Məhkəmə qərarları › İş №2-1(122)-41/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-41/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-41/2022 11.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə İddiaçı 11 yanvar 2022-ci il tarixli teleqramını Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(114)-2121/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə 11 yanvar 2022-ci il tarixli, AZ6800/********** nömrəli teleqram göndərərək iddia tələbindən imtina etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının teleqramını nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları yazılı icraat qaydasında qəbul edilə bilər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ona ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı 11 yanvar 2022-ci il tarixli teleqramı təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı teleqramı təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ona ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. HAKİM: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar