Məhkəmə qərarları › İş №2-1(122)-440/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-440/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-440/2023 03.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Babayeva Könül Yunis qızının iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 21.6 kv. metr olan mağazanın yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyriyaşayış binasının dəyəri olan 60000 (altmış min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 21.6 kv. metr olan mağazanın yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60000 (altmış min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə 15 avqust 2023-cü il tarixli ərizə göndərərək onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 21.6 kv. metr olan mağazanın yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60000 (altmış min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iddiaçının iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin 15 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 21.6 kv. metr olan mağazanın yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 60000 (altmış min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçının nümayəndəsi Nümayəndə 15 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə 15 avqust 2023-cü il tarixli 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Naxçıvan şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 21.6 kv. metr olan mağazanın yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyriyaşayış binasının dəyəri olan 60000 (altmış min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar