Məhkəmə qərarları › İş №2-1(122)-43/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-43/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-43/2022 28.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X5 iştirakları olmadan, iddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5 Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyətində olan ünvan 1 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzilinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyətində olan ünvan 1 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzilinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzili tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. 2021-ci ilin iyun ayının 8-də oğlu X2 ilə İsmayılova (Sadiqova) Alidə Rasim qızı rəsmi ailə həyatı qurmuşdurlar. Alidə onlarla birgə ünvan 3 ünvanında yerləşən evdə yaşamışdır. 2021-ci ilin iyunun axırlarında Alidə ona sentyabr ayında şəxsiyyət vəsiqəsinin müddəti başa çatdığına görə şəxsiyyət vəsiqəsini dəyişdirməli olduğunu bildirmişdir. O, Culfa rayon Ləkətağ kəndində rəsmi qeydiyyatda olduğuna görə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün Culfa Rayon Polis Şöbəsi uzaq olduğundan gedib-gəlməməsi üçün Alidənin ona məxsus yaşayış evində qeydiyyata düşməsinə razılıq vermişdir. 23 iyun 2021-ci ildə notarial qaydada onun razılığı əsasında Alidə Şadlinski küçəsi, bina 1, mənzil 15-də qeydiyyata alınmışdır. Qeydiyyata alındıqdan təxminən 5-6 gün sonra oğlu ilə aralarında ciddi mübahisələr yaranmışdır. Həmin tarixdən Alidə faktiki olaraq oğlundan ayrılaraq 21-ci məhəllə, ev 3 ünvanında valideynlərinin himayəsində yaşayır. Onu qeydiyyata aldırdığı yaşayış mənzilində ailə həyatı qurandan sonra nə Alidə, nə də onlar yaşamamışdırlar. Alidənin ona məxsus evdə qeydiyyatda qalması həmin əmlakla bağlı onun sərəncam hüququnun həyata keçirilməsinə (məsələn satılmasına) ciddi maneə yaradır. İsmayılova Alidə yaşayış yerini dəyişdirməsinə baxmayaraq, onun mənzilinin qeydiyyatından hələ də çıxmamışdır. İddiaçı İsmayılova Alidənin qeydiyyatdan çıxarılması ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etsə də, polis idarəsi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 7/4797-Ə1188 nömrəli cavab məktubunda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığına görə onun pasport qeydiyyatından çıxarılmasının mümkün olmadığı rəsmi olaraq bildirilmişdir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən X5 Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyətində olan ünvan 1 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzilinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi iddiaya dair 19 yanvar 2022-ci il tarixli, 7/204 nömrəli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, X5 ünvan 4 ünvan İstiqlal, ev 107, mənzil 15) ev 1, mənzil 15 ünvanının qeydiyyatından çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının ərizəsi icra edilə bilməz. Məhkəmənin 28 yanvar 2022-ci il tarixli, 2-1(122)-43/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 02 mart 2022-ci il tarixli, 2-1(122)-43/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 mart 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 16 mart 2022-ci il tarixli, 7/994 nömrəli məktub göndərərək 28 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 yaşadığı ünvana məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, üçüncü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 02 mart 2022-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 şəhəri, Şadlinski küçəsi, bina 1, mənzil 15 ünvanının pasport qeydiyyatından çıxarılmasına etirazı olmadığını bildirərək bu barədə yazdığı 02 mart 2022ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Naxçıvan Şəhər Polis İdarəsinin ünvan 5 ünvanında qeydiyyatda olan Əlı̇ yeva Emı̇ nə Allahverdi qızına ünvanladığı 15 dekabr 2021-ci il tarixli, 7/4797-Ə1188 nömrəli məktubdan görünür ki, X5 ünvan 5 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Mənzil Kommunal Təsərrüfat Komitəsi yanında X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi 09/549a, inventar nömrəsi 8023 olan qeydiyyat vəsiqəsindən məlum olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən bir otaq, dəhlizdən ibarət ümumi sahəsi 23.83 m2, yaşayış sahəsi 17.25 m2 olan bina 107, 15 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Naxçıvan şəhər, 1 nömrəli Dövlət Notariat Kontorunun 3-M-157 nömrəli, 29 may 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş AA seriyalı, ******* nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, 11 sentyabr 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayon, Ləkətağ kəndində doğulmuş X1 şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi, ev 1, mənzil 15 ünvanında pasport qeydiyyatındadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07 aprel 1958-ci ildə doğulmuşdur. - İddiaçı tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə verilmiş 23 iyun 2021-ci il tarixli, **********515 nömrəli ərizədən məlum olur ki, Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının Naxçıvan Muxtar Respublikası, ünvan 6 ünvanında yerləşən yaşayış evinə gəlini X7 qeydiyyata düşməsinə etiraz etməmişdir. - Naxçıvan Şəhər Nikah evi tərəfindən tərtib olunmuş 08 iyun 2021-ci il tarixli, AZ-İİ seriyalı, 214485 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 ilə X7 nikahları 08 iyun 2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 185 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X9 İsmayılova soyadı verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 Saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 01-172 nömrəli arayışdan məlum olur ki, Sadiqova (İsmayılova) X10 şəhəri, Şadlinski küçəsi, bina 1, mənzil 15 ünvanında 01 iyul 2021-ci il tarixdə qeydiyyata düşsə də, həmin ünvanda yaşamamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 Saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 01-173 nömrəli arayışdan məlum olur ki, Əliyeva X4 şəhəri, Şadlinski küçəsi, bina 1, mənzil 15 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçi Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs X5 həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X5 yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi iddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X5 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5 Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyətində olan ünvan 1 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzilinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 Əlı̇ yeva Emı̇ nə Allahverdi qızının mülkiyyətində olan ünvan 1 ünvan İstiqlal, bina 107, mənzil 15) ünvanında yerləşən yaşayış mənzilinin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar