Məhkəmə qərarları › İş №2-1(122)-377/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-377/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-377/2024 28.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, N/N-8985 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərı̇ nə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, N/N-8985 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərı̇ nə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1976-cı ildə Culfa şəhərində anadan olmuşdur. NN mart 1994-cü ildə Culfa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq xidmətə göndərilmişdir. Hərbi xidmətə həmin tarixdən N nömrəli hərbi hissədə başlamış, xx.xx.1994-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və N nömrəli əmrlə N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Sonra xx.xx.1995-ci ildə yenidən xidmət yeri dəyişdirilmiş və N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası MN-in əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Belə ki, o zamanlar mənfur qonşu Ermənistan tərəfindən Azərbaycan Respublikasının digər bölgələri ilə yanaşı Naxçıvan Muxtar Respublikası ərazisinə də göz dikildiyindən xidmətə başladığı təxminən ilk N ay ərzində atəşkəs əldə edilməməsi səbəbindən Ermənistanın təcavüzünə qarşı döyüş əməliyyatları aparılmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq tərəfindən “müharibə veteranı” adının və vəsiqəsinin alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı müraciət edilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.NNN3-cü il tarixli, N/N-8985 nömrəli məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsas olaraq isə göstərilmişdir ki, “N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.NNN3-cü il tarixli arayışına əsasən hərbi hissəni müxtəlif vaxtlarda “özbaşına” tərk etmişdir”. İddiaçı bildirir ki, N nömrəli hərbi hissənin qeyd olunan arayışı qeyri-ciddi və səmimiyyətdən kənar hazırlanmış sənəddir. Belə ki, o, hərbi xidmətinin 1N may 1994-cü ilədək olan dövrünün ilk ayını karantində olmuşdur ki, həmin vaxt hərbi hissəni tərk etmək mümkün deyildi. Karantindən sonra isə sürücü kimi X3 (avtobat) xidmət keçmişdir ki, xidməti zərurətlə əlaqədar avtomaşınla müxtəlif hərbi hissələrə getmişdir. Yaxud da haupvaxtda və hospitalda olmağı da ola bilər. Həmin halların nəyə görə '‘özbaşına tərk etmə" yazılması ona məlum deyil. Əgər o, “müxtəlif vaxtlarda”, yəni dəfələrlə hərbi hissəni "özbaşına tərk etmişdirsə”, nəyə görə bu tərketmələrdən birində ona fərariliyə görə cinayət işi başlanılmamış, yaxud da təqsirləndirici materiallar yoxdur. İddiaçı aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3cü il tarixli, N/N-8985 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərı̇ nə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə N noyabr NNN3-cü il tarixli, 3-N5-4/N-5593/NNN3 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o NN mart 1994-cü ildə xidmətə başlamış (18 yaşı tamam olmuş) və 1N may 1994-cü il tarixədək “karantində olmuşdur.” İddiaçı “karantində” olarkən necə döyüş əməliyyatlarında iştirak etmiş sual altında qalır? “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxs bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməlidir. Araşdırma nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N avqust NNN3-cü il tarixli, N nömrəli arayışına əsasən İddiaçı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etmişdir. İddiaçının döyüş əməliyyatların aparıldığı dövrdə hərbi xidmət barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın Müdafiə Nazirliyi tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N8 iyun NNN4-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək xidməti dövründə bir neçə dəfə hərbi hissəni özbaşına tərk etməsi hallarının nəzərə alınmamasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N9 sentyabr NNN3-cü il tarixli, N/N-8985 nömrəli məktubdan məlum olur ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.NNN3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.NNN3-cü il tarixli arayışa əsasən hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, NN №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Culfa Rayon Polis Şöbəsi tərəfindən xx.xx.NN1N-ci il tarixdə verilmiş AZE seriyalı, N******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş İddiaçı Culfa rayon Yaycı kəndində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19 oktyabr NNN3-cü il tarixli, 3-13-43-15-1/NM-N4xx/xx/NNN3 nömrəli arayışından aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - Naxçıvan Hərbi Prokurorluğunun 19 oktyabr NNN3-cü il tarixli məktubundan məlum olur ki, prokurorluqda İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1N dekabr NNN3-cü il tarixli, 51N6 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə xidmət edib və xx.xx.1997-ci il tarixdə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. Onun xidməti döyüş əməliyyatları aparıldığı dövrü əhatə etmir, eyni zamanda döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı barədə məlumat yoxdur. Əlavə olaraq bildirilir ki, o, N nömrəli hərbi hissədə xidməti zamanı xx.xx.1995-ci il tarixli, NN nömrəli əmrlə (əmrdə atasının adı Məhəmməd qeyd olunub) hərbi hissəni özbaşına tərk etmiş, xx.xx.1995-ci il tarixli, N1 nömrəli əmrlə (əmrdə atasının adı Məhəmməd qeyd olunub) qayıtmış, xx.xx.1996-cı il tarixli, N77 nömrəli əmrlə hərbi hissəni özbaşına tərk edib, xx.xx.1996-cı il tarixli, N78 nömrəli əmrlə qayıtmış, xx.xx.1997ci il tarixli, N nömrəli əmrlə hərbi hissəni özbaşına tərk etmiş, xx.xx.1997-ci il tarixli, 68 nömrəli əmrlə qayıtmış, xx.xx.1997-ci il tarixli, 1NN nömrəli əmrlə hərbi hissəni özbaşına tərk etmiş, xx.xx.1997-ci il tarixli, 149 nömrəli əmrlə qayıtmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 yanvar NNN4-cü il tarixli, 3-43-7N/1-86/NNN4 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.1976-cı il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müddətli həqiqi hərbi xidmət edib və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, NN №-li əmrinə əsasən tərxis edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ünvanlanmış N avqust NNN3-cü il tarixli, N nömrəli məktubundan aydın olur ki, İddiaçı xidmətdə olduqları zamanı müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk ediblər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 6N-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin N-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 3-cü maddənin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (NNNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, NN saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (NNNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 saylı, 1N aprel NN15-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq komissiyanın imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırki işin hallarına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib-etməməsi məsələsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, məhkəmə araşdırması zamanı bu məsələ göstərilən hüquq normaları baxımından öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə, hərbi biletdəki qeydlər, yalnız şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla və müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas ola bilər. Lakin iddiaçının hərbi biletinin müvafiq səhifələrində onun döyüşlərdə iştirakını təsdiq edən hər hansı qeyd aparılmamışdır. Həmçinin döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, döyüşlərdə iştirakı barədə məlumat olmadığından, AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və sair rəsmi aktlarla dəstəklənmədiyindən, iddia sübuta yetirilmiş sayıla bilməz. Həmçinin işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1N dekabr NNN3-cü il tarixli, 51N6 nömrəli məktubundan və İddiaçı məhkəmə iclasları zamanı verdiyi ifadələrdən məlum olur ki, xidmət etdiyi dövrdə hərbi hissəni müxtəlif vaxtlarda dəfələrlə özbaşına tərk etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq, müharibə veteranı sayılmırlar. Buna görə də cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar iddiaçının “müharibə veteranı” statusunu əldə etməsinə mane olur. Qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, N/N-8985 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərı̇ nə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.N, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNN3-cü il tarixli, N/N-8985 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərı̇ nə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 3N gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar