Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-442/2023 26.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 26 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubu ünvanlanaraq cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2 tərəfindən imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirib verilmiş tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X2 məhkəmədən iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Həmçinin iddianın mümkünlüyü iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olduğunu qeyd etdiyi Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş bir sıra şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmasıdır. Belə ki, iddiaçı mübahisə obyektinin onun mülkiyyətində olmasını ərizəsində qeyd etmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilmir. İş materiallaından və iddiaçının məhkəməyə verdiyi izahatından o da aydın olur ki, cəmiyyətin əmlakının dəyəri olan 34,944.67 manat ona ödənilmişdir. Başqa sözlə müəyyən olunur ki, iddiaçı cəmiyyətə olan hüququnu əldə edənə vermişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı mübahisə obyektinə münasibətdə hər hansı hüququn sahibi kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Culfa "xxxx" X5 Cəmiyyəti ləğv edilmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X5 Cəmiyyətinin balansında olan əsas və köməkçi tikililərin Culfa Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X5 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa Rayon İcra Hakimiyyətinin balansına alınmışdır. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı və Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli və 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamları qüvvədə olduğu halda iddiaçının hazırki iddiası əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Sadalanan normaların tələblərinə və işin yuxarıda şərh edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-442/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-442/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver