Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-432/2023 31.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun Naxçıvan Azadlıq prospekti 32 ünvanında yerləşən 7,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar birbaşa maddi ziyan qismində 100.000 (bir yüz min) manat, ona məxsus qeyriyaşayış sahəsinin söküldüyü 05 avqust 2011-ci il tarixdən iddia ərizəsinin verilməsi tarixinə qədər onun aylıq gəliri 500 (beş yüz) manat götürməklə, əldən çıxmış fayda qismində manat və mənəvi ziyan qismində 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Naxçıvan Azadlıq prospekti 32 ünvanında yerləşən 7,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar birbaşa maddi ziyan qismində 100.000 (bir yüz min) manat, ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyü 05 avqust 2011-ci il tarixdən iddia ərizəsinin verilməsi tarixinə qədər onun aylıq gəliri 500 (beş yüz) manat götürməklə, əldən çıxmış fayda qismində manat və mənəvi ziyan qismində 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 31 avqust 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Azadlıq prospekti 32 ünvanında yerləşən 7,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar birbaşa maddi ziyan qismində 100.000 (bir yüz min) manat, atasına məxsus qeyri-yaşayış sahəsinin söküldüyü 05 avqust 2011-ci il tarixdən iddia ərizəsinin verilməsi tarixinə qədər aylıq gəliri 500 (beş yüz) manat götürməklə, əldən çıxmış fayda qismində manat və mənəvi ziyan qismində 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia qaldırdıqlarını, iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iddia tələbindən imtina edərək, iş üzrə icraata xitam verilməsini və iddia tələbindən imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş və bu barədə yazdığı 31 avqust 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının nümayəndəsinin 31 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun Naxçıvan Azadlıq prospekti 32 ünvanında yerləşən 7,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar birbaşa maddi ziyan qismində 100.000 (bir yüz min) manat, ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyü 05 avqust 2011-ci il tarixdən iddia ərizəsinin verilməsi tarixinə qədər onun aylıq gəliri 500 (beş yüz) manat götürməklə, əldən çıxmış fayda qismində manat və mənəvi ziyan qismində 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 31 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə1 31 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun Naxçıvan Azadlıq prospekti 32 ünvanında yerləşən 7,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar birbaşa maddi ziyan qismində 100.000 (bir yüz min) manat, ona məxsus qeyriyaşayış sahəsinin söküldüyü 05 avqust 2011-ci il tarixdən iddia ərizəsinin verilməsi tarixinə qədər onun aylıq gəliri 500 (beş yüz) manat götürməklə, əldən çıxmış fayda qismində manat və mənəvi ziyan qismində 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-432/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-432/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver