Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-392/2023 22.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə əsasən "onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 avqust 2022-ci ildə hərbi şəhərcikdə olan xidməti mənzilinə qalxan zaman müvazinətini itirərək yıxılmağı nəticəsində “Sağ medial və arxa topuğun qapalı yerdəyişməyən sınığı” diaqnozlu xəsarət almış və bu xəsarətə görə N nömrəli hərbi hissədə müalicə olunmuşdur. Xidmət etdiyi hərbi hissədən təqdim olunmuş N oktyabr 2022-ci il tarixli 1130 nömrəli arayışdan görünür ki, o, 15 oktyabr 2013-cü ildən “gizir” qismində həqiqi hərbi xidmətdədir və bu gün də xidmətinə davam edir. N nömrəli hərbi hissənin Hərbi Həkim Komissiyasının 19 oktyabr 2022-ci il tarixli 1306 nömrəli arayışından görünür ki, Hərbi Həkim Komissiyası, barəsində “Sağ medial topuğun qapalı yerdəyişməyən sınığına (xx.xx.2022) görə aparılmış gips langeti ilə immoblizasiyasından sonrakı kafi bitişməkdə olan sınığa “travmadır, hərbi xidmət dövründə alınmışdır” qərarı vermişdir. Həmçinin, həmin arayışa əlavə edilmiş 20 nömrəli Qoşmada Hərbi Həkim Komissiyası aldığı xəsarətin dərəcəsini təyin edərək “az ağır” xəsarət olduğunu qeyd etmişdir. Aldığı xəsarətə görə ona sığorta ödənişinin ödənilməsi üçün 24 oktyabr 2022-ci ildə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək müvafiq sənədləri təqdim etməyinə baxmayaraq 27 oktyabr 2022-ci il tarixli 01/İ-75 nömrəli məktubla onun 15 avqust 2022-ci ildə evinə su apararkən müvazinətini itirərək yıxılmağı nəticəsində xəsarət almağının “hərbi xidmət vəzifələrini yerinə yetirən dövrdə” baş verməməsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 8.1.3-cü maddəsinə əsasən baş vermiş hadisənin qanunla sığorta hadisəsi hesab edilmədiyi, buna görə Fond tərəfindən ona sığorta ödənişinin verilməsinin qanunauyğun olmadığı bildirilmişdir. O, təkrar olaraq 19 noyabr 2022-ci ildə Fonda yenidən ərizə ilə müraciət edərək imtinalarının qanunsuz olduğunu bildirməklə ona ödənilməli olan sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. Onun ərizəsi 22 noyabrda Fonda daxil olmuş, baxılmış, lakin yenidən 02 dekabr 2022-ci ildə Fondun sədri Rasim Bağırov tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən onu “az ağır” dərəcəli xəsarət almağı ilə nəticələnmiş hadisənin “sığorta hadisəsi hesab edilmədiyi” bildirilərək ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı ilk öncə, eyni tələblə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh ünvan 1 ünvanında yaşayan İddiaçı 27 oktyabr 2022-ci il və 02 dekabr 2022-ci il tarixli, müvafiq olaraq, 01/İ-75 və 01/İ-78 nömrəli məktublar ünvanlayaraq, İddiaçı 15 avqust 2022-ci il tarixdə yıxılaraq aldığı xəsarət “Hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən siğorta hadisəsi hesab edilmədiyi üçün Fond tərəfindən ona dövlət icbari şəxsi siğorta ödənişinin verilməsinin qanunauyğun olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi iddiaya qarşı 12 aprel 2023-cü il tarixli, 01/370 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1989-cu il tarixdə Qazax rayonu, Saloğlu qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı 24 oktyabr 2022-ci il tarixdə ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə 15 avqust 2022-ci il tarixdə hərbi xidmət dövründə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq “az ağır” xəsarət aldığına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddəsinə əsasən sığorta ödənişi olunması ilə bağlı müraciət etmişdir. 26 oktyabr 2022-ci il tarixdə Fondun Aparatında iddiaçının ərizəsinə baxılmış və baş vermiş hadisə qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədiyi üçün Fond tərəfindən ona dövlət icbari sığorta ödənişinin verilməsindən imtina edilməsinə baxmayaraq, iddiaçı təkrar 19 noyabr 2022-ci il tarixdə ərizə ilə müraciət edərək imtinanın qanunsuz olduğunu və ona ödənilməli olan sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 02 dekabr 2022-ci il tarixli, 01/İ-78 nömrəli məktubunda iddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən baş vermiş hadisə qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədiyi üçün ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsinin qanunauyğun olmadığı bildirilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanuna əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqıq hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a. b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;- - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Göründüyü kimi hadisənin sığorta hadisəsi hesab olunması şərtləri qanunvericilikdə müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında’’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta ödənişinin verilməsindən imtinanın səbəbləri göstərilmişdir. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən baş vermiş hadisə Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədiyi göstərilmişdir. Bu səbəbdən də iddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almadığına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnmədiyinə görə ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina qanunauyğun hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 sentyabr 2023-cü il tarixli, 2-1(122)-392/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 22 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, xəsarəti evə su gətirərkən aldığını, hadisənin təqribən gecə saat 22 radələrində və bazar günü baş verdiyini, xəsarət almağı barədə məlumatı cavabdeh orqana sağaldıqdan və bütün sənədləri topladıqdan, hadisə baş verdikdən təqribən 3 ay sonra məlumat verdiyini qeyd etmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, xəsarətin alınması barədə hadisənin 15 avqust 2022-ci il tarixdə baş verdiyini, lakin xəsarət barədə arayışın 19 oktyabr 2022-ci il tarixdə verildiyini və iddiaçı tərəfindən bu barədə hərbi həkim komissiyasının 1306 nömrəli arayışının təqdim edildiyini, iddiaçının xəsarət alması hadisəsinin hərbi xidmətdə olduğu zaman baş vermədiyinə görə və bazar günü gecə radələrində baş vediyinə görə ona sığorta ödənişinin edilməsinin əsassız oduğunu bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin məktubunu, sığorta məbləği almaq üçün verilən arayışı, hərbi xidmətdə olması barədə arayışı, hərbi xidmət vəsiqəsinin surətini və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 205 saylı Hərbi Hissənin 19 oktyabr 2022-ci il tarixli, 1306 nömrəli arayışından görünür ki, İddiaçı diaqnoz və xəsarətinin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyinin səbəb əlaqəsi haqqında HHK-nın qərarı “Sağ medial və arxa topuqun qapalı yerdəyişməyən sınığına (xx.xx.2022) görə aparılmış gips lanqeti ilə immoblizasiyasından sonrakı kafi bitişməkdə olan sınığı” və “Travmadır, hərbi xidmət dövründə alınmışdır” və “Hərbi xidmətə yararlıdır” olaraq müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 205 saylı Hərbi Hissənin 19 oktyabr 2022-ci il tarixli, 1306 nömrəli arayışına edilmiş 20 №-li qoşmadan görünür ki, gizir İddiaçı hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə (xx.xx.2022-ci il) xəsarət (travma) almış və bununla əlaqədar 19 oktyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin Qarnizon HHK-dan keçmişdir. HHK-nın xəsarətin ağırlıq dərəcəsi haqqında qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 01 avqust tarixli 269 №-li qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq “az ağır” olaraq müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 515 nömrəli Hərbi Hissənin N oktyabr 2022-ci il tarixli 1130 nömrəli arayışından görünür ki, hərbi qulluqçu İddiaçı 15 oktyabr 2013-cü il tarixdən gizir qismində həqiqi hərbi xidmətdədir və müqavilə vaxtı 15 oktyabr 2023-cü il tarixdə bitir. -11 oktyabr 2016-cı il tarixli ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1989-cu il tarixdə, Qazax rayon, Saloğlu qəsəbəsində doğulmuşdur. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının tələbi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanunun tələblərinə ziddir. Belə ki, iddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) zamanı xəsarət (yaralanma, travma, kontuziya) almadığına görə ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -2-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 4-cü maddəsinin 2-ci bəndinə əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; -2.0.2-ci maddəsinə əsasən, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir -27.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: -27.2.1-ci maddəsinə əsasən, bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması. “Hərbi qulluqçuların dövlət icbari siğortası haqqında” Azərbaycan Respublikasının Qanununun: - 5-ci maddəsinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. -8.1.3-cü maddəsinə əsasən, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. İş materiallarında olan sənədlərdən və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 15 avqust 2022-ci ildə (bazar günü saat 22 radələrində) hərbi şəhərcikdə olan xidməti mənzilinə qalxan zaman müvazinətini itirərək yıxılaraq az ağır xəsarət almışdır. Hazırda iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin ona ödənilməsini tələb edir. İddiaçı qeyd edilən tələblə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, baş vermiş hadisə xidməti vəzifələrini yerinə yetirdiyi zaman baş vermədiyindən qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçının yıxılaraq aldığı az ağır xəsarət "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə görə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman baş vermədiyindən siğorta hadisəsi hesab edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndindən göründüyü kimi hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Həmçinin, məhkəmə İddiaçı iddia tələbinin 2-ci yəni, “hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 12.1, 34.1, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdə ona "həqiqi hərbi xidmətdə" olduğuna görə və "hərbi xidmət dövründə" az ağır dərəcəli xəsarət aldığına görə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2ci hissəsinə əsasən onun hərbi xidmət dövründə aldığı az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin və hüquqi yardıma görə ödədiyi 200 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-392/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-392/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver