Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-43/2024 24.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanında yerləşən mənzilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanında yerləşən mənzil mərhum atasının istifadəsinə verilmişdir. Həmin evdə doğulmaqla indiyək orada yaşayır. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Mənzilin ayrılması ilə bağlı orderi itirmişlər. Mənzilin özəlləşdirilməsi ilə bağlı etdiyi müraciət zamanı dövlət arxivində mənzilin ayrılması ilə bağlı məlumatın olmadığı məlum olmuşdur. Yaşadığı evi mülkiyyətinə keçirmək istəyir. Lakin arxiv arayışının olmaması səbəbindən mənzili öz adına qeydiyyata aldıra bilmir. İddiaçı qeyd edir ki, mənzilin bütün kommunal xərcləri uzun illər ərzində onun tərəfindən ödənilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar Sahəsinin 10 may 2022-ci il tarixli, 8118 nömrəli arayışında Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanındakı mənzilin onun adına olması göstərilir. ünvan 2l-İstismar İdarəsinin 10 may 2022-ci il tarixli, 8118 nömrəli arayışında mənzilin qeydiyyatında X3, X6, X7 qeydiyyatda dayanmaları qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 20 iyun 2022-ci il tarixli, 13/862 saylı arayışında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda X10 Naxçıvan şəhəri, (Vağzal küçəsi) Əliqulu Qəmküsar küçəsində adına mənzil verilməsi ilə əlaqədar hər hansı bir sərəncam haqqında məlumatın olmadığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli, 04/278 saylı məktubunda İddiaçı adına daşınmaz əmlakın qeydiyyata alınmaması göstərilmişdir. Mənzilə sosial kirayə müqaviləsininn bağlanması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətinin 28 fevral 2023-cü il tarixli, 5-5/2-M-76-8/2023 tarixli cavabında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarının olması, razılıq ərizələri əsasında mənzilə dair sənədləri toplayıb təqdim olunması təqdirdə müraciətinə baxılması göstərilmişdir. Halbuki həmin mənzildə yalnız o və ailə üzvləri yaşayır. Başqa ailə üzvü isə yaşamır. Orada təkcə onun ailəsi yaşadığından başqa şəxslərin razılıq ərizələrinin alınmasının tələb edilməsi qanuna uyğun deyildir. İddiaçı yuxarıda göstərilənlərə əsasən Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanında yerləşən mənzilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 25 may 2023-cü il tarixli, 5-5/2-417/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində iddiada göstərilən Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanında yerləşən mənzilin X10 verilməsinə dair qərar və yaxud hər hansı bir inzibati akt aşkar olunmamışdır. Aparılan araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə 14 aprel 2023-cü il tarixdə verilən sorğuya cavab olaraq İdarənin 08 may 2023cü il tarixli, 02/242 nömrəli məktubunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1995-2017-ci illərə aid arxiv sənədlərində, həmçinin Naxçıvan Şəhər 1 saylı Mənzil-İstismar İdarəsinin 1978-1992-ci illərə aid arxiv sənədlərində mərhum X10 Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində mənzilin verilməsi ilə bağlı hər hansı order, qərar və digər sənədlərin mövcud olmadığı, mərhum X10 qeyd edilən ünvanda mənzil verilməsi ilə bağlı İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə 2019 və 2022-ci illərdə ünvanladığı müraciətlərə cavab olaraq mərhum Q.K.Məmmədova mənzil verilməsi ilə bağlı hər hansı sənədin mövcud olmamasının bildirildiyi qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiada göstərilən və əlavə edilən sənədlər araşdırılarkən iddiaçının vəkilinə göndərilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli, 04/278 nömrəli məktubunda daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmadığına, Naxçıvan Muxtar Respublikası Dövlət X1 Naxçıvan şəhəri (Vağzal küçəsi), Əliqulu Qəmküsar küçəsində mənzil verilməsi ilə əlaqədar İcra Hakimiyyətinin hər hansı bir sərəncamı haqqında məlumatın olmadığına dair 20 iyun 2022-ci il tarixli arayışının və s. sənədlərin surətlərinin əlavə edildiyi, lakin sözügedən mənzilin orderinin, mənzilin verilməsinə dair qərarın, sosial kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi üçün ailə üzvlərinin razılıq ərizələrinin əlavə edilmədiyi müəyyən edilmişdir. İddiaçının sosial kirayə müqaviləsinin öz adına dəyişdirilməsi məqsədi ilə mənzilin orderinin, mənzilin verilməsinə dair qərarın, ailə üzvlərinin razılığının olmasına dair sənədlərin olmaması səbəbindən iddia əsassız hesab edilmişdir. Cavabdeh inzibati orqan yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq, İddiaçı cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi" ilə bağlı iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2- 1(122)-445/2023 nömrəli qərardadına əsasən İddiaçı 06 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 29 aprel 2024-cü il tarixli, 2-1(122)-43/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 24 iyun 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 24 iyun 2024-cü il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinə müvafiq əlavəsinin olduğunu bildirərək, iddia tələbinin “Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilə İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 24 iyun 2024-cü il tarixli protokol qərarına əsasən iddiaçının vəsatəti təmin edilərək iddia tələbinin yuxarıda qeyd olunmuş variantda oxunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, müxtəlif orqanların məktublarını, arayışları, çıxarışları, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surətlərini və müvafiq qəbzləri əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 28 fevral 2023-cü il tarixli, 5-5/2-M-76-8/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İddiaçının nəzərinə çatdırılmışdır ki, orderin adına dəyişdirilməsi ilə bağlı yuxarda qeyd olunan qanunun tələblərinə uyğun olaraq mərhum kirayəçinin fəaliyyət qabiliyyətli ailə üzvlərinin razılıq ərizələri və mənzilə dair sənədləri toplayıb, təqdim etdikdə müraciətinə baxıla bilər. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli, 04/278 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, 13/862 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin sənədlərinə baxdıqda mərhum X10 Naxçıvan şəhəri (Vağzal küçəsi), Əliqulu Qəmküsar küçəsində mənzil verilməsi ilə əlaqədar İcra Hakimiyyətinin hər hansı bir sərəncamı haqqında məlumatın olmadığı qeyd olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 01 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 ünvanında yerləşən yaşayış evinin fərdi kartoçkası yoxdur. Mənzil-İstismar İdarəsində order , mənzilin ayrılması ilə bağlı sərəncam saxlanılmır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 8118 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 6 nömrəli evdə yaşayan İddiaçı öhdəsində aşağıdakı ailə üzvləri vardır: 1. X8-həyat yoldaşı-1978, 2. X12-oğlu-1997, 3. X17-oğlu-1999. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ə.Qəmküsar küçəsi, bina 4, mənzil 4 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixədək heç bir kommunal və istilik borcu yoxdur. - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 138791 nömrəli çıxarışdan görünür ki, Babək Rayon Qeydiyyat Şöbəsinin nikah kitabının 9-cu səhifəsindən görünür ki, X18 ilə X4 xx.xx.1958-ci ildə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. - Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 456016 nömrəli çıxarışdan görünür ki, X18 24 avqust 1978-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm kitabında xx.xx.1978-ci ildə 105 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi yemək borusunun rakı göstərilmişdir. - Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, AZ-İ 073000 nömrəli çıxarışdan görünür ki, X13 25 avqust 2004-cü ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm kitabında xx.xx.2004-cü ildə 269 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi miokard infarktı göstərilmişdir. - 29 iyul 1968-ci il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1968-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında 1968-ci ilin 7-ci ayının 29-cu günündə 543 nömrə ilə qeyd edilmişdir. X5, anası X13, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 8124 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Ə.Qəmküsar küçəsi, bina 4, ev 6 ünvanında qeydiyyatdadır, yaşamır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1968-ci ildə Naxçıvan şəhərində doğulmuş Məmmədov X11 şəhəri, Ə.Qəmküsar küçəsi, ev 4, mənzil 6 ünvanında yaşayır. - İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə kommunal haqlar ödəmişdir. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 25 sentyabr 2023-cü il tarixli, 04/607 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 48,17 m2 olan 6 nömrəli mənzil Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 18 sentyabr 2020-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 2111/2023 nömrəli məktubdan görünür ki, Nazirlikdə ünvan 5 ünvanında yerləşən mənzilə dair hər hansı bir qeydiyyata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 23 oktyabr 2023-cü il tarixli, 661 nömrəli arayışından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilən 20 oktyabr 2023-cü il tarixli, 710 nömrəli arayışda mənzilin ünvanı ünvan 6 olaraq göstərilmişdir. Xidmət tərəfindən həmin çoxmərtəbəli yaşayış binasında mənzillərin ünvanları dəqiqləşdirilən zaman unikallığın pozulduğu aşkarlanmışdır. Bundan sonra mənzillər yenidən nömrələnmiş və buna müvafiq olaraq vətəndaş İddiaçı qeydiyyatda olduğu mənzilin yeni ünvanı ünvan 10ikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 04/85 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, bina 4-də yerləşən 1 nömrəli mənzil 1993-cü ildə, 6 nömrəli mənzil 1994-cü ildə, 4 nömrəli mənzil 1991-ci ildə özəlləşdirilmişdir. Xidmətin arxivində saxlanılan məlumatlarda 1 nömrəli mənzilin Naxçıvan şəhər XDM İKnin xx.xx.1993-cü il tarixli, 474 nömrəli arayışı, 6 nömrəli mənzilin X32 İdarəsinin xx.xx.1994-cü il tarixli, 70 nömrəli əmri, 4 nömrəli mənzilin isə Naxçıvan şəhər XDM İK-nin xx.xx.1991-ci il tarixli, 34 nömrəli qərarı əsasında özəlləşdirildiyi qeyd olunmuşdur. Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən 4 nömrəli bina X23 İdarəsinin balansında olmuş, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2001-ci il tarixli, 211 s nömrəli qərarı ilə X26 idarəsinin balansında olan yaşayış binaları Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 27 dekabr 1993-cü il tarixli müqavilənin, 30 yanvar 1981-ci il tarixli, 09 sentyabr 1994-cü il tarixli müqavilənin, 17 sentyabr 2001-ci il tarixli, 211 s nömrəli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı məktuba əlavə edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X23” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 13-1-10/2-67/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində (köhnə Vağzal küçəsi) yerləşən 4 nömrəli bina “X23” MMC-nin balansında mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmənin 04 iyun 2024-cü il tarixli, 2-1(122)-43/2024 nömrəli məktubuna cavab olaraq, X9 xx.xx.1960-cı il tarixli, 119 nömrəli əmrlə Azərbaycan Dəmir Yolları Naxçıvan hissəsinə işə qəbul edilməsi və əməkhaqqı alması barədə məlumatların qeyd olunduğu sənədlərin (əməkhaqqı kartı) təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 4-cü maddəsinə əsasən, mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir; - 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. - 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədaradına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinin tələbinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): - 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; - 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; - 62.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı Məmmədov X11 şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilin uzun illər onun və ailəsinin mübahisəsiz istifadəsində olduğuna və onların həmin mənzilin pasport qeydiyyatında olmalarına əsaslanaraq, həmin mənzilə görə kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbinin icrasından imtina edərək, imtinanı onunla əsaslandırır ki, iddiaçının və onun ailə üzvlərindən hər hansı bir şəxsin həmin mənzilə dair orderi, mənzilin onlara verilməsinə dair qərarın və ya mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi ilə bağlı ailə üzvlərinin razılıq ərizəsi olmadığından tələbin icrası mümkün deyil. Məhkəmə iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək, yuxarıda qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçı müvafiq tələb irəli sürməkdə haqlı olmuş, cavabdeh inzibati iddiaçının tələbinin icrasından imtina etməkdə haqlı olmamışdır, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Yuxarıda qeyd olunan qanun normasından da göründüyü kimi, yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. İddiaçı mübahisə predmeti olan mənzildə faktiki ailəsi ilə birlikdə yaşadığından, uzun illərdir ailə ilə birlikdə həmin mənzilin pasport qeydiyyatında olduğundan onun mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Bununla belə, iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 1960-cı illərdən yaşadığından və həmin mənzilin pasport qeydiyyatında olduğundan cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X20 xx.xx.1960-cı il tarixli, 119 nömrəli əmrlə Azərbaycan Dəmir Yolları Naxçıvan hissəsinə işə qəbul edilmiş və əməkhaqqı almışdır. Bu hal məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış müvafiq arxiv sənədlərinə əsasən də öz təsdiqini tapmışdır. Mübahisəli mənzil X23 İdarəsinin balansında olmuş, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2001-ci il tarixli, 211 s nömrəli qərarı ilə X26 idarəsinin balansında olan yaşayış binaları Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı və onun ailəsi 1960-cı illərdən həmin mənzildə yaşasalar da, nə 2001-ci il tarixədək X23 İdarəsi tərəfindən, nə də 2001-ci il tarixdən bugünki tarixədək Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mübahisələndirilməmişdir. Bu isə özlüyündə iddiaçı və onun ailəsinin həmin mənzil üzərində hüquqlarının mövcudluğuna əsas verir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, inzibati aktın qəbul edilməsini cavabdeh tərəfindən konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə əsasən, güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilə İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 2, 4.1, 52, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 4, ev 11 ünvanında yerləşən mənzilə İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-43/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-43/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver