Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-384/2023 09.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Əylis Düzü sahəsində yerləşən ona məxsus restoran-kafenin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünki bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ordubad rayonu, Əylis Düzü sahəsində yerləşən ona məxsus restoran-kafenin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünki bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və şifahi icraat qaydasında mümkünlük iclası 09 avqust 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı Ordubad rayonu, Əylis Düzü sahəsində yerləşən ona məxsus restoran-kafenin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünki bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 09 avqust 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının 09 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Əylis Düzü sahəsində yerləşən ona məxsus restoran-kafenin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünki bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 09 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 09 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Əylis Düzü sahəsində yerləşən ona məxsus restoran-kafenin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünki bazar qiymətinə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-384/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-384/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver