Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-408/2025 11.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 min manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ın 1-ci mərtəbəsində 2013-cü ildən 39.89 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi mərhum nənəsindən İddiaçı miras qalmışdır. İddiaçı mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adına verdiyi xx.xx.2009-cu il tarixli texniki pasportu və MN seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışı ilə təsdiq edilmişdir. 2015-ci ildə Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binada yenidənqurma və bərpa işləri apararkən Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamı ilə Nümayəndə mülkiyyətində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m arakəsmə ilə ayıraraq 11 sentyabr 2015-ci il tarixli, 887 nömrəli orderlə X4 adına mənzil kimi verilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Nümayəndə mülkiyyətində olan əmlakın hansı əsasda qeyri-qanuni olaraq özgəsinə verilməsini aydınlaşdırmaq üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan MR Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə sorğular göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 27/V-03 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Atatürk küçəsi 5 nömrəli binanın birinci mərtəbəsində yenidənqurma işinin aparılması və xüsusi mülkiyyətdə olan obyektlərlə bağlı heç bir qərar qəbul edilməmişdir. Obyektinizin zəbt edilməsi ilə sizə vurulmuş zərərlə bağlı İcra Hakimiyyətində heç bir rəsmi sənəd aşkar olunmamışdır”. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 04/416 nömrəli, 25 iyun 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, Naxçıvan şəhəri, Atatürk küçəsi 5 ünvanında İddiaçı adına qeydiyyata alınmış qeyriyaşayış sahəsinin 12.83 kv.m hissəsinin haliyədə X3, əvəllər isə X4 adına qeydiyyata alınmış mənzilin tərkib hissəsində olduğu müəyyən olunmuşdur. 07 oktyabr 2015-ci il tarixidə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 0710/01-İPK nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında qeyd olunan mənzil xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmışdır. İddiaçı şəxsi mülkiyyətində olan əmlak məlumatı olmadan 2015-ci ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni sərəncamı əsasında, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi verilməklə özgəsinin mülkiyyətinə verilmişdir. 31 iyul 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə yazaraq müraciət edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 23 avqust 2024-cü il tarixli məktubunda icra hakimiyyətində heç bir inzibati akt yaxud sənəd aşkar etmək mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 min manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş və məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia tələbinin aydın ifadə olunmadığı, iddia tələbində cavabdeh orqanın adının düzgün qeyd edilmədiyi, iddia ərizəsinin giriş hissəsində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti cavabdeh olaraq göstərilsə də, iddia tələbində öhdəliyin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasının xahiş edildiyi iddiaçı tərəfin diqqətinə çatdırılmış, qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün müddət təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli yeni iddia ərizəsi göndərərək İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 mart 2025-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 11 iyul 2025ci il tarixə təyin edilmiş, məhkəmə tərəfindən iddiaçı tərəfə yenidən yardım məktubu ünvanlanaraq İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamı əsasında X4 adına verilməsi tam təsdiq olunduğundan hüquqi marağının təmin olunması üçün ilk növbədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamının mübahisələndirilməsinin məqsədəmüvafiq olduğu bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil göndərilən yardım məktublarından xəbərdar olduqlarını bildirib, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbinin məzmunundan belə müəyyən edilir ki, iddiaçının tələbi İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirir. Hazırki iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında X4 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və hüquqmüəyyənedici sənədlər təqdim etmişdir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək qanunvericilikdə əmlak xidmətinin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfə məhkəmə tərəfindən hüquqi yardım edilməsinə baxmayaraq, iddia tələbi iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamından aydın olur ki, X1 şəhər Atatürk küçəsi 5 №-li binanın birinci giriş, birinci mərtəbə, 3 otaqlı, 74.7 kvadratmetr ümumi sahəsi, 50.79 kvadratmetr yaşayış sahəsi olan 2 №-li mənzillə təmin olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamı əsasında verilmiş 11 sentyabr 2015-ci il tarixli, 887 nömrəli orderin surətindən görünür ki, X4 Atatürk küçəsi 5 №-li evdə 2 №-li mənzildə 1-ci blokda mərtəbədə 3 otaqdan ibarət ümumi sahəsi 74.7 kvadratmetr, yaşayış sahəsi 50.79 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 04 aprel 2025-ci il tarixli, 04/178 nömrəli məktubu ilə ünvan 2 ünvanında yerləşən 12.83 kv.m qeyri-yaşayış sahəsinin ünvan 3 ünvanında yaşayan X4 adına qeydiyyata alınan 74.7 m2 mənzilin tərkibində olduğunu təsdiq edən sxematik plan məhkəməyə təqdim edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsas hüquqi marağının təmin edilməsi, yəni ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması üçün ilkin olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamının mübahisələndirilməsi (ləğv edilməsi və ya etibarsız sayılması) məqsədəmüvafiqdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamı qüvvədə olduğu halda iddiaçının ünvan 1ın 1-ci mərtəbəsində olan qeyriyaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılmasını tələb etməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar, qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yardım etmək vəzifəsi çərçivəsində İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı nəzərə alınaraq, onun çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə etməsi üçün məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilərək münasib iddianın təqdim olunmasından imtina olunmuşdur. İddia mümkün sayılmadığına görə məhkəmə iddiada irəli sürülən digər tələbin hüquqi müqəddəratı məhz bu tələblə bağlı mübahisənin həllindən asılı olduğundan iddia tələbinin digər hissəsinə münasibətdə hüquqi dəyərləndirmə aparmağa lüzum görmür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan ünvan 1ın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-408/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-408/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver