Məhkəmə qərarları › İş №2-1(122)-388/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-388/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-388/2025 28.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 65.4 kv.m qeyri-yaşayış obyekti olan dərzi sexinin ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 50 000 (əlli min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 65.4 kv.m qeyriyaşayış obyekti olan dərzi sexinin ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 50 000 (əlli min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 28 fevral 2025-ci il tarixli ərizə təqdim edərək, mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 65.4 kv.m qeyriyaşayış obyekti olan dərzi sexinin ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 50 000 (əlli min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi ilə bağlı müraciət olunduğunu, iş üzrə cavabdeh orqan Cavabdeh ilə razılaşma olduğundan iddiadan imtina etdiklərini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirib, imtina barədə ərizənin qəbul edilib iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaçı tərəfin iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 65.4 kv.m qeyriyaşayış obyekti olan dərzi sexinin ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 50 000 (əlli min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddiaçı təəfin ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı tərəfin 28 fevral 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş Şahbuz şəhəri, N.Nərimanov küçəsində yerləşən 65.4 kv.m qeyri-yaşayış obyekti olan dərzi sexinin ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 50 000 (əlli min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar