Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-434/2025 01.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2-ci qrup əlilliyə görə 2010-cu il tarixdə ona ödənilmiş 6600 manat sığorta məbləği ilə 2024-cü ildə ona təyin olunmuş 1-ci qrup əlilliyə görə ödənilməli olan 8800 manat sığorta məbləği arasında olan 2200 manat fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1-ci dərəcəli əlillik qrupuna görə qanunda verilməsi nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişi ilə 2010-cu ildə ona ödənilmiş 6600 manat məbləğində sığorta ödənişi arasında olan 2200 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmışdır. 2010-cu ildə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsilə göstərilmişdir. 2-ci qrup əlilliyə görə ona "xxxx" ASC tərəfindən xx.xx.2010-cu il tarixdə 6600 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023cü il tarixdə isə əlilliyinin dərəcəsi dəyişdirilmiş və ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. 2024-cü il tarixdə isə əlilliyinin səbəbi dəyişdirilmiş və “hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədər əlillik” ifadəsi ilə göstərilmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək 2-ci qrup əlillik dərəcəsinə görə verilən sığorta ödənişi ilə (6600 manat) 1-ci qrup əlillik dərəcəsinə görə verilən sığorta ödənişinin (8800 manat) arasında olan fərqin (2200 manat) ona ödənilməsini xahiş etmişdir. Lakin ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. İmtina onunla əsaslandırılmışdır ki, 1-ci qrup əlillik onun ehtiyata buraxıldığı gündən 3 ildən artıq müddət keçdiyindən sonra təyin olunduğuna görə ona sığorta ödənişi verilə bilməz. Lakin cavabdeh unudur ki, ona ilkin olaraq əlillik dərəcəsi ehtiyata buraxıldıqdan sonrakı 1 il ərzində təyin edilmişdir. 1-ci dərəcəli əlillik qrupu isə ona ilkin yox, təkrar təyin olunmuş əlillik qrupudur. Hesab edir ki, ona 1-ci dərəcəli əlillik qrupuna görə nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişi ilə 2-ci dərəcəli əlillik qrupuna görə verilmiş 6600 manat sığorta ödənişi arasında olan 2200 manat məbləğində fərq ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən 1-ci dərəcəli əlillik qrupuna görə qanunda verilməsi nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişi ilə 2010-cu ildə ona ödənilmiş 6600 manat məbləğində sığorta ödənişi arasında olan 2200 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 21 oktyabr 2024-cü il və 25 fevral 2025-ci il tarixli yazılı münasibətlərini (etirazlarını) onunla əsaslandırmışdır ki, 17 avqust 1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Qoşadizə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 20 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/1-S-9201/2024 nömrəli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ikinci qrup əlillik dərəcəsinə görə verilən 6.600 manat sığorta ödənişi ilə birinci qrup əlillik dərəcəsinə görə verilən 8.800 manat sığorta ödənişinin arasında olan 2.200 manat fərqin ona ödənilməsi ilə bağlı müraciət etmişdir. Fondun 23 sentyabr 2024cü il tarixli cavab məktubu ilə İddiaçı tələbinin təmin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, “07 oktyabr 2009-cu il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmısınız. Sizə “Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 fevral 2010-cu il tarixində ikinci dərəcəli əlilliyə görə 6.600 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişi aparılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 məlumata əsasən, hərbi xidmət dövrü ilə əlaqədar 03 mart 2023-cü il tarixində birinci dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 100% pozulması) müəyyən olunmuşdur. Odur ki, birinci dərəcə əlilliyi müəyyən olunmuş həqiqi hərbi xidmətdən buraxıldığı gündən üç ildən artıq müddət ötdükdən sonraya aid olduğundan, sizə sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbə baxımından mümkün hesab edilmir”. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birinci dərəcəli əlilliyə görə qanunda verilməsi nəzərdə tutulan 8.800 manat məbləğində sığorta ödənişi ilə 2010-cu ildə ona ödənilmiş 6.600 manat məbləğində sığorta ödənişi arasında olan 2.200 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış, 2010-cu ildə ona ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsilə göstərilmiş, ikinci qrup əlilliyə görə ona “Azərsığorta" ASC tərəfindən xx.xx.2010-cu il tarixdə 6600 manat məbləğində sığorta ödənişi ödənilmiş, xx.xx.2023-cü il tarixdə isə əlilliyinin dərəcəsi dəyişdirilmiş və ona birinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş, 2024-cü il tarixdə isə əlilliyinin səbəbi dəyişdirilmiş və “hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik” ifadəsi göstərilmişdir. Bundan sonra o, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək ikinci qrup əlillik dərəcəsinə görə verilən 6600 manat sığorta ödənişi ilə birinci qrup əlillik dərəcəsinə görə verilən 8800 manat sığorta ödənişinin arasında olan 2200 manat fərqin ona ödənilməsini xahiş etsə də, ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Beləliklə, iddiaçının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi istefaya buraxıldığı xx.xx.2009-cu il tarixdən 3 il müddətindən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1-ci dərəcəli əlillik qrupuna görə qanunda verilməsi nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişi ilə 2010-cu ildə ona ödənilmiş 6600 manat məbləğində sığorta ödənişi arasında olan 2200 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 27 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1-ci dərəcəli əlillik qrupuna görə qanunda verilməsi nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişi ilə 2010-cu ildə ona ödənilmiş 6600 manat məbləğində sığorta ödənişi arasında olan 2200 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi” barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək "2-ci qrup əlilliyə görə 2010-cu il tarixdə ona ödənilmiş 6600 manat sığorta məbləği ilə 2024-cü ildə ona təyin olunmuş 1-ci qrup əlilliyə görə ödənilməli olan 8800 manat sığorta məbləği arasında olan 2200 manat fərqin ona ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” tələbi kimi oxunmasını bu barədə yazdığı 27 dekabr 2024cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli, 2-1(122)-1405/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən şifahi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 23 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-S-9247/2024 nömrəli məktubdan aydın olur ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli, 206-İQ nömrəli Oanununun 5-ci maddəsinin “ç“ bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciət araşdırılarkən məlum olmuşdur ki, 07 oktyabr 2009-cu il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Ona “Azərsığorta" ASC tərəfindən 04 fevral 2010-cu il tarixində ikinci dərəcəli əlilliyə görə 6600 manat həcmində dövlət icbari şəxsi sığorta ödənişi ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 məlumata əsasən hərbi xidmət dövrü ilə əlaqədar 03 mart 2023-cü il tarixində birinci dərəcəli əlilliyinin orqanizmin funksiyalarının 100% pozulması müəyyən olunmuşdur. Birinci dərəcəli əlilliyinin həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç ildən artıq müddət ötdükdən sonraya aid olduğundan sözügedən Qanunun 5-ci maddəsinin “ç“ bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 avqust 1967-ci il tarixdə Ordubad rayonu, Qoşadizə kəndində doğulmuş Səttarov X4 şəhəri, Xətai məhəlləsi, döngə 27, ev 26 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 05 mart 2025-ci il tarixli, 3-17-9-4/2-465/2025 nömrəli məktubu ilə iddiaçının əlilliyinin müəyyən edilməsi barədə aşağıdakı qərarlar məhkəməyə göndərilmiş: - NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı ilə İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => Şəkərli diabet çoxsaylı fəsadlarla => Orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. - NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar qan dövranı sisteminin xəstəlikləri => Şəxsi və ailəvi anamnezlə və ya sağlamlığa təsir edən müəyyən hallarla əlaqədar sağlamlıq üçün potensial təhlükə => Koronar angioplastik implantatın və transplantatın olması => ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV; XÜÇ İİİ mərhələ => əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2024cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar təkrar əlillik təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-362/2025 nömrəli arayışdan aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmədiyindən İddiaçı dövlət icbari şəxsi sığorta ödənişi edilib-edilməməsi barədə məlumat vermək mümkün deyil. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 05 may 2025-ci il tarixli, 3-17-9-1/2- 5139/2025 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq İddiaçı 840118 nömrəli pensiya işinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. - Pensiya işinin materiallarında olan 096746 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əllilik təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 may 2025-ci il tarixli, 3-17-9-4/2- 934/2025 nömrəli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının rəsmiləşdirilmiş G00079082MNP nömrəli göndərişi əsasında 3 mart 2023-cü il tarixində Naxçıvan Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - Komissiya) tərəfindən qiymətləndirilmiş və şəxsə hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyin olunmuşdur. Vətəndaşa sonuncu dəfə Naxçıvan Muxtar Respublika Xəstəxanasının rəsmiləşdirilmiş P00223140CHQ nömrəli göndərişi əsasında Komissiya tərəfindən 26 sentyabr 2024-cü il tarixində hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyin olunmuşdur. Əlavə olaraq bildirilir ki, Komissiyanın arxivində İddiaçı 20 noyabr 2009-cu il tarixindən 1 dekabr 2010-cu il tarixinədək əlilliyinin mövcud olması ilə bağlı hər hansı bir məlumat yoxdur. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 aprel 2025-ci il tarixli, 9S/-01-149/25 nömrəli məktubdan məlum olur ki, şirkətin elektron informasiya sistemindən əldə edilən məlumata əsasən İddiaçı 2-ci qrup əlilliyin təyin edilməsi ilə bağlı 2010-cu il 02 fevral tarixində 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Sığorta ödənişinin tarixindən 5 ildən artıq müddət ötdüyünü nəzərə alaraq ödəniş tapşırığının təqdim olunması qeyri-mümkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli, 299-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. - 2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. - 4.1-ci maddəsinə əsasən bu Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. - 4-4-cü maddəsinəəsasən Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir - 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. - 7.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 7.4-cü bəndinə əsasən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının: - 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. - 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. 1.3-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. - 5.2-ci bəndinə əsasən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi qanunlara əsasən əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla yeni sığorta hadisəsinə görə faiz nisbətində müəyyən edilmiş məbləğlə əvvəl ödənilmiş sığorta ödənişi məbləği arasındakı fərq məbləğində bu Qaydaya uyğun olaraq hesablanaraq ödənilir. - 5.3-cü bəndinə əsasən sığortalı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabat məlumatlarına əsasən eyni sığorta hadisəsi ilə bağlı sığortaolunana ödənilmiş sığorta ödənişindən artıq məbləğdə sığorta ödənişi ödənilməli olduğu halda, məbləğ fərqi Fond tərəfindən 15 (on beş) iş günü müddətində sığortaolunana nağdsız ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 2-ci qrup əlilliyə görə 2010-cu il tarixdə ona ödənilmiş 6600 manat sığorta məbləği ilə 2024-cü ildə ona təyin olunmuş 1-ci qrup əlilliyə görə ödənilməli olan 8800 manat sığorta məbləği arasında olan 2200 manat fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılması, ona 2-ci qrup əlilliyin təyin edilməsi ilə bağlı 2010-cu il 02 fevral tarixində 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi verilməsi və sonradan təxminən 14 il sonra NMR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 26 sentyabr 2024cü il tarixində hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Hər iki hal İddiaçı tərəfindən məhkəmə iclasları zamanı mübahisələndirilmədən təsdiq edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, hərbi xidmət vəzifələrinin icrası ilə bağlı və ya hərbi xidmət dövründə baş vermiş hansı hadisələrin sığorta hadisəsi qismində çıxış etməsi və bu hadisənin hansı halda sığorta ödənişinin ödənilməsi üçün əsas hesab olunması imperativ norma kimi müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, hərbi xidmət dövrü ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərin hansı halda sığorta ödənişini almaq hüququ dəqiq və imperativ norma kimi müəyyən edilmişdir. Belə ki, yuxarıda istinad olunan qanunun normaısnın tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi verilir. Göründüyü kimi, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs o halda sığorta ödənişini və ya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 7.4-cü bəndində əsasən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə yeni sığorta ödənişini almaq hüququ yaranır ki, onun əlilliyi məhz ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyi ilə bağlı 26 sentyabr 2024-cü il tarixdə onun orqanizm funksiyasının 100 faiz pozulması ilə əlaqədar yeni əlilliyin təyin olunması “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş üç illik müddət ərzində baş verdiyi halda, yəni ilkin əlillik və təkrar əlillik qanunda müəyyən edilmiş 3 (üç) illik müddət ərzində müəyyən edildiyi halda, əvvəl aldığı sığorta ödənişi ilə iddia etdiyi yeni sığorta ödənişi arasında fərqin ödənilməsi hüququ yarana bilərdi. İşin mübahisəsiz hallarından aydın olur ki, İddiaçı 2-ci qrup əlilliyin təyin edilməsi ilə bağlı 2010-cu il 02 fevral tarixində 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçıya 26 sentyabr 2024-cü il tarixində hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2009-cu il tarixdə ehtiyata buraxıldığı gündən 14 il 11 ay keçdikdən sonra NMR Tibbi Sosial Ekspert Komissiyasının 26 sentyabr 2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar təkrar əlillik təyin edilmişdir. Faktiki olaraq bu hal Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsinə dəlalət edir. Çünki qanunvericiliyin müddəaları ilə təsbit olunan üç illik müddət konkretdir və hazırki iş üzrə bu müddətin ötürüldüyü aydın görünür. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş üç illik müddət keçdikdən sonra yenidən əlilliyin təyin edildiyindən nəticə etibarilə iddiaçının bununla bağlı əvvəl aldığı sığorta ödənişi ilə verilməli olan sığorta ödənişi arasındakı fərqi (2200 manat) almaq hüququ da mövcud olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2-ci qrup əlilliyə görə 2010-cu il tarixdə ona ödənilmiş 6600 manat sığorta məbləği ilə 2024-cü ildə ona təyin olunmuş 1-ci qrup əlilliyə görə ödənilməli olan 8800 manat sığorta məbləği arasında olan 2200 manat fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2-ci qrup əlilliyə görə 2010-cu il tarixdə ona ödənilmiş 6600 manat sığorta məbləği ilə 2024-cü ildə ona təyin olunmuş 1-ci qrup əlilliyə görə ödənilməli olan 8800 manat sığorta məbləği arasında olan 2200 manat fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-434/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-434/2025
01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver