Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-409/2024 25.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olan sökülmüş mağazanın əvəzinə Naxçıvan şəhərində mərkəzi küçələrinin birində mağaza alınıb verilməsinə və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 250000 (iki yüz əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi öhdəlı̇ yı̇ nı̇ n cavabdehı̇ n üzərı̇ nə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı mərhum həyat yoldaşı X1 mülkiyyətində olan sökülmüş mağazanın əvəzinə Naxçıvan şəhərində mərkəzi küçələrinin birində mağaza alınıb verilməsinə və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 250000 (iki yüz əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi öhdəlı̇ yı̇ nı̇ n cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinı̇ n üzərı̇ nə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 25 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 29 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mərhum həyat yoldaşı X1 mülkiyyətində olan sökülmüş mağazanın əvəzinə Naxçıvan şəhərində mərkəzi küçələrinin birində mağaza alınıb verilməsinə və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 250000 (iki yüz əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi öhdəlı̇ yı̇ nı̇ n cavabdehı̇ n üzərı̇ nə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olan sökülmüş mağazanın əvəzinə Naxçıvan şəhərində mərkəzi küçələrinin birində mağaza alınıb verilməsinə və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 250000 (iki yüz əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi öhdəlı̇ yı̇ nı̇ n cavabdehı̇ n üzərı̇ nə qoyulması tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "mərhum həyat yoldaşı X1 mülkiyyətində olan sökülmüş mağazanın əvəzinə Naxçıvan şəhərində mərkəzi küçələrinin birində mağaza alınıb verilməsinə və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 250000 (iki yüz əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi öhdəlı̇ yı̇ nı̇ n cavabdehı̇ n üzərı̇ nə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-409/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-409/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver