Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-385/2025 17.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində xx.xx.1954-cü il kimi qeyd olunan doğum tarixinin xx.xx.1954-cü il olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində xx.xx.1954-cü il kimi qeyd olunan doğum tarixinin xx.xx.1954-cü il olaraq dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun şəxsiyyət vəsiqəsində doğum tarixi kimi xx.xx.1954-cü il qeyd edilmişdir. X3 Aktları Qeydində doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilmişdir. Problemin həll edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Nikah evinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq 26 avqust 2024-cü il tarixdə 3-16-5/8-15-486/2024 nömrəli məktubda bildirilmişdir ki, Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən məlum olmuşdur ki, Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Naxçıvan şəhəri”, ata “X7”, ana “X5”dır. Onun şəxsiyyət vəsiqəsində doğum tarixinin hansı əsasla “xx.xx.1954-cü il" yazılmasının səbəbi məlum deyil və doğum tarixinin xx.xx.1954-cü il olduğunu təsdiq edən hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kiyafət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən izah olunmuşdur ki, doğum tarixinə düzəliş edilməsi tələbi ilə əlaqədar müvafiq məhkəməyə müraciət edilə bilər. İddiaçı qeyd edir ki, doğum haqqında şəhadətnamə halhazırda əlində olmadığından və əldə edə bilmədiyindən doğum tarixini sübut edə bilmir. Bu da sənədləri arasında uyğunsuzluq yaradır və onun üçün müəyyən problemlərə səbəb olaraq hüquqlarını məhdudlaşdırır. İddiaçı bir sıra qanunvericilik normalarına və sübutlara istinad edərək, məhkəmədən Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində xx.xx.1954-cü il kimi qeyd olunan doğum tarixinin xx.xx.1954-cü il olaraq dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı eyni məzmunlu yazılı münasibəti 23 oktyabr və 03 dekabr 2024-cü il tarixlərdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya qarşı 14 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-13-592/2024 nömrəli və 28 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-721/2024 nömrəli eyni məzmunlu yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək doğum tarixinin “xx.xx.1954-cü il” kimi yazılmasını xahiş etmişdir. Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən məlum olmuşdur ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Naxçıvan şəhəri”, ata “X7”, ana "X8”dır. Lakin vətəndaşın şəxsiyyət vəsiqəsində doğum tarixi “30 08.1954-cü il” yazılmışdır və vəsiqədə hansı əsasla “xx.xx.1954-cü il” yazılmasının səbəbi məlum deyil. Vətəndaş bunu hər hansı sənədlə əsaslandıra bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən vətəndaşa doğum tarixinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 10 fevral 2025-ci il tarixli, 2-1(122)-385/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 17 mart 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, nikahın bağlanması haqqında şəhadətnamənin surətini, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini və qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən Naxçıvan şəhəri, M.Araz küçəsi, ev 10-da yaşayan İddiaçı ünvanlanmış 26 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-486/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən məlum olmuşdur ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi “xx.xx.1954-cü il”, doğum yeri “Naxçıvan şəhəri”, ata “X7”, ana “X8”dır. Şəxsiyyət vəsiqəsində doğum tarixinin hansı əsasla “xx.xx.1954-cü il” yazılmasının səbəbi məlum deyil və doğum tarixinin xx.xx.1954cü il olduğunu təsdiq edən hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq.vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən də doğum tarixinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi izah edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 30 avqust 1954-cü ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 2056 nömrəli arayışdan görünür ki, Rzayev X4 şəhəri, M.Araz küçəsi, ev 10A ünvanında qeydiyyatdadır. - 12 avqust 1976-cı il tarixli, İ-ЖГ 319967 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 30 avqust 1954-cü ildə Naxçıvan şəhərində doğulmuş İddiaçı ilə 30 avqust 1958-ci ildə Naxçıvan şəhərində doğulmuş X2 12 avqust 1976-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1976-cı ilin avqust ayının 12-də 171 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Rzayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş: - 18 iyun 2015-ci il tarixdə verilmiş pasportun surətindən görünür ki, İddiaçı 30 avqust 1954-cü il tarixdə doğulmuşdur. - Cavabdeh 28 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-722/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 06 sentyabr 1954-cü il tarixli, 624 saylı doğum akt qeydinin surətindən görünür ki, İddiaçı 30 iyul 1954-cü il tarixdə doğulmuşdur. X1, anası X8, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 09 dekabr 2024-cü il tarixli, 3-13-43/2-18299/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında xx.xx.1954-cü il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. İddiaçı adına “AA*******” nömrəli şəxsiyyət vəsiqəsinin rəsmiləşdirilməsinə əsas verən sənədlərdən 02 iyul 2008-ci il tarixdə verilmiş AZE seriyalı, 04607382 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30 avqust 1954-cü ildə Naxçıvan şəhərində doğulmuş Rzayev X4 şəhəri, Əlincə məhəlləsi, ev 2D, mənzil 6 ünvanında yaşayır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı barəsində 06 sentyabr 1954-cü il tarixdə aparılmış 624 nömrəli doğum haqqında akt qeydində onun doğum tarixi xx.xx.1954-cü il olaraq qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərin hər birindən aydın olur ki, o, xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Bununla da aydın olur ki, hər hansı səhvlik nəticəsində iddiaçının doğum akt qeydində doğum tarixi düzgün qeyd edilməmişdir. Bu hal isə öz-özlüyündə iddiaçının hüquqlarının pozuntusuna səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas fakt doğum haqqında akt qeydinə müvafiq dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, 06 sentyabr 1954-cü il tarixdə aparılmış 624 nömrəli doğum akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydinə düzəliş aparmaqla iddiaçının doğum tarixi 30 avqust 1954-cü il olaraq yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954cü il tarixli doğum haqqında akt qeydində xx.xx.1954-cü il kimi qeyd olunan doğum tarixinin xx.xx.1954-cü il olaraq dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən tərtib olunan 624 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində xx.xx.1954-cü il kimi qeyd olunan doğum tarixinin xx.xx.1954-cü il olaraq dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-385/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-385/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver