Məhkəmə qərarları › İş №2-1(122)-39/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-39/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-39/2022 27.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X1rşı “cavabdehin 16 dekabr 2021-ci il tarixli, 01/1-42 saylı məktubunda qeyd olunmuş artıq 5423.57 manat pul vəsaitinin tutulması güzəştli zərərli işə görə pensiya hesablanıb ödənilməsinin təmin edilməsi, fond tərəfindən yerinə yetirilmirsə, yaşa görə pensiyanın ləğv edilərək əlillik təyinatında saxlanılmaqla tutulmuş məbləğin geri qaytarılması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 16 dekabr 2021-ci il tarixli, 01/1- 42 saylı məktubunda qeyd olunmuş artıq 5423.57 manat pul vəsaitinin tutulması güzəştli zərərli işə görə pensiya hesablanıb ödənilməsinin təmin edilməsi, fond tərəfindən yerinə yetirilmirsə, yaşa görə pensiyanın ləğv edilərək əlillik təyinatında saxlanılmaqla tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 27 yanvar 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 10 yanvar 2022-ci il tarixli, 2-1(122)-39/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia tələbi məhkəmə üçün qeyri-müəyyən olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən qanunvericiliyin tələbinə uyğun iddia ərizəsinin və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 27 yanvar 2022-ci il tarixədək məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. Məhkəmənin yardım məktubu 12 yanvar 2022-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı tərəfindən məktubda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmiş, qanunvericiliyin tələbinə uyğun iddia ərizəsi və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmamışdır. 27 yanvar 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə tərəfindən qanunvericiliyin tələbinə uyğun iddia ərizəsinin və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi barədə ona ünvanlanmış məktubdan xəbərdar olduğunu, lakin iddia tələbini dəqiqləşdirmək istəmədiyini bildirərək məhkəmədən hazırki tələb üzrə işə baxılıb qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçı tərəfindən iddia tələbi qeyrimüəyyən ifadə olunmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində iki fərqli iddia tələbi göstərilmiş, iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X1rşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X1rşı “cavabdehin 16 dekabr 2021-ci il tarixli, 01/1-42 saylı məktubunda qeyd olunmuş artıq 5423.57 manat pul vəsaitinin tutulması güzəştli zərərli işə görə pensiya hesablanıb ödənilməsinin təmin edilməsi, fond tərəfindən yerinə yetirilmirsə, yaşa görə pensiyanın ləğv edilərək əlillik təyinatında saxlanılmaqla tutulmuş məbləğin geri qaytarılması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq iddiaçıya izah edilir ki, o, yuxarıda göstərilən halları aradan qaldıraraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X1rşı “cavabdehin 16 dekabr 2021-ci il tarixli, 01/1-42 saylı məktubunda qeyd olunmuş artıq 5423.57 manat pul vəsaitinin tutulması güzəştli zərərli işə görə pensiya hesablanıb ödənilməsinin təmin edilməsi, fond tərəfindən yerinə yetirilmirsə, yaşa görə pensiyanın ləğv edilərək əlillik təyinatında saxlanılmaqla tutulmuş məbləğin geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar