Məhkəmə qərarları › İş №2-1(122)-432/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-432/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-432/2024 28.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "rəhbəri (sədri) olduğu “Dərələyəz” kiçik müəssisəsinin mülkiyyətində olmuş Naxçıvan şəhəri, 20-ci məhəllədə (Türk məscidinin yanı) 100 kv.m torpaq sahəsini, həmin sahədə fəaliyyət göstərən çörək istehsalı sexi, avtomobillərə xidmət servisinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın, əlindən alınmş torpaq sahəsinin, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin verilməsi və yaxud dəyərinin kompensasiya şəklində ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək rəhbəri (sədri) olduğu “Dərələyəz” kiçik müəssisəsinin mülkiyyətində olmuş Naxçıvan şəhəri, 20-ci məhəllədə (Türk məscidinin yanı) 100 kv.m torpaq sahəsini, həmin sahədə fəaliyyət göstərən çörək istehsalı sexi, avtomobillərə xidmət servisinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın, əlindən alınmş torpaq sahəsinin, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin verilməsi və yaxud dəyərinin kompensasiya şəklində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıldığını, iddia cavabdeh orqan tərəfindən təmin olunduğundan iddiadan imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 28 oktyabr 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "rəhbəri (sədri) olduğu “Dərələyəz” kiçik müəssisəsinin mülkiyyətində olmuş Naxçıvan şəhəri, 20-ci məhəllədə (Türk məscidinin yanı) 100 kv.m torpaq sahəsini, həmin sahədə fəaliyyət göstərən çörək istehsalı sexi, avtomobillərə xidmət servisinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın, əlindən alınmş torpaq sahəsinin, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin verilməsi və yaxud dəyərinin kompensasiya şəklində ödənilməsi tələbi"nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə 28 oktyabr 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "rəhbəri (sədri) olduğu “Dərələyəz” kiçik müəssisəsinin mülkiyyətində olmuş Naxçıvan şəhəri, 20-ci məhəllədə (Türk məscidinin yanı) 100 kv.m torpaq sahəsini, həmin sahədə fəaliyyət göstərən çörək istehsalı sexi, avtomobillərə xidmət servisinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində ona və ailəsinə dəymiş maddi və mənəvi ziyanın, əlindən alınmş torpaq sahəsinin, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin verilməsi və yaxud dəyərinin kompensasiya şəklində ödənilməsi tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar