Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-41/2023 14.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: XN3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N977-ci ildə Babək rayon Cəhri qəsəbəsində anadan olmuşdur. xx.xx.N995-ci ildə Babək rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq xidmətə göndərilmişdir. Hərbi xidmətə həmin tarixdən N nömrəli hərbi hissədə başlamış, xx.xx.N995-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və N nömrəli əmrlə N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Sonra xx.xx.N995-ci ildə yenidən xidmət yeri dəyişdirilmiş və N nömrəli hərbi hissə komandirinin həmin tarixli 275 nömrəli əmri ilə xidmətini həmin hərbi hissədə davam etdirmişdir. N nömrəli hərbi hissə Qazax rayonunda yerləşirdi və o da əsgər yoldaşları ilə birlikdə Qazax rayonunun Ermənistanla sərhəd döyüş zonasında (mövqelərində) postlarda xidmət aparmışdır. xx.xx.N997-ci il tarixdə hərbi hissə komandirinin göstərişi ilə digər əsgər yoldaşları ilə birlikdə döyüş zonasında müvafiq döyüş tapşırığını yerinə yetirərkən Qazax rayonunun Məzən kəndi yaxınlığında mina partlayışı zamanı yaralanmışdır. Həmin vaxt N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə N95 nömrəli hərbi hospitala müalicəyə göndərilmişdir. "Qəlpə yarası" diaqnozu ilə əvvəlcə N95 nömrəli hərbi hospitalda, sonra isə həkimlərin məsləhəti və yaralıların sayının çox olmasına görə N nömrəli hərbi hospitala köçürülərək müalicəni orada davam etdirmişdir. Bildirir ki, həmin vaxt, yəni xx.xx.N997-ci ildə N nömrəli hərbi hissənin komandirinin əmri ilə N-ci tabor, N-ci bölük, N-ci tağımın tərkibində tağım komandirləri baş leytenant Şahəddin İsgəndərovun tabeliyində döyüş tapşırığını yerinə yetirərkən Qazax Rayonunun Məzən kəndi yaxınlığında (Aşağı Əskiparada) düşmən tərəfindən basdırılmış mina partlaması nəticəsində yaralanaraq xəsarət almış və hal-hazırda da bədənində qəlpə daşıyır. Həmin tapşırığı yerinə yetirərkən N8 nəfərlik tağımın 5 əsgəri - X9 (Babək rayon Nehrəm qəsəbəsi), Ceyhun Əlverdiyev (Qusar rayonu), Valeh İbrahimov (İmişli rayonu), Fuad Babayev (Bərdə rayonu) və Şahəddin Nurəliyev (Ağsu) şəhid olmuş, N3 nəfəri isə müxtəlif şəkildə qəlpə yarası ilə yaralanmışlar. Onunla birlikdə yaralanan Azərbaycan Respublikasının digər bölgələrindən olan əsgər yoldaşlarından başqa, Naxçıvan Muxtar Respublikasından onunla birlikdə hərbi xidmətdə olan və həmin vaxt döyüş tapşırığını yerinə yetirən əsgər yoldaşlarından X7 müalicə olunaraq xidmətini davam etdirib ordudan tərxis olunmuş və döyüş tapşırığını yerinə yetirən zaman yaralandığına görə "müharibə veteranı" adı və vəsiqəsi almışdır. Bildirir ki, N nömrəli hərbi hospitalda müalicəsi bitdikdən sonra yenidən N nömrəli hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmiş və xx.xx.N998ci ildə Müdafiə Nazirinin əmri ilə ehtiyata tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli, N03 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq Babək RHK-na göndərilmişdir. Naxçıvan Muxtar Respublikası SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi ilə Azərbaycan Respublikası MN-nin Naxçıvan Qarnizonu Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş və həmin Komissiyanın xx.xx.2022-ci il tarixli, N0 nömrəli Qərarı (MN NQ MHHK-nin N394 saylı, xx.xx.2022-ci il tarixli protokolu) ilə bir daha təsdiq olunmuşdur ki, "İddiaçı N997-ci ilin mart ayında N nömrəli hərbi hissənin postunda olarkən mina partlayışı zamanı travma almış və N nömrəli hərbi hissədə çanağın sağ yarısının kor qəlpə yarası diaqnozu ilə stasionar müalicədə olmuşdur. Göstərilən qərar Naxçıvan MR SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi, N nömrəli hərbi hissənin çıxarış epikrizinin ksero surəti, SHXÇDX-nin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 382 nömrəli arayışı və onunla birlikdə xidmət edən 2 vətəndaşın şahid ifadələri və MN NQ MHHK-nin həkimmütəxəssisinin rəyi ilə təsdiq edilmişdir. Yuxanda qeyd olunanlara əsaslanaraq tərəfindən "müharibə veteranı" adının və vəsiqəsinin alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı müraciət edilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsas olaraq isə göstərilmişdir ki, "hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N995-xx.xx.N998) təsadüf edir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan N3 mart 2023-cü il tarixli, 3-25-NN/2-NN46/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 2N fevral 2023-cü il tarixli, 55 nömrəli məktubundan və ona əlavə edilmiş 0N aprel N998-ci il tarixli, N-34 N998 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olan zaman şəxsi heyətlə birlikdə xx.xx.N997-ci il tarixdə xidmət etdikləri taqımın döyüş mövqeyinin ərazisində səngərdə qazıntı işləri apardıqdan sonra yataqxanaya qayıdan zaman mina partlayışı zamanı xəsarət almışdır. Həmçinin etiraza əlavə edilmiş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-NNN5 nömrəli məktubunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi bölməsinin şəxsi heyəti ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Bununla da İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin (...N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir) tələblərinə ziddir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N4 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə N3 mart 2023cü il tarixli, 3-25-NN/2-NN46/2023 nömrəli məktub göndərərək AR İPM-nin 62.3-cü, MPMnin N85.6-cı maddələrini rəhbər tutaraq məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli, 4/3-N2005 nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövtət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.202N-ci il tarixli, 76N nömrəli arayışına və hərbi biletdə olan qeydlərə əsasən hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N995-xx.xx.N998-ci il tarixlərə) təsadüf etdiyinə görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 08 dekabr 202N-ci il tarixli, 4/2-2N9N nömrəli arxiv arayışından aydın olur ki, N №-li hərbi hissədən gəlmiş, siravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, N88 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 277 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Babək RHK-dan çağırılmış, N №-li hərbi hissədən gəlmiş, xx.xx.N977-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 275 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin xx.xx.N998-ci tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N998-ci il tarixli, N03 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 275 №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 89 №-li əmrilə əsgər İddiaçı N95 №-li hərbi hospitala müalicəyə göndərilərək, qazan təminatından çıxarılmışdır. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün manqa komandiri, əsgər İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli, N03 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyata düşmək üçün Babək RHK-na göndərilmişdir. N və N №-li hərbi hissələrinin sənədləri və xəstəlik haqqında epikrizlər Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Komissiyasının N0 oktyabr 2022-ci il tarixli, N0 nömrəli qərarından görünür ki, SHXÇDX-nin Babək Rayon İdarəsi tərəfindən xx.xx.N995-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.N998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, İddiaçı N997-ci ilin mart ayında N saylı hərbi hissənin postunda olarkən mina partlayışı zamanı travma almış və N nömrəli hərbi hissədə "çanağın sağ yarısının kor qəlpə yarası" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Naxçıvan Muxtar Respublikası SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi, N nömrəli hərbi hissənin çıxarış epikrizinin kserosurəti, SHXÇDX-nin Babək Rİ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 382 nömrəli arayış, onunla birlikdə xidmət edən 2 vətəndaşın şahid ifadələri, MN NQ MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. Babək Rayon Polis Şöbəsi tərəfindən 02 fevral 20N3-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx N977-ci il tarixdə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş İddiaçı Babək rayonu, Cəhri kəndində pasport qeydiyyatındadır. Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 2945 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Cəhri qəsəbəsində yaşayır. Şəmkir Hərbi Prokurorluğunun N7 yanvar 2023-cü il tarixli, HP-2N/256 nömrəli məktubundan məlum olur ki, Şəmkir hərbi prokurorluğunun N997-ci il tarixli cinayət işlərinin qeydiyyatı kitabına və aylıq hesabatlara əsasən, N nömrəli hərbi hissədə xx.xx.N997-ci ildə döyüş tapşırığı yerinə yetirərkən mina partlayışına məruz qalaraq 5 hərbi qulluqçunun ölməsi, digərlərin xəsarət almaları barədə məlumat vardır. Belə ki, N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün müvafiq hərbi qulluqçularının xx.xx.N997-ci ildə mina partlayışına məruz qalaraq 5 hərbi qulluqçunun ölməsi, N0 hərbi qulluqçunun xəsarət almaları faktına görə leytenant X3, kiçik leytenant X2 və leytenant X4 həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-N maddəsinin «q» bəndi ilə təqsirləndirilmələrinə dair N9/N8098 nömrəli cinayət işi xx.xx.N997-ci il tarixdə baxılması üçün hərbi məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə nəzarət icraatı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən İddiaçı həmin hadisə zamanı xəsarət alması barədə məlumat vermək mümkün deyildir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 07 mart 2023-cü il tarixli, 4/2-NNN5 nömrəli məktubundan aydın olur ki, N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin N-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: N- ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib-etməməsi məsələsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, məhkəmə araşdırması zamanı bu məsələ istər göstərilən hüquq normaları baxımından, istərsə də iddiaçının məhkəməyə verdiyi ifadələrdən öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə hərbi biletdəki qeydlər, yalnız şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla və müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas ola bilər. İddiaçının bildirdiyinə görə hərbi biletinin müvafiq səhifələrində onun döyüşlərdə iştirakını təsdiq edən hər hansı qeyd aparılmadığına görə həmin səhifələrin notarial təsdiqli surətini məhkəməyə təqdim edə bilmir. Həmçinin məhkəmə icraatı gedişində iddiaçının (N994-cü il N2 may tarixindən sonra) döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. İş materiallarından isə aydın olur ki, İddiaçı N997-ci ildə mina partlaması nəticəsində xəsarəti xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı almışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. İş üzrə bu hal, iddiaçının döyüş əməliyyatlarında iştirakına münasibətdə baş vermədiyindən, cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanunazidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar isə iddiaçının “müharibə veteranı” statusunun əldə etməsinə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.N, 33.N, 58.7, 68, 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-41/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-41/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver