Məhkəmə qərarları › İş №2-1(122)-441/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-441/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-441/2023 03.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşmiş 30 kv.m olan 2 otaqlı mağazanın eyni təyinatlı daşınmaz əmlak və ya onun bazar qiymətinə uyğun dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən mağazanın dəyəri olaraq 20000 (iyirmi min) manatın, 16 il ərzində götürə biləcəyi qazanca görə isə 30000 (otuz min) manat əldən çıxmış fayda olmaqla ümumilikdə 50000 (əlli min) manat məbləğində ziyanın İddiaçı xeyrinə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatına başlanılmışdır. 12 iyun 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən İddiaçı 2- 1(122)-441/2023 nömrəli iş üzrə iddia tələbini dəyişdirərək “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşmiş 30 kv.m olan 2 otaqlı mağazanın eyni təyinatlı daşınmaz əmlak və ya onun bazar qiymətinə uyğun dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi oxunaraq icraata qəbul edilməsini xahiş etdiyini bildirib, bu barədə yazdığı 12 iyun 2023-cü il tarixli vəsatətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 12 iyun 2023-cü il tarixli, 2-1(122)-441/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəminin hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşmiş 30 kv.m olan 2 otaqlı mağazanın eyni təyinatlı daşınmaz əmlak və ya onun bazar qiymətinə uyğun dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırıldığını, iddia tələbinin cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etdiklərini, iddiadan imtina etməklərinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş edərək İddiaçı bu barədə yazdığı 03 oktyabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşmiş 30 kv.m olan 2 otaqlı mağazanın eyni təyinatlı daşınmaz əmlak və ya onun bazar qiymətinə uyğun dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşmiş 30 kv.m olan 2 otaqlı mağazanın eyni təyinatlı daşınmaz əmlak və ya onun bazar qiymətinə uyğun dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar