Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-381/2025 24.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar olmadan əsassız yerə ona təyin edilmiş əmək pensiyasının məbləğindən tutulmuş pul vəsaitinin hesablanıb geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasını əsas götürərək 01 oktyabr 1984-cü il tarixli, 7 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərə uyğun olaraq, 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərdə buraxılmış texniki səhvlərə və uyğunsuzluqlara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmək pensiyasının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 oktyabr 1984-cü ildə indiki 13 №-li uşaq bağçasında tərbiyəçi kimi fəaliyyətə başlamışdır. Daimi olaraq orada işləmiş və 2004-cü ildə iş stajı ilə oradan təqaüdə çıxmışdır. 2004-cü il noyabrın 1-dən 2023-cü ilin iyul ayına qədər pensiya almışdır. Sonra ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan zəng gəlmiş və ona deyilmişdir ki, pensiyası artıq ödənilməyəcək. 01 iyul 2023-cü il tarixdə pensiyanın ödənişini dayandırdılar. O, bunun səbəbini öyrənmək üçün 7 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu müraciətinə cavab olaraq bildirmişdir ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2024-cü il 5 noyabr tarixdən 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssələrində pedoqoji fəaliyyət göstərənlər pensiya hüququnun müəyyən edilməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar isə 20 il pedoqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir) müvafiq olaraq ******* nömrəli əmək kitabçasında qeyd olunan 1984-cü il 1 oktyabr (7 nömrəli əmr) tarixdən 2004-cü il 1 noyabr (28 nömrəli əmr) tarixədək Naxçıvan şəhər 13 saylı uşaq bağçasına tərbiyəçi işləməyi ilə əlaqədar xidmət ilinə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan adıçəkilən müəssisənin müvafiq sənədlərinə əsasən yoxlama aktı tərtib olunarkən aşkar olunmuşdur ki, 1986-cı il 20 dekabr tarixdə 299 nömrəli əmrlə Alt-tirikotaj fabrikinin uşaq bağçasına müvəqqəti olaraq tərbiyəçi qəbul edilmiş və 2004-cü il noyabr tarixdə 28 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. Nəticədə, qeyd olunan müəssisədə 17 il 10 ay 12 gün pedoqoji fəaliyyət müddəti ilə əlaqədar təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının qanunvericilik xaricində olduğu müəyyən olunmuşdur. Bununla bağlı 29.07,2024-cü il tarixdə İddiaçı pensiyasının dayandırılması barədə qərarın surətinin əldə edilməsi barədə yenidən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmiş, xx.xx.2024-cü ildə 3-17-9-1/2- 7899/2024 nömrəli məktubla sorğuya cavab verilərək bildirilmişdir ki, İddiaçı Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2004-cü il 5 noyabr tarixdən 2006-cı il 1 yanvar tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq ******* nömrəli əmək kitabçasında qeyd olunan 1984-cü il 1 oktyabr (7 nömrəli əmr) tarixdən 2004-cü il 1 noyabr (28 nömrəli əmr) tarixədək Naxçıvan şəhər 13 saylı uşaq bağçasında tərbiyəçi işləməsi ilə əlaqədar xidmət ilinə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan adıçəkilən müəssisənin müvafiq sənədlərinə əsasən yoxlama aktı tərtib olunarkən aşkar olunmuşdur ki, İddiaçı əmək kitabçasında qeyd olunan 1984-cü il 1 oktyabr tarixdən deyil. 1986-cı il 20 dekabr tarixdə 299 nömrəli əmrlə Alt-tirikotaj fabrikinin uşaq bağçasına müvəqqəti olaraq tərbiyəçi qəbul edilmiş və 2004-cü il 1 noyabr tarixdə 28 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. Nəticədə, İddiaçı qeyd olunan müəssisədə 17 il 10 ay 12 gün pedaqoji fəaliyyət müddəti ilə əlaqədar təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının qanunvericilik xaricində olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, X.X7 şəhər şöbəsi tərəfindən 2004cü il 5 noyabr tarixdə təyin olunmuş xidmət ilinə görə əmək pensiyasının ödəniş 2023-cü il 1 iyul tarixdən dayanmışdır. Həmçinin İddiaçı 2004-cü il 4 noyabr tarixdən 2023-cü il 30 iyun tarixədək Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən əsassız ödənilmiş ümumilikdə 31849.48 (otuz bir min səkkiz yüz qırx doqquz manat qırx səkkiz qəpik) pul vəsaitinin Fondun hesabına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən (borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) könüllü qaytarmağı barədə 2023-cü il 16 noyabr tarixli, 16 nömrəli bildiriş ünvanlanmışdır. Lakin pensiyanın dayandırılması barədə qərarın surətini ona təqdim etməmişdilər. Göstərilənlərə əsasən, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2004-cü il 5 noyabr tarixdə təyin olunmuş xidmət ilinə görə əmək pensiyasının ödənişi 2023-cü il 1 iyul tarixdən dayandırılmışdır. Həmçinin, ona 2004-cü il 4 noyabr tarixdən 2023-cü il 30 iyun tarixədək Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən əsassız ödənilmiş ümumilikdə 31849.48 manat (otuz bir min səkkiz yüz qırx doqquz manat .qırx səkkiz qəpik) pul vəsaitini Fondun hesabına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən (borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) könüllü qaytarması barədə 2023-cü il 16 noyabr tarixli 16 nömrəli bildiriş ünvanlanmışdır." Belə ki ona məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunub ki, 1984-cü il 1 oktyabr (7 nömrəli əmr) tarixdən 2004-cü il 1 noyabr (28 nömrəli əmr) tarixədək pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Yəni 20 il 1 ay iş stajı hüququnu əldə etmişdir. Lakin Naxçıvan MR Təhsil Nazirliyinin texniki səhvi ucbatından guya o, 1986-cı il 20 dekabr tarixdə 299 nömrəli əmrlə Alt-tirikotaj fabrikinin Uşaq bağçasına müvəqqəti olaraq tərbiyyəçi qəbul edilmiş və bunların hesablaması ilə 2004-cü il 1 noyabr tarixdə 28 nömrəli əmrlə 17 il 10 ay 12 gün iş stajı əldə etmiş olur. Bunun da nəticəsində iş stajı azalmış olur. İddiaçı göstərilənlərə əsasən cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar olmadan əsassız yerə ona təyin edilmiş əmək pensiyasının məbləğindən tutulmuş pul vəsaitinin hesablanıb geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasını əsas götürərək 01 oktyabr 1984-cü il tarixli, 7 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərə uyğun olaraq, 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərdə buraxılmış texniki səhvlərə və uyğunsuzluqlara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmək pensiyasının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 10 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 05 aprel 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "qərar olmadan əsassız yerə ona təyin edilmiş əmək pensiyasının məbləğindən tutulmuş pul vəsaitinin hesablanıb geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasını əsas götürərək 01 oktyabr 1984-cü il tarixli, 7 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərə uyğun olaraq, 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərdə buraxılmış texniki səhvlərə və uyğunsuzluqlara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əmək pensiyasının bərpası tələbi"nə dair iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək “İddiaçı 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli, 2-1(122)-381/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 06 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək ona 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 16 sentyabr 2024-cü il tarixli və 11 aprel 2025-ci il tarixli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Fondun Naxçıvan şəhər şöbəsinin 04 noyabr 2004-cü il tarixli, 10068 nömrəli qərarı ilə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 011740 nömrəli diplomdan görünür ki, İddiaçı 1979-cu il tarixdə Y.Məmmədəliyev adına X8 İnstitutuna daxil olmuş və xx.xx.1983-cü il tarixdə həmin institutun ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursunu bitirmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin sənəd xx.xx.2001-ci il tarixdə təkrar doldurulmuş və İddiaçı 01 oktyabr 1984-cü il tarixli, 07 nömrəli əmrlə Naxçıvan şəhər 13 saylı Uşaq bağçasına tərbiyəçi təyin edilmiş, 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçası üzrə iddiaçının 20 il 1 ay xidmət illərinə görə iş stajı olduğu müəyyən edilmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan adıçəkilən müəssisənin müvafiq sənədlərində iddiaçı 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli əmrlə Alt-tirikotaj Fabrikinin uşaq bağçasına müvəqqəti olaraq tərbiyəçi qəbul edilmiş və 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlə (17 il 10 ay 12 gün) həmin vəzifədən azad olunmuşdur. Bununla bağlı 14 iyun 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin X4 müdiri, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iş icraçısı tərəfindən akt tərtib edilmişdir. Nəticədə, iddiaçının qeyd olunan müəssisədə 17 il 10 ay 12 gün pedaqoji fəaliyyət müddəti olduğundan ona xidmət illərinə görə təyin olunmuş əmək pensiyası 01 iyul 2023-cü il tarixdən Fond tərəfindən dayandırılmışdır. İddiaçı 04 noyabr 2004-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən əsassız ödənilmiş ümumilikdə 31849,48 manat (otuz bir min səkkiz yüz qırx doqquz manat qırx səkkiz qəpik) pul vəsaitinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən (borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) Fondun hesabına könüllü qaytarması barədə 16 noyabr 2023-cü il tarixli, 16 nömrəli bildiriş ünvanlanmışdır. Lakin göndərilmiş bildirişə vətəndaş tərəfindən hər hansı münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İddiaçı 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkiliddia tələbinə uyğun izahat verərək iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 29 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X2 ona ünvanlanmış suallları cavablandıraraq əvvəllər 5 nömrəli məktəbdə işlədiyini, sonra onu 13 nömrəli bağçaya müəllim təyin etdiklərini, 1984-cü ildən 13 nömrəli uşaq bağçasına təyin edildiyini, Xurşud xanımla eyni vaxtda işə qəbul olduqlarını, əvvəl tərbiyəçi müəllimə olaraq işə başladığını, metodist vəzifəsində işləyən şəxs pensiyaya çıxandan sonra onun yerinə təyin olunduğunu, Xurşud xanım ilə iş yoldaşı olduğunu o, işə girəndə Xurşud xanımın 13 nömrəli bağçada işlədiyini, Xurşud xanımın tərbiyəçi müəllimə olaraq işlədiyini, 1996-cı ilə qədər Xurşud xanımla birlikdə işlədiyini, Xurşud xanımın həmişə tərbiyəçi müəllimə olaraq işlədiyini, o dövürdə direktorun X3 olduğunu, Xurşud xanımın nə vaxt işdən çıxdığını xatırlamadığını, işlədikləri dövürdə hər il məzuniyyətə çıxdıqlarını, məzuniyyətə daxili əmrlə çıxdıqlarını, müəllimlər 3 növbə işlədiyi üçün məzuniyyətə çıxan müəllimənin yerini dərs saatı az olan müəllimənin əvəz etdiyini, əmirlərinin də eyni vaxtda verildiyini bildirmişdir. 29 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X9 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, iddiaçı ilə iş yoldaşı olduğunu, 1984-cü il tarixdən iddiaçı ilə X10 nəzdində bağçada birlikdə işlədiklərini, bağçada Xurşud xanımın tərbiyəçi müəllimə işlədiyini, onun da dayə işlədiyini, bağçanın sonradan 13 nömrəli bağça adlandırıldığını, 1984-cü ildən 2000-ci ilə qədər bağçada dayə işlədiyini o, işdən çıxandan 3-4 il sonralara qədər Xurşud xanımın işlədiyini, Xurşud xanımla və digər iş yoldaşları ilə həmin dövürlərə aid birlikdə fotoşəkilləri olduqlarını, onlar işlədiyi dövrdə bağçanın direktoru X1 olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 03 aprel 2024-cü il tarixli, 3-17-9-1/2-Ə- 2867/2024 nömrəli 19 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7899/2024 nömrəli məktublardan aydın olur ki, İddiaçı Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2004-cü il 5 noyabr tarixdə 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar-20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir) müvafiq olaraq ******* nömrəli əmək kitabçasında qeyd olunan 1984-cü il 1 oktyabr (7 nömrəli əmr) tarixdən 2004-cü il 1 noyabr (28 nömrəli əmr) tarixədək Naxçıvan şəhər 13 saylı Uşaq bağçasında tərbiyəçi işləməsi ilə əlaqədar xidmət ilinə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan adıçəkilən müəssisənin müvafiq sənədlərinə əsasən yoxlama aktı tərtib olunarkən aşkar olunmuşdur ki, İddiaçı əmək kitabçasında qeyd olunan 1984-cü il 1 oktyabr tarixdən deyil 1986-cı il 20 dekabr tarixdə 299 nömrəli əmrlə Alt-tirikotaj fabrikinin Uşaq bağçasına müvəqqəti olaraq tərbiyəçi qəbul edilmiş və 2004-cü il 1 noyabr tarixdə 28 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. Nəticədə, İddiaçı qeyd olunan müəssisədə 17 il 10 ay 12 gün pedaqoji fəaliyyət müddəti ilə əlaqədar təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının qanunvericilik xaricində olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, X X7 şəhər şöbəsi tərəfindən 2004-cü il 5 noyabr tarixdə təyin olunmuş xidmət ilinə görə əmək pensiyasının ödənişi 2023-cü il 1 iyul tarixdən dayandırılmışdır. Həmçinin, İddiaçı 2004-cü il 4 noyabr tarixdən 2023-cü il 30 iyun tarixədək Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən əsassız ödənilmiş ümumilikdə 31849,48 manat (otuz bir min səkkiz yüz qırx doqquz manat qırx səkkiz qəpik) pul vəsaitinin Fondun hesabına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən (borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) könüllü qaytarmağı barədə 2023-cü il 16 noyabr tarixli, 16 nömrəli bildiriş ünvanlanmışdır. - ünvan 2 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 520 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Naxçıvan şəhəri, Qaraxənbəyli kəndində qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 oktyabr 1984-cü il tarixli, 07 nömrəli əmrlə Naxçıvan şəhər 13 saylı Uşaq bağçasına tərbiyəçi təyin edilmiş, 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 13/1228 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhər 13 №-li uşaq bağçasına xx.xx.1986-cı il tarixli, 299 №-li əmrlə işə “tərbiyəçi” qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 05 №-li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.1992-ci il tarixli, 65 №-li əmrlə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1993-cü il tarixli, 04 №-li əmrlə məzuniyyətdən qayıdaraq yenidən işdə hesab edilməsi, xx.xx.2004-cü il tarixli, 28 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 13/1228 nömrəli digər arayışda İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsi- Naxçıvan şəhər 13 №-li uşaq bağçasında işləməsi faktı və 1993-2004-cü illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11788/2024 nömrəli məktub ilə İddiaçı pensiya işinin surəti məhkəməyə göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı təyin edilmiş pensiyanın dayandırılması barədə qərar olmadığından göndərilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 24 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13948/2024 nömrəli məktubdan məlum olur ki, sığortaolunanların (işçi) xeyrinə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ilə bağlı göstəricilər 01 yanvar 2006-cı il tarixindən sonrakı dövr üçün fərdi şəxsi hesablarda öz əksini tapır. 01 yanvar 2006-cı il tarixinədək olan dövr ərzində sığortaedənlər (işəgötürən) tərəfindən Fonda təqdim olunan hesablama-ödəniş hesabatlarında ayrı-ayrılıqda hər bir sığortaolunan haqqında məlumatlar qeyd olunmurdu. Bu səbəbdən də 1984-2004-cü illər üzrə İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumat Fonda mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 yanvar 2025-ci il tarixli, 3-48-NDA/1-2-44/2025 nömrəli məktubla X13 Fabriki uşaq bağçası üzrə 01 oktyabr 1984-cü il tarixli 7 nömrəli, 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli, 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərin təsdiq edilmiş surətləri və İddiaçı Naxçıvan şəhər 13 nömrəli uşaq bağçasında işləməsi və 1993- 2004-cü illərdə əməkhaqqı alması barədə arxiv arayışı məhkəməyə göndərilmişdir. Məktubun qeyd hissəsində X13 Fabriki uşaq bağçasının 01 oktyabr 1984-cü il tarixli, 7 nömrəli əmrində İddiaçı adının fərqli rəngli qələmlə yazıldığı, Naxçıvan Şəhər 13 nömrəli uşaq bağçasının 1981-1993-cü ilin yanvar-may ayları daxil olmaqla əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-736/2025 nömrəli məktubundan məlum olur ki, Alt trikiotaj fabriki uşaq bağçasının 1984-1986-cı illərə dair əmr kitablarında İddiaçı məzuniyyətə buraxılması haqqında məlumata rast gəlinmədi. Alt trikotaj fabriki uşaq bağçasının əmək haqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. İddiaçı Naxçıvan şəhər 13 nömrəli uşaq bağçasında 1993-cü ilin iyun-dekabr aylarında əmək haqqı alması barədə 13 may 2025-ci il tarixli, 3-48-NDA/2- 2-Ə-7xx-xx/2025 nömrəli arxiv arayışı məhkəməyə göndərilmişdir. - Cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 20 oktyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-Ə-18xxxx/2025 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Şöbəsi Naxçıvan X10 uşaq bağçasına xx.xx.1984-cü il tarixli, 07 №-li əmrlə işdə hesab edilən işçilərin adlı siyahısında fərqli qələmlə adının göstərilməsi, xx.xx.1986-cı il tarixli, 299 №li əmrlə müvəqqəti tərbiyəçi vəzifəsinə təyin edilməsi, xx.xx.1987-ci il tarixli, 318 №li əmrlə bağçaya tərbiyəçi vəzifəsinə təyin edilməsi, xx.xx.1987-ci il tarixli, 434 №-li əmrlə 36 iş günü müddətinə növbəti məzuniyyətə buraxılması, xx.xx.1988-ci il tarixli, 17 №-li əmrlə məzuniyyət müddəti bitdiyindən işdə hesab edilməsi, xx.xx.1988-ci il tarixli, 54 “A” №-li əmrlə növbəti məzuniyyətə buraxılması, xx.xx.1989-cu il tarixli, 67 №-li əmrlə analıq məzuniyətinə buraxılması, xx.xx.1990-cı il tarixli, 09 №-li əmrlə analıq məzuniyyətindən qayıdıb, növbəti məzuniyyətə buraxılması, xx.xx.1990-cı il tarixli, 18 №-li əmrlə öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1990-cı il tarixli, 63 №-li əmrlə öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1991-ci il tarixli, 40 №-li əmrlə müvəqqəti tərbiyəçi vəzifəsinə təyin edilməsi, xx.xx.1992-ci il tarixli, 65 №-li əmrlə növbəti məzuniyyətə buraxılması, xx.xx.1993-cü il tarixli, 04 №-li əmrlə məzuniyyəti bitdiyindən işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan Muxtar Respublikası Təhsil Şöbəsi Naxçıvan X10 uşaq bağçasının 1984-1986-cı ilin dekabr ayınadək əmr kitablarında məzuniyyətə buraxılmasına dair məlumatın mövcud olmadığı, 1984-1993-cü ilin may ayınadək əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığı göstərilmişdir. - Cavabdeh orqanın nümayəndəsi tərəfindən İddiaçı iş stajının düzgünlüyünün Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan əmr və əməkhaqqı kitablarına əsasən qarşılıqlı yoxlanılması barədə xx.xx.25025-ci il tarixli akt məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ilədək qüvvədə olmuşdur) - 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından məlum olur ki, İddiaçı Fondun Naxçıvan şəhər şöbəsinin 05 noyabr 2004-cü il tarixli, 10068 nömrəli qərarı ilə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyin olunmuş pensiya təxminən 20 il davamlı ödənildikdən sonra pensiya ödənişi xx.xx.2023-cü il tarixdən heç bir qərar qəbul edilmədən dayandırılmış və bu barədə iddiaçıya pensiyanın ödənişinin dayandırıldığı vaxtdan 4 (dörd) ay keçdikdən sonra 16 noyabr 2023-cü il tarixli, 16 nömrəli bildiriş ünvanlanaraq əsassız ödənilmiş pul vəsaitinin Fondun hesabına könüllü qaytarması barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı 01 oktyabr 1984-cü il tarixdən 01 noyabr 2004-cü il tarixədək, yəni 20 il 1 ay Naxçıvan şəhər Təhsil şöbəsi- Naxçıvan şəhər 13 №-li uşaq bağçasında tərbiyəçi işləmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdə iddiaçının Naxçıvan şəhər 13 №-li uşaq bağçasına işə girməsi, məzuniyyətə gedən işçinin əvəz etməsi və işdən azad olunması barədə 01 oktyabr 1984cü il tarixli, 7 nömrəli, 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli, 01 noyabr 2004-cü il tarixli, 28 nömrəli əmrlərin təsdiq edilmiş surətləri və 1993-2004-cü illərə dair əməkhaqqı cədvəllərində iddiaçının əmək haqqı alması barədə arayışlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş əmrlərdən məlum olmuşdur ki, iddiaçı əmək kitabçasında qeyd edildiyi kimi 01 oktyabr 1984-cü il tarixdə 7 nömrəli əmrlə işə daxil olmuş 01 noyabr 2004cü il tarixli, 28 nömrəli əmrlə işdən azad edilmişdir. Cavabdeh orqan iddiaçının işə girdiyi tarix kimi qiymətləndirdiyi 20 dekabr 1986-cı il tarixli, 299 nömrəli əmrin mətnində qeyd olunur ki, 16 dekabr 1986-cı il tarixdən tərbiyəçi Əsgərova Gülnaz növbəti məzuniyyətə buraxıldığından onun yerinə müvəqqəti olaraq İddiaçı tərbiyəçi təyin edilmişdir. Göründüyü kimi həmin 299 nömrəli əmrlə iddiaçı məzuiyyətə gedən işçinin yerinə müvəqqəti təyin edilmişdir. Məhkəmə qeyd edir ki, 06 oktyabr 2025-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iddia tələbinin cavabdeh orqan tərəfindən təmin olunması üçün 15 gün vaxt verilməsi barədə cavabdeh orqanın nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilmişdir. Lakin həmin 15 gün müddət ərzində cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin edilməmiş, əksinə onun əmək stajının olmamasını təsdiq etmək üçün yenidən dövlət arxivində 13 nömrəli bağçaya aid sənədlərə baxış keçirilərək akt tərtib edilmiş və həmin aktda iddiaçının işə girməsi barədə 01 oktyabr 1984-cü il tarixli əmrdə iddiaçının adının ayrı rəngli qələmlə qeyd olunduğu bildirilmişdir. Məhkəmə cavabdeh orqanın bu arqumentinə cavab olaraq bildirir ki, cavabdeh orqan tərəfindən inzibati icraat iddiaçının pensiyasının dayandırıldığı vaxt aparılmalı olduğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəqiq göstərilmişdir. Cavabdeh qanunun bu tələbini pozaraq, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə 05 noyabr 2004-cü il tarixli qərarın ləğv edilməsi barədə heç bir əlavə qərar qəbul etmədən, qanunda nəzərdə tutulmuş icraat aparmadan 20 il əvvəl təyin edilmiş əmək pensiyasının ödənişini dayandırmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, arxiv arayışlarında qeydlərin hansı rəng qələmlə (eyni və ya fərqli) yazılması halı iddiaçının məsuliyyət sferasına aid olmamaqla, onun ziyanına şərh oluna bilməz. Həmçinin qeyd olunan hal cavabdeh orqan tərəfindən tərtib edilmiş İddiaçı iş stajının düzgünlüyünün Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan əmr kitablarına əsasən qarşılıqlı yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktda öz əksini tapmamışdır. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X2 və X9 ona ünvanlanmış suallları cavablandıraraq, iddiaçı ilə 2004-cü il tarixdən iş yoldaşı olduqlarını, Xurşud xanımın tərbiyəçi müəllimə işlədiyini, Xurşud xanımın işlədikləri dövrdə məzuniyyətə çıxdıqarını, məzuniyyətə çıxan işçilərin yerinə bağçanın digər işçilərnin əmrlə müvəqqəti təyin olunmasını və İddiaçı 1984-cü ilin oktyabr ayından 13 nömrəli uşaq bağçasında işlədiyini təsdiq etmişdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı pensiya təyin edilməsi barədə sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Bundan başqa, qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul edə bilər. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Cavabdeh inzibati orqan qanunun yuxarıda göstərilən tələblərinə əməl etmədən iddiaçıya əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir icraat aparmamış, yalnız əsassız olaraq inzibati akt tərtib etmədən pensiyanın verilməsini dayandırmışdır. Bu baxımdan, qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı məxsus əmək kitabçasında olan qeydlər, X5 təqdim edilmiş arayışlar və məhkəmə iclasında dindirilmiş şahid ifadələri və digər sübutlarla İddiaçı 1984-2004-cü il tarixlərində Naxçıvan X10 nəzdində (sonradan 13 nömrəli) uşaq bağçasında 20 ildən artıq müddətdə işləməsi tam təsdiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, araşdırma zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı 5 noyabr 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq dayandırıldığı 1 iyul 2023-cü il tarixdən bərpa edilməsi və ötən dövr ərzində pensiyanın ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev