Məhkəmə qərarları › İş №2-1(122)-397/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-397/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-397/2025 03.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə və X2 Cavabdehnə qarşı "xx.xx.2019-cu il təvəllüdlü İddiaçı adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adının X1 qeydiyyata alınmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dəfələrlə Cavabdehnə “Uşağın adının dəyişdirilməsi haqqında” ərizə ilə yaxınlaşsalar da Cavabdeh işçiləri onun ərizəsini qəbul etməkdən imtina etmiş və övladının adının dəyişdirilməsinə maneələr yaratmışdılar. Yazılı formada müraciətinin qarşısını alaraq sadəcə olaraq şifahi qaydada dəyişdirmək olmaz deyib müraciətini qeydiyyata almırdılar. xx.xx.2024-cü il tarixdə Cavabdehnə məktub ünvanlamış və sənədin qeydiyyata alınmağı üçün məktubu sifarişli poçt vasitəsilə Cavabdeh ünvanına göndərmişdir. Məktub Cavabdehnə çatdırılmış və üzərində xeyli müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixli cavab məktubu ona çatdırıldı. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-27-4/2-120/2024 nömrəli məktubla müraciətə cavab vermişdir. Cavab məktubunda qeyd edilmişdir ki, “Komissiyaya daxil olan sənədlərə baxış zamanı məlum olmuşdur ki, siz 2019-cu ildə Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində işləmiş, özünün razılığı əsasında doğum haqqında şəhadətnamədə Bahar adının verlməsini təsdiq etmisiniz. Bahar adı normal addır. Azərbaycan xalqının milli mentalitetinə uyğun addır. İzahlı lüğətdə Masal adının yazılmasına rast gəlinmədi və övladınız hələ 5 yaşını tamam etməyib. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilir ki, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu səbəbdən qəyyumluq və himayə komissiyası uşaq 10 yaşına çatanda onun fikirlərini nəzərə alıb qərar qəbul edə bilər” Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının sədri və Hüquq şöbəsinin müdiri olan Sevindik Abdullayev tərəfindən göndərilən imtina məktubunda heç bir əsası olmayan, hüquq və qanunvericilik sisteminə zidd və demək olar ki, gülünc doğuran cavab verilmişdir. Onların ərizəsinə baxılan müddət ərzində onların inzibati icraatda iştirakı təmin edilməmiş, dinlənilmə hüququları təmin edilməmiş və ümumilikdə Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa zidd şəkildə inzibati icraat aparılmışdır. Bəhs edilən 2019-cu il tarixində qızına “Masal” adını vermək istəyən zaman buna heç bir əsaslar olmadan maneələr yaradılmış və nəticədə məcbur qalaraq “Bahar” adının qeydiyyata alınmağına razılıq vermişdir. Bu gün belə qohumları, qonşuları heç biri qızının adının “Bahar” olduğunu bilmir. Qızı özü belə adının “Bahar” deyil, “Masal” olduğunu bilir. İmtina məktubunda qeyd edilmişdir ki, Bahar adı normal addır. Azərbaycan xalqının milli mentalitetinə uyğun addır. “Masal” adıda normal addır və milli mentalitetə tam uyğundur. Onlar ərizədə Bahar adının normal ad olmaması və ya milli mentalitetimizə uyğun olmaması barədə heç bir etiraz etməmişlər. Sadəcə olaraq uşağın valideynləri olaraq, 5 yaşlı uşağın normal inkişafını, gələcəkdə psixoloji sarsıntı yaşamaması və cəmiyyətdə tək bir adla tanınması üçün belə bir qərar vermişlər. Hər kəsə məlumdur ki, cəmiyyətlə öz adı ilə tanınmayan və rəsmi və faktiki adı olan uşaqların bu hal psixiki inkişafına maneələr yaradır. Eyni zamanda gələcəkdə insanlar tərəfindən fərqli adlarla yadda qalacaq. Bu hal da validynləri olaraq onları narahat edir. İmtina məktubunda qeyd edilmişdir ki, izahlı lüğətdə Masal adının yazılmasına rast gəlinmədi və övladınız hələ 5 yaşını tamam etməyib. Cavabın “övladınız hələ yaşını tamam etməyib” hisəsi hər kəsə məlum olan haldır və heç bir əhəmiyyət daşımır. Sadəcə cavab məktubunun biraz geniş olması üçün yazılmış mənasız söz yığınının bir parçasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemdə olan məlumat bazasında son 5 il üzrə 108 nəfər uşağa "Masal” adının verilməsinin şahidi oluruq. Bu statistika əsasında qeyd edə bilər ki, 108 nəfər uşağın Azərbaycanın fərqli regionlarından olduğunu nəzərə alanda övladına "Masal” adının verilməsinə imtina verən Cavabdeh düzgün və qanuna uyğun addım atırsa əgər, geridə qalan 108 nəfər "Masal” adını qeydiyyata alan Qəyyumluq və himayəçilik idarəsi qanunsuzluq edir. Yox əgər 108 nəfər uşağa "Masal” adını verən ölkəmizin bu qədər icra hakimiyyəti orqanları öz fəaliyyətlərini düzgün təşkil edirlərsə də, deməli Cavabdeh qanunsuz davranışlar sərgiləyir. Masal adının mənası nağıl, hekayə deməkdir. Masal sözü Azərbaycan dilinin orforqafiya lüğətində mövcuddur. Azərbaycan ədəbiyyatının inciləri olan Mikayıl Müşfiqin “Duyğu yarpaqları” şeirində, Əhməd Cavadın “Kolxoz” şeirində bu addan istifadə edilmişdir. xx.xx.2019-cu il təvəllüdlü qızı İddiaçı anadan olduğu tarixdən indiyədək Masal adı ilə tanınması nəticəsində qızı öz adını Bahar deyil, Masal olaraq bilir. Bütün yaxınlarıda artıq qızını Masal adı ilə tanıyıb və həmin adla çağırır. Həmçinin ailə üzvləri də qızına Masal adını yaraşdığını düşünərək elə müraciət edir. Qeyd edilən hal gələcəkdə qızının rəsmi adının Bahar olmağına baxmayaraq, Masal adı ilə tanınması nəticəsində özünün psixi inkişafına mənfi təsir göstərəcək və gələcək dövrlərdə kollektivə qoşulduğu zaman qızına çətinliklər törədəcəyini düşünür. Bu səbəbdən adının dəyişdirilərək “Masal” kimi qeydiyyata alınmağını istəyirəm. İddiaçı göstərilənlərə əsasən məhkəmədən İddiaçı adının X1 qeydiyyata alınmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 25 oktyabr 2024-cü il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə yeni iddia ərizəsi təqdim edilərək, İddiaçı valideynləri kimi qanuni nümayəndələri Qanuni nümayəndə və X2 İddiaçı adının X1 qeydiyyata alınmağına razılıq verilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmənin protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin Cavabdeh iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. Sonradan 07 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə və X5 məhkəməyə 02 mart 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək Cavabdehnə qarşı "xx.xx.2019-cu il təvəllüdlü İddiaçı adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması" kimi oxunmasını xahiş etmişdirlər. Məhkəmənin 07 mart 2025-ci il tarixli, 2-1(122)-397/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 iyun 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı qanuni nümayəndəsi X2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının qanuni nümayəndəsi X2 və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Şahbuz rayon Keçili kənd sakini Qanuni nümayəndə ünvanlanmış 05 sentyabr 2024-cü il tarixli, 5-27-4/2-120/2024 nömrəli məktubdan görünür ki, Komissiyaya daxil olan sənədlərə baxış zamanı məlum olmuşdur ki, o, 2019-cu ildə Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində işləmiş, özünüzün razılığı əsasında doğum haqqında şəhadətnamədə Bahar adının verilməsini təsdiq etmişdir. Bahar adı normal addır. Azərbaycan xalqının milli mentalitetinə uyğun addır. İzahlı lüğətdə Masal adının yazılmasına rast gəlinmədi və övladı hələ 5 yaşını tamam etməyib. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilir ki, 10 yaşına çatmış uşağın fikiri mütləq nəzərə alınmalıdır. Bu səbəbdən qəyyumluq və himayə komissiyası uşaq 10 yaşına çatanda onun fikirlərini nəzərə alıb qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlar qəyyumluq və himayə komissiyası Bahar adının dəyişdirilməsini məqsədəmüvafiq hesab etmir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Qanuni nümayəndə xx xxxxxxxx 1995-ci il tarixdə doğulmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 10 may 2000-ci il tarixdə doğulmuşdur. - 10 sentyabr 2018-ci il tarixli, AZ-İİ seriyalı, 067463 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, xx xxxxxxxx 1995-ci il təvəllüdlü Qanuni nümayəndə ilə 10 may 2000-ci il təvəllüdlü X6 10 sentyabr 2018-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah haqqında şəhadətnaməyə əsasən ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 nömrə ilə qeyd edilmişdir. - 16 oktyabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 168556 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 02 oktyabr 2019-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı Qanuni nümayəndə, ana adı X5 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 2019-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 fevral 2025-ci il tarixli, 3-16-33-1/2-255/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 156 uşağa "Masal" adı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X7rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X3rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53-cü maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.https://e-qanun.az/framework/46946 Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli 279 №li Fərmanının 2.9-cu bəndinə müvafiq olaraq həmin Məcəllənin 53.4, 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının həyata keçirdiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən adın uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə və X2 əsas hüquqi maraqları xx.xx.2019-cu il təvəllüdlü İddiaçı adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıq verilməsindən ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. Uşağın mənafeyinə gəldikdə, məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi adı fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiqedilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericilik uşağın mənafeyinin həm ad qoyulması, həm də adın dəyişdirilməsi zamanı nəzərə alınmasının müəyyən etmişdir. Yəni inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan askpekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. İşin hallarından görünür ki, cavabdeh imtina cavabı verərkən “Bahar” adının Azərbaycan xalqının milli mentalitetinə uyğun olduğuna, izahlı lüğətdə Masal adının yazılmasına rast gəlinmədiyinə istinad etsə də, adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib-yetirməməsini qiymətləndirməmiş, formal olaraq valideynlərin bu hüququ məhdudlaşdırılmaşdır. Məhkəmə cavabdehin imtinasına qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından da görünür ki, uşağın hər iki valideyni onun adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 156 uşağa "Masal" adı verilmişdir. Eyni zamanda bu qəbildən olan dəyişikliyin edilməsi üçün qanunvericiliklə hər hansı qadağa nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, dəyişdirilməsi xahiş edilən “Masal” adı uşağın mənafeyinə xələl gətirə biləcək, həmçinin onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Belə olan halda aydındır ki, hazırkı halda həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinasında göstərilən arqument hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə və X2 Cavabdehnə qarşı "xx.xx.2019-cu il təvəllüdlü İddiaçı adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü İddiaçı adının “Bahar” adından “Masal” adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar