Məhkəmə qərarları › İş №2-1(122)-44/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-44/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-44/2023 10.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X25 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 X27nə qarşı “İddiaçı barəsində Naxçıvan şəhər 2 X27ndə 09 avqust 1967-ci ildə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla Nəcabət adını Nəcibə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Naxçıvan şəhər 2 X27ndə 09 avqust 1967-ci ildə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla Nəcabət adını Nəcibə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdeh Naxçıvan şəhər 2 X27nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1967-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. 09 avqust 1967-ci il tarixdə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydində ad qeydi X10 olaraq aparılmışdır. X1, anası X3 olaraq qeyd edilmişdir. Ona doğum haqqında şəhadətnamə lazım olmuş, evdə tapa bilmədiyindən Naxçıvan Şəhər 2 X27nə müraciət etmişdir. Həmin zaman adının Nəcabət olaraq qeydə alınması ona məlum olmuşdur. Ona aid olan bütün sənədlərdə adı Nəcibə olaraq qeyd olunmuş, bundan sonra doğum akt qeydində düzəlişlərin aparılması üçün Naxçıvan Şəhər 2 X27nə müraciət etmiş, Naxçıvan Şəhər 2 X27nin 01 dekabr 2022-ci il tarixli, 05/Q- 444/15 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından düzəlişin olmasının mümkün olmadığı bildirilərək, doğum akt qeydində ada düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan şəhər 2 X27 iddiaya dair məhkəməyə ünvanlanan 14 dekabr 2022-ci il tarixli, 05/Q-453/13 və 27 fevral 2023-cü il tarixli, 05/Q-79/13 nömrəli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydində vətəndaşın adı X10, doğum tarixi xx.xx.1967-ci il, ana haqqında məlumat X3, ata haqqında məlumat X14 yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən vətəndaşa ad qrafasında İddiaçı yazmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil. Vətəndaşa akt qeydinə müvafiq düzəliş olunması üçün məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə 27 fevral 2023-cü il tarixli, 05/Q-78/13 nömrəli məktub göndərərək 10 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılıb müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan şəhər 2 X27 tərəfindən Naxçıvan şəhər Həsən Rəhmanov döngə 1, ev 5də yaşayan İddiaçı ünvanlanmış 01 dekabr 2022-ci il tarixli, 05/Q-444/15 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhər 2 X27 tərəfindən xx.xx.1967-ci il tarixdə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydində uşağın adı X10, doğum tarixi xx.xx.1967-ci il, ana haqqında məlumat X3 yazılmış, ata haqqında məlumat X14 yazılmışdır. Akt qeydlərindən arayışlar və təkrar şəhadətnamələr akt qeydində yazılanlara əsasən verildiyi üçün Nəcibə yazmaqla arayış vermək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadığından ada düzəliş olunaraq verilməsi mümkün deyil. Doğum akt qeydində ada düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 02 iyul 1985-ci il tarixli, İİİ-ЖГ seriyalı, 463593 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə İddiaçı 02 iyul 1985-ci il tarixdə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 iyul 1985-ci il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 1031 nömrəli arayışdan görünür ki, Hacıyeva X12 şəhəri, 10-cu küçə, döngə 1/5 ünvanında yaşayır. - Naxçıvan şəhər 2 X27 tərəfindən 13 sentyabr 2022-ci il tarixində verilmiş doğum akt qeydindən çıxarışdan aydın olur ki, X10 xx xxxx 1967-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeyd kitabında 09 avqust 1967-ci il tarixdə 560 nömrə ilə qeyd aparılmışdır. Doğum akt qeydində ata adı X14, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı yazılmışdır. - 03 iyul 1961-ci il tarixli, İ-ИЕ seriyalı, 141306 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki X14 ilə X4 03 iyun 1961-ci il tarixdə evlənmişlər. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 12 may 1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 401759 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X5 07 may 1986-cı il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 may 1986-cı il tarixdə 493 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 08 dekabr 1987-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 250193 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X6 25 noyabr 1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 dekabr 1987-ci il tarixdə 1417 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 15 noyabr 1989-cu il tarixli, Xİİİ-ЖГ seriyalı, 406349 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 21 oktyabr 1989-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 noyabr 1989-cu il tarixdə 1285 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 12 fevral 1992-ci il tarixli, XVİ-ЖГ seriyalı, 436245 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 30 yanvar 1992-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 fevral 1992-ci il tarixdə 192 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş 04 iyun 1998-ci il tarixli, XXİ-ЖГ seriyalı, 300202 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X11 25 aprel 1998-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04 iyun 1998-ci il tarixdə 313 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Vətəndaşlıq X13 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2006-cı il tarixli, AZ-İ seriyalı, 164122 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X14 08 noyabr 2006-cı il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Ölüm səbəbi kimi intoksikasiya göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2006-cı il tarixdə 334 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 fevral 2023-cü il tarixli, 2/1997 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (Nəcabət) Hüseyn qızının cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, həmçinin məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2023-cü il tarixli, 06-01/165 nömrəli məktubdan aydın olur ki, xx xxxx 1967-ci ildə Naxçıvan şəhərində anadan olmuş İddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq X13 qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq X13 qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq X13 qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-ci bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq X13 qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Naxçıvan şəhər 2 X27ndə 09 avqust 1967-ci ildə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Nəcibə” əvəzinə “Nəcabət” yazılmışdır. Eyni zamanda məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 09 avqust 1967-ci il tarixli, 560 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliyin olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Qeyd olunan hal üzrə orqanın imtinası isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan şəhər 2 X27 tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassız olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 X27nə qarşı “İddiaçı barəsində Naxçıvan şəhər 2 X27ndə 09 avqust 1967-ci ildə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla Nəcabət adını Nəcibə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı barəsində Naxçıvan şəhər 2 X27ndə 09 avqust 1967-ci ildə tərtib olunmuş 560 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla Nəcabət adını Nəcibə adı ilə düzəlişin aparılması öhdəliyi cavabdeh Naxçıvan şəhər 2 X27nin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar