Məhkəmə qərarları › İş №2-1(122)-383/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-383/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-383/2023 03.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "İddiaçı məxsus Babək rayonu, Çeşməbasar kəndinin mərkəzində yerləşən 24 kv.metr torpaq sahəsinin üzərində tikilmiş çayxana və mağaza binasının bərpa olunması və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Babək rayonu, Çeşməbasar kəndinin mərkəzində yerləşən 24 kv.metr torpaq sahəsinin üzərində tikilmiş çayxana və mağaza binasının bərpa olunması və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Babək Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı məxsus Babək rayonu, Çeşməbasar kəndinin mərkəzində yerləşən 24 kv.metr torpaq sahəsinin üzərində tikilmiş çayxana və mağaza binasının bərpa olunması və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, verilmiş tələb üzrə iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edərək bu barədə yazdığı 03 avqust 2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "İddiaçı məxsus Babək rayonu, Çeşməbasar kəndinin mərkəzində yerləşən 24 kv.metr torpaq sahəsinin üzərində tikilmiş çayxana və mağaza binasının bərpa olunması və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "İddiaçı məxsus Babək rayonu, Çeşməbasar kəndinin mərkəzində yerləşən 24 kv.metr torpaq sahəsinin üzərində tikilmiş çayxana və mağaza binasının bərpa olunması və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar