Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-4/2020 24.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə veteran adının və vəsiqəsinin verilməsinə dair öhdəlik qoyulmasıbarədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüşdür. Belə ki, N aprel 1994-cü ildə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş və 26 sentyabr 1997ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarından tərxis olunmuşdur. Hərbi xidmət dövründə aşağıdakı xidməti tapşırıqları yerinə yetirmişdir. Belə ki, hərbi biletin 4-cü səhifəsində göstərilib: • N nömrəli hərbi hissədə N aprel 1994-cü il tarixində atıcı; • N nömrəli hərbi hissədə N may 1994-cü il tarixindən N may 1995-ci il tarixinə qədər sürücü; • N nömrəli hərbi hissədə N may 1995-cü il tarixindən 09 oktyabr 1997-ci il tarixinə qədər çörəkçi; Eyni zamanda hərbi biletin 7-ci səhifəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün 12 sentyabr 1994-cü il tarixindən 17 sentyabr 1994-cü il tarixinə qədər Sədərək rayonuna ezam olunmuşdur. Müharibədə döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona veteranlıq vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya göndərilən 22 may 2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın 19 may 2017-ci il tarixli iclasında baxılmış, onun barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Həminin N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, N may 2017-ci il tarixli arayışa əsasən İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona ‘Müharibə Veteranı ” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Qeyd olunan cavab məktubundan sonra iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna müraciət olunaraq onun barəsində hərbi hissəni özbaşına tərk etməyi ilə əlaqədar olan cinayət işi və ya təqsirləndirici materialların olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən verilən 27 iyun 2019-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun hərbi xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etməyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın onun barəsində qəbul edilmiş qərarla əlaqədar“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin 14.0.8-ci bəndinə əsasən inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququnun olması E.Adullayevə izah edilmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun cavabından sonra yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək veteranlıq vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya göndərilən 31 avqust 2019-cu il tarixli cavab məktubu da əvvəlki məktubla eyni məzmunlu olmuşdur. Həmçinin iddiaçı iddia edir ki, Müdafiə Nazirliyi onun döyüşlərdə iştirakını təsdiqləyən sənədlərin olmasına və hərbi hissəni özbaşına tərk etməsi barədə irəli sürülmüş ittihamın Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən təkzib olunmasına baxmayaraq ona veteran adı və vəsiqəsi verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, hərbi biletin 7-ci səhifəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün 12 sentyabr 1994-cü il tarixindən 17 sentyabr 1994-cü il tarixinə qədər Sədərək rayonuna ezam olunmuş və bunu da hərbi hissə komandiri öz imzası və hərbi hissənin möhürü ilə təsdiq etmişdir. Bundan başqa iddiaçı ərizəsində qeyd etmişdir ki, döyüş əməliyyatlarını keçirən hərbi hissənin tərkibində olmuşdur. Belə ki, onun həmin zamanda müharibədə iştirakını təsdiq edən şahidlərin olmasına baxmayaraq, cavabdehin yalandan barəsində cinayət işinin olmasını göstərməsi, Naxçıvan Hərbi Prokurorluğunun məktubu ilə təkzib olunur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrini rəhbər tutaraq məhkəmədən müdafiə nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətləri sərəncamla cavabdeh inzibati orqana göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İddiaçıya və cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və keçiriləcəyi yer barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmələri barədə hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsiX2 oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddiaya münasibəti barədə məktubuna və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh inzibati orqanın iddiaya münasibəti barədə məktubundan aydın olur ki, müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı adına olan HZ seriyalı, ******* nömrəli hərbi biletin 4-cü səhifəsindəki qeydə əsasən o, N aprel 1994-cü ildə 108 saylı əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilmişdir. Onun həmin hərbi hissənin siyahısından çıxarılması barədə əmr yoxdur. Müdafiə Nazirliyinin müvafiq komissiyasının iddiaçıya verdiyi cavabda hərbi hissəni özbaşına tərk etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmamış, həmçinin həmin səhifədəki digər qeydlə onun N may 1994-cü ildə 112 nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. İddiaçının hərbi biletinin 7-ci səhifəsində onun 12 sentyabr 1994-cü il tarixdən 17 sentyabr 1994-cü il tarixədək (yəni cəmi beş gün) Sədərək döyüş bölgəsinə ezam olunması barədə qeyd vardır. Sözügedən Əsasnaməyə əsasən 12 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alan şəxslərə müharibə veteranı adı verilir. İddiaçı döyüş əməliyyatları ilə əlaqədar xəsarət almamışdır və onun döyüş zonasında hərbi xidmətkeçməsi və yaxud bilavasitə hər hansı bir döyüş tapşırığını yerinə yetirməsi barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı sübut təqdim olunmadığı qeyd edilərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaş İddiaçı ünvanlandığı 13 sentyabr 2019-cu il tarixli, 1/A-12461 nömrəli məktubun surətindən görünür ki, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 19 may 2019-cu il tarixli iclasında baxıldığı və onun barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlərin geri qaytarıldığı və N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, N may 2017-ci il tarixli arayışa əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Kəngərli rayonunun Qarabağlar kənd sakini İddiaçı ünvanlandığı 27 iyun 2019-cu il tarixli, 13/927 nömrəli məktubdan görünür ki, onun hərbi xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici məlumat yoxdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində doğulmuş və Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində yaşayır. İş materiallarında olan HZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 7-ci vərəqindən görünür ki, İddiaçı 12 sentyabr 1994-cü il tarixdən 17 sentyabr 1994-cü il tarixədək Sədərək döyüş bölgəsinə ezam olunmuşdur. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlandığı N may 2017-ci il tarixli, 1060 nömrəli məktubun surətindən görünür ki, vətəndaşların hərbi xidmət keçmələri barədə arxiv arayışlarında İddiaçı xidmətdə olduğu zaman hərbi hissəni özbaşına tərk etdiyi qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin həmin Qanununun 7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarım bəndinə uyğun olaraq “müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 saylı əmri ilə qüvvəyə minmiş “müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən 1991-ci ilin oktyabrın 9-dan 1994-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliyinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət tərkibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə “müharibə veteranı” adı şamil olunmur. Cavabdeh inzibati orqanın iddiaya münasibət barədə məktubundan, işdə olan digər sənədlərdən sübuta yetirilir ki, İddiaçı hərbi hissədə xidmət edərkən hərbi hissəni özbaşına tərk etmişdir. Beləliklə də məhkəmə araşdırmaları zamanı və şifahi məhkəmə baxışı iclasında tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi xidmət keçən zaman hərbi hissəni özbaşına tərk etmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. Həmçinin məhkəmə araşdırmaları zamanı İddiaçı məxsus HZ seriyalı, ******* nömrəli hərbi biletin 4-cü səhifəsindəki qeydə əsasən onun N aprel 1994-cü ildə 108 saylı əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi müəyyən olunmuş, lakin onun həmin hərbi hissənin siyahısından çıxarılması barədə əmr iddia ərizəsinə əlavə olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması”na dair iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi İddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarının əsaslandırıcı hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33.1, 58.1, 58.7, 68.1, 68.2, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə veteran adının və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması tələbi”nədair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-4/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-4/2020
24.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver