Məhkəmə qərarları › İş №2-1(122)-438/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-438/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-438/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, Azadlıq prospektində aviakassa binasının arxa tərəfində yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi binanın ona geri qaytarılması və ya həmin qeyriyaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi binanın ona geri qaytarılması və ya həmin qeyriyaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırdıqlarını, iddia tələbinə dəqiqləşdirmə apararaq, “İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Azadlıq prospektində aviakassa binasının arxa tərəfində yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 14 yanvar 2025-ci il tarixli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Naxçıvan şəhəri, Azadlıq prospektində aviakassa binasının arxa tərəfində yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb” ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etdiklərini, halhazırda İddiaçı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti arasında barışıq sazişi bağlandığını, bu əsasla iddia tələbindən imtina etdiklərini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, Azadlıq prospektində aviakassa binasının arxa tərəfində yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyriyaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, Azadlıq prospektində aviakassa binasının arxa tərəfində yerləşən ümumi sahəsi 77 kv.m olan “Ekiz qardaşlar” kiçik müəssisəsinin yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar