq məktubda qeyd olunmuş vəsait 2023-cü ilin yanvar ayında ödənilmişdir. - 02-23 nömrəli kassa xərclərinin sifariş qəbzinin surətindən görünür ki, Naxçıvan MR Hərbi Prokurorluğu xx.xx.2023-cü il tarixdə qabaqcadan ödəniş üçün 29279,63 manat sifariş etmişdir. - “Kapital Bankın” Naxçıvan filialına Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 04 01.2023-cü il tarixli mədaxil reyestrində İddiaçı adına 3060 manat qeyd edilmişdir. - 2022-ci il üzrə prokurorluq işçilərinə hesablanmış müavinət, maddi yardım və müalicə pulu fərqi cədvəlində İddiaçı 1020,00 manat vəzifə maaşı, 134,0 manat rütbə pulu,staja görə 519,30 manat, M/D-və görə 255,00 manat, vəzifə maaşına əlavə 1020,00 manat olmaqla 2948,30 manat əmək haqqı, əmək haqqının 2 misli 2040,00 manat olmaqla, müavinət 2040,00 manat, maddi yardım 2040,00 manat, müalicə 2040,00 olmaqla hesablanıb, ödənilməli 6120.00 manat məbləğdən 3060.00 manat ödənilib, 3060.00 manat isə qalıq qalmışdır. -Naxçıvan Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 19 iyun 2023-cü il tarixli, 3-3-14/2-1783/2023 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə 2022-ci il üçün Prokurorluğun saxlanma xərcləri smetasında “əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900)” maddəsində pul vəsaiti çatışmadığından prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar 29108.50 manat birdəfəlik pul müavinətinin verilməsini təmin etməkdən ötrü 2023-cü il üçün Prokurorluğun saxlanma xərcləri smetasında həmin vəsaitin nəzərə alınması ilə bağlı məktublar ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun göndərilən sənədlərin qeydiyyat kitabının surətindən görünür ki, Muxtar Respublikası Maliyyə Nazirliyindən 29 dekabr 2022-ci il tarixli, 14/2665 nömrəli məktubla xərclərin smetasının nəzərə alınması və 30 dekabr 2022-ci il tarixli, 14/2672 nömrəli məktubla maddi vəsaitin 2023-cü ildə smetada nəzərə alınması xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı 29 dekabr 2022-ci il tarixli, HP-14/2665 nömrəli məktubunun surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 2022-ci ildə saxlanma xərcləri smetasında əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900) maddəsində ayrılmış 415650.00 (dörd yüz on beş min altı yüz əlli manat 00 qəpik) manat vəsaitdən 2022-ci il ərzində 415643.70 (dörd yüz on beş min altı yüz qırx üç manat 70 qəpik) manat xərclənmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun prokurorluq işçilərinin aylıq vəzifə maaşları 01 dekabr 2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 dekabr tarixli, 227 nömrəli qərarı ilə artdığından, qeyd olunan maddə üzrə 29108.50 (iyirmi doqquz min bir yüz səkkiz manat 50 qəpik) manat çatmadığından onlara veriləsi təminatlar tam ödənilməmişdir. Ona görə də prokurorluq işçilərinə ödənilməsi nəzərdə tutulan əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900) maddəsində 29108.50 (iyirmi doqquz min bir yüz səkkiz manat 50 qəpik) manat vəsaitin 2023-cü ildə saxlanma xərcləri smetasında nəzərə alınmasına köməklik edilməsi xahiş olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli məktubunun surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının bir qismi Prokurorluğun rəhbərliyinə təqrirlə müraciət edərək, 2021-ci ildə prokurorluq işçilərinə qanunla nəzərdə tutulmuş 20.8-ci maddəsinə görə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, 21.4-cü maddəsinə görə iki aylıq əmək haqqı məbləğində maddi yardım və 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmalari ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavələrin verilmədiyini, eyni zamanda 2022-ci il üçün Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatı verilərkən müavinətin isə tam şəkildə verilmədiyini bildirərək həmin pul vəsaitlərinin verilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişlər. 2022-ci ilin üçün prokurorluq işçilərinə “əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900)” maddəsində pul vəsait çatışmadığından həmin il üçün prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar 29108.50 (İyirmi doqquz min bir yüz səkkiz manat 50 qəpik) manat birdəfəlik pul müavinətinin verilməsini təmin etməkdən ötrü 2023cü ildə Prokurorluğun saxlanma xərcləri smetasında həmin vəsaitin nəzərə alınması ilə bağlı 29 dekabr 2022-ci il tarixdə məhkəməyə məktub göndərilmişdir. “Prokuroruq orqanlarında qulluq keçmə haqqında” qanuna uyğun olaraq 2021-ci ildə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, iki aylıq əmək haqqı məbləğində maddi yardım və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavə Maliyyə Nazirliyi tərəfindən buraxılmadığından həmin vəsaitlərin verilməsı məqsədilə “əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900)” maddəsində 148898.00 (bir yüz qırx səkkiz min səkkiz yüz doxsan səkkiz manat 00 qəpik) manat vəsaitin 2023-cü ildə smetada nəzərə alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 25 iyun 2023-cü il tarixli, 3-23-69/2-743/2023 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “2021ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(122)-375/2023 nömrəli işi ilə əlaqədar olaraq bildirilir ki, iddiaya tərəflərindən əvvəlcədən bildirilmiş etiraz qüvvədə saxlanılır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmənin nəzərinə çatdırılır ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Eyni zamanda qeyd edirlər ki, artıq Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun maliyyələşməsi prosesi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmə işinə xitam verilməsini xahiş etmişdirlər. - Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 12 may 2023-cü il tarixli, 3-23-69/2-649/2023 nömrəli məktubundan görünür ki, 2023-cü il 1 yanvar tarixinədək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilirdi. Bununla yanaşı prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. İstinad edilən qanuna müvafiq olaraq 2021-ci ildə İddiaçı məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti, və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi üçün təşkilatın smetasında vəsait nəzərdə tutulmuşdur. 2021-cı il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş əsasında həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğundan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə göndərilmiş olan hesablaşma-ödəniş cədvəlində iddiaçıya 2021-ci ilin mart ayı üçün hesablanmış məzuniyyət pulu, müavinət, maddi yardım və müalicə pulu göstərilmişdir. Maliyyə Nazirliyinə göndərilmiş olan müvafiq hesablaşma-ödəniş cədvəli tam şəkildə icra olunmuşdur. Qeyd edirlər ki, işçi və işəgötürən arasında əmək, maddi təminat və digər sahələrdə olan tələb hüquqları onlardan birinə istiqamətlənməli və bu tələblərə öz aralarında baxılmalıdır. Əlavə olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü ıl büdcəsində yalnız cari ilin xərcləri nəzərdə tutulmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 2023-cü il 1 yanvar tarixinədək qüvvədə olan: -20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. -20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) , o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində bir dəfəlik pul müavinəti verilir. -21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Beləliklə, iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin cavabdehin üzərinə qoyulması tələb edir. Cavabdeh inzibati orqan isə öz imtinasının onunla əsaslandırır ki, 2021-ci il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş hesablama cədvəlləri əsasında həyata keçirilmişdir. Maliyyə Nazirliyinin müalicə pullarını necə hesablamalı olduğunun müəyyən etmək səlahiyyəti yoxdur. 2021-ci ildə İddiaçı və həmin orqanın digər əməkdaşlarına müalicə pulları və digər ödənclər həmin dövlət orqanın hesablaması əsasında müəyyən edilmişdir. Hesablamanın və vəsaitlərin ödənilməsinin səhv və ya düz olması mübahisəsi işçi və işəgötürən arasında mübahisələndirilməlidir. Cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi və iddia müddətinin iddiaçı tərəfindən buraxılmışı dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddialara isə iddia müddəti şamil olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Cavabdeh inzibati orqan öz imtinasında qeyd etmişdir ki, 2021-ci ildə iddiaçı X1 məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi üçün təşkilatın smetasında vəsait nəzərdə tutulmuşdur. 2021-ci il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş hesablama cədvəlləri əsasında həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı 2021 və 2022-ci illər üzrə maddi yardım, müavinət və müalicə pulu ödənilərkən iki qat əmək haqqı məbləğində nəzərdə tutulsa da, hesablama aparılarkən vəzifə maaşına əlavə nəzərə alınmamışdır. 2022-ci ilin dekabr ayında 2022-ci il üzrə ona 6120 (altı min yüz iyirmi) manat pul vəsaiti ödənmişdir, lakin 2021-ci il üzrə 6120 (altı min yüz iyirmi) manat pul vəsaiti ödənilməmişdir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçıya 2021-ci il üzrə ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin ödənilməsindən imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdeh inzibati orqan öz imtinasında 2021-ci il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş hesablama cədvəlləri əsasında həyata keçirildiyini qeyd etsə də, həmin dövr üzrə vəzifə maaşına əlavənin nəzərə alınıbalınmamasını qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, İPM-in 14.3-cü maddəsinin tələbləri baxımından məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut edə bilməmişdir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 2021-ci il üzrə İddiaçı ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2.2.3, 4, 34.1, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. 2021-ci il üzrə İddiaçı ödənilməmiş 6120 (altı min yüz iyirmi) manat vəsaitin ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar