Məhkəmə qərarları › İş №2-1(122)-41/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-41/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-41/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin və Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin, Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin və Şərur şəhəri, Nizami küçəsi, Radiozavodun ərazisində yerləşən 1125.0 kv.metr ölçüdə torpaq sahəsi və üzərində inşa etdiyi “Yaprak plastuk” yığma sexinin Cavabdeh tərəfindən söküldüyündən əvəzləşdirilərək onların qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 650 000 manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmişdir. 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin və Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” çərçivəsində baxılmasını xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli, 2-1(122)-41/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 28 yanvar 2025-ci il tarixli ərizə təqdim edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin və Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin, həmçinin Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin əvəzi cavabdeh tərəfindən əvəzləşdirilərək ödənildiyindən iddia tələbindən imtina etdiklərini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçı tərəfin iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin və Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı tərəfin 28 yanvar 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 126.8 kv.metr ölçüdə X3 Binasının yerində inşa etdiyi çörək sexi və marketin və Şərur şəhəri, Nizami küçəsində yerləşən 78 kv.metr ölçüdə üzərində inşa etmiş olduğu marketin qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahələrinin ayrılması və həmin tikililərin sökülməsi müqabilində ona dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar