Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-380/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X17 Heydər oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X3 Dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1960-cı il tarixli, 61 nömrəli doğum haqqında akt qeydinin doğum tarixi qrafasına düzəliş edilərək doğum tarixinin 16 fevral 1947-ci il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 fevral 1947-ci il tarixdə Babək rayonu, Sirab kəndində anadan olmuşdur. Bu barədə ona xx.xx.1960-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 62 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı, adı və ata adı qrafasında İddiaçı, ata qrafasında X10, ana qrafasında X7, doğum günü qrafasında isə 16 fevral 1947-ci il olaraq qeyd edilmişdir. 2002-ci il tarixdə ona məxsus bütün sənədləri itirdiyi üçün Naxçıvan şəhər VVADQ şöbəsinə müraciət edərək yenidən doğum haqqında şəhadətnamə almışdır. Həmin vaxt o, doğum haqqında şəhadətnamdə doğum tarixinin 16 fevral 1947-ci il deyil, xx xxxxxx 1947ci il yazıldığına fikir verməmişdir. Həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlıq pasportu almışdır. Bu səbəbdən də şəxsiyyət vəsiqəsində, xarici pasportunda doğum tarixi xx xxxxxx 1947-ci il tarixi yazılmışdır. Lakin nikah haqqında şəhadətnamədə doğum tarixi 16 fevral 1947-ci il kimi qeyd olunmuşdur. Əlavə olaraq onun Rusiya pasportunda da doğum günü 16 fevral 2024-cü il kimi qeyd olunmuşdur. Həmçinin doğum tarixi Babək rayon Qeydiyyat şöbəsində də 16 fevral 1947-ci il kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamədəki səhvliyin düzəldirilməsi üçün o, Cavabdehnə müraciət etmişdir. Ona 29 avqust 2024-cü il tarixdə yazılı olaraq imtina cavabı verilmiş, doğum akt qeydində düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan şəhər X3 Dövlət qeydiyyatı şöbəsi tərəfindən onun adına verilmiş xx.xx.1960-cı il tarixli, 61 nömrəli doğum haqqında akt qeydinin doğum tarixi qrafasına düzəliş edilərək doğum tarixinin 16 fevral 1947-ci il kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh məhkəməyə ünvanlanan 12 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-13- 526/2024 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı doğum tarixinin dəyişdirilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan 61 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi olaraq “xx.xx.1947-ci il”, doğum yeri kimi "Naxçıvan rayonu, Sirab kəndi”, ata adı kimi" X10”, ana adı kimi “X7” qeyd olunmuşdur. Həmçinin vətəndaşa aid AZE №-li 0******* nömrəli şəxsiyyət vəsiqəsində də doğum tarixi xx.xx.1947-ci il kimi yazılmışdır və doğum tarixinin “xx.xx.1947-ci il” kimi düzəliş olunması mümkün olmamışdır, çünki vətəndaşda bunu təsdiq edən hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən X3 ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən vətəndaşa doğum tarixinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 aprel 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 04 aprel 2025-ci il tarixli, 3-16-5/8-13-287/2025 nömrəli məktub göndərərək 22 aprel 2025-ci il tarixli məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Naxçıvan şəhəri, Çənlibel ev 14, mənzil 1-də yaşayan İddiaçı ünvanlanmış 29 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-495/2024 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan 61 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi olaraq “xx.xx.1947-ci il”, doğum yeri kimi "Naxçıvan rayonu, Sirab kəndi”, ata adı kimi" X10”, ana adı kimi “X7” qeyd olunmuşdur. AZE №-li 0******* nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1947-ci il kimi yazılmışdır və doğum tarixinin “xx.xx.1947-ci il” kimi düzəliş olunması mümkün deyil, çünki bunu təsdiq edən hər hansı bir əsas yoxdur. İddiaçı doğum tarixinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - AZ-İ seriyalı, 252184 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1947-ci il tarixdə Babək rayonu, Sirab kəndində doğulmuşdur. - 28 avqust 2024-cü il tarixli, 2775 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1947-ci il tarixdə Naxçıvan MR, Sirab kəndində anadan olmuş, bu barədə xx.xx.1960-cı ildə Cavabdeh tərəfindən 62 №-li akt qeydi tərtib olunmuşdur. X2, anası X5r. - 03 oktyabr 2024-cü il tarixli, AZ-İ seriyalı, 278891 nömrəli nikah haqqında şəhadətnamənin çıxarışından məlum olur ki, 16 fevral 1947-ci il təvəllüdlü İddiaçı X8 ilə 26 oktyabr 1970-ci il tarixdə nikahları bağlanmışdır. Qeyd: Bu nikah 2002-ci il tarixində Şərur rayon Qeydiyyat Şöbəsində 22 nömrəli akt qeydi ilə pozulmuşdur. - 15 iyul 1991-ci il tarixli, 50AO072275 nömrəli sürücülük vəsiqəsi üçün nəqliyyat vasitələrini idarə etmək hüququ verən ** KM ***501 nömrəli müvəqqəti icazənin azərbaycan dilinə tərcüməsindən məlum olur ki, İddiaçı 16 fevral 1947-ci il tarixdə doğulmuşdur. - AZ-İ seriyalı, 257590 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, 16 fevral 1947-ci il tarixdə doğulmuş İddiaçı və X4 16 yanvar 2007-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin yanvar ayının 16-cı günündə 07 nömrə ilə qeyd edilmişdir. - Asan-Naxçıvan tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, xx xxxxxx 1947-ci il təvəllüdlü İddiaçı 29 mart 2008-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 fevral 2025-ci il tarixli, 3-13-43/2-2399/2025 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1947-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-183/2025 nömrəli məktubla Babək Rayon Sirab kəndinin təsərrüfatbaşına kitablarından 1954-1956, 1957-1959, 1963-1965-ci illərə dair mərhum X6 torpaq sahəsi ayrılması ilə bağlı çıxarışlar iş materiallarına əlavə edilmişdir. (qeyd olunan çıxarışlarda İddiaçı doğum tarixi xx xxxxxx 1947-ci il kimi göstərilmişdir) - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 mart 2025-ci il tarixli, 3-13-43-3/2-99/2025 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1947-ci il təvəllüdlü İddiaçı Naxçıvan şəhər Polis İdarəsi tərəfindən ilk dəfə xx.xx.2008-ci il tarixdə doğum tarixi “xx.xx.1947-ci il” göstərilməklə, hazırda aktiv statusda olan “AZE-0*******” nömrəli köhnə nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı həmin şəxsiyyət vəsiqəsi əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliynin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə “P3207809” nömrəli, xx.xx.2012-ci il tarixdə “P4902297” nömrəli köhnə nəsil ümumvətəndaş pasportları və xx.xx.2022-ci il tarixdə hazırda aktiv statusda olan “C02923597” nömrəli biometrik ümumvətəndaş pasportu ilə təmin edilmişdir. - AZE seriyalı, C02923597 nömrəli Azərbaycan Respublikası pasportunun surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1947-ci il tarixdə doğulmuşdur. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1947-ci il tarixdə, Naxçıvan rayonu, Sirab kəndində doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. (İ-İİ) - 26-cı maddəsinə görə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsiə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X3 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsiə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsiə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 20.2-ci bəndinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının əsas hüquqi marağı onun adına verilmiş xx.xx.1960-cı il tarixli, 61 nömrəli doğum haqqında akt qeydinin doğum tarixi qrafasına düzəliş edilərək doğum tarixinin 16 fevral 1947-ci il kimi yazılmasıdır. Belə ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Rusiyada ailə qurmuş, həyat yoldaşı vəfat etdikdən sonra iki uşağı və özünə vərəsəlik əsasında Moskova şəhəri yaxınlığındakı kənddə 40 kv.m sahəsi olan taxtadan ev qalmışdır. Maddi ehtiyacı olduğu üçün həmin evin satılmasını istəyir. Evin sənədlərində doğum tarixi 16 fevral 1947-ci il kimi qeyd edilib. Hazırda Rusiyadakı həmin evin satılması üçün X1 verdiyi etibarnamədə də doğum tarixi xx.xx.1947-ci il kimi qeyd edildiyindən evin satılmasından imtina edilir. Bununla bağlı məhkəmə geyd edir ki, iddiaçı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alınması üçün müvafiq tədbirlər görməli olduğu halda, hazırkı iddia tələbini irəli sürməklə düzgün olmayan yol seçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən “Əsas Müddəalar”ın 3-cü bəndində nəzərdə tutulur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin doğum akt qeydində dəyişikliklərin, edilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir. İddianın mahiyyəti akt qeydində iddiaçının doğum tarixi ilə bağlı qeyri-düzgün məlumatın göstərilməsindən ibarət olsa da, iddiaçı yuxarıda qeyd olunan hallardan heç birinə istinad etməmişdir. İddiaçı həmin məlumatın səhv göstərilməsinin əsası qismində isə bütün sənədlərini itirdiyi üçün 2002-ci il tarixdə yeni doğum haqqında şəhadətnamə alarkən cavabdeh tərəfindən doğum tarixi barədə məlumatın səhv qeyd edilməsini göstərir. Məhkəmə iddiaçının bu dəlilini məhkəməni yanıltmaq cəhdi kimi qiymətləndirərək, bildirir ki, iddiaçı bu tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, qeyd olunan halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində olan müraciətə imtina edərkən ilkin doğum haqqında akt qeydində göstərilən məlumatları əsas götürdüyündən, hər hansı səhvə yol verməmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. Belə ki, iddiaçıya aid doğum akt qeydləri kitabında, 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitablarda, AZE seriyalı- C02923597 nömrəli pasportda, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsində, yəni vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verən əsas sənədlərdə onun doğum tarixi xx xxxxxx 1947-ci il kimi qeyd edilmişdir. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Həmin Qanunuun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə məhkəmə araşdırmanın nəticələri və daxili inam iddianın təmin edilməməsinə dair əsaslandırma aparılmasına zərurət yaratmışdır. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən “Əsas Müddəalar”ın 3-cü bəndində nəzərdə tutulmuş şərt (vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X3 Dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1960-cı il tarixli, 61 nömrəli doğum haqqında akt qeydinin doğum tarixi qrafasına düzəliş edilərək doğum tarixinin 16 fevral 1947-ci il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "Naxçıvan şəhər X3 Dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1960-cı il tarixli, 61 nömrəli doğum haqqında akt qeydinin doğum tarixi qrafasına düzəliş edilərək doğum tarixinin 16 fevral 1947-ci il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-380/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-380/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver