Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-45/2025 07.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X5rşı "X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvi, gizir rütbəsinə bərpa olunma və xidmətə qaytarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi hissədə öz işinə qaytarılması və gizir rütbəsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2- 1(122)-156/2024 nömrəli qərardadı ilə hazırki inzibati iş üzrə Cavabdeh prosessual iştirakçılığına son qoyulmuş, X6 Ordu cavabdeh qismində işə cəlb olunmuş, iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “X1 barəsində qəbul etdiyi 08 yanvar N-cü il tarixli əmrinin ləğv edilməsi və gizir rütbəsinə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2- 1(122)-156/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “X7 08 yanvar N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvi, gizir rütbəsinə bərpa olunma və xidmətə qaytarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək, şifahi icraat qaydasında hazırlıq icraatı iclası 07 avqust 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - Cavabdeh gizirlərin şərəf məhkəməsinin 06 may N-cü il tarixli, 5 nömrəli protokolundan görünür ki, Cavabdeh 2-ci taborun 4-cü bölüyünün baş çavuşu gizir İddiaçı heç kimdən icazə almadan və heç kimə məlumat vermədən hərbi hissənin öz başına tərk etdiyinə görə ordu sıralarından "xidməti uyğunsuzluğa görə" ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - 06 may N-cü il tarixli gizir İddiaçı ilə aparılmış söhbət vərəqi və xidməti xasiyyətnamə iş materiallarına əlavə edilmişdir. - X9 Komandanının birinci müavini-Qərargah rəisinin 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-X9 Komandanının xx.xx.2022-ci il tarixli, 01 nömrəli əmrini rəhbər tutaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) və Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci maddəsinin “i” bəndinə (gizir hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma) müvafiq olaraq, Cavabdeh taborunun bölüyünün baş çavuşu gizir İddiaçı “GİZİR” hərbi rütbəsindən məhrum edilməsi və hərbi rütbəsi “ƏSGƏR” hərbi rütbəsinə endirilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. - Cavabdeh komandirinin N may N-cü il tarixli, 130 nömrəli əmrindən görünür ki, 2cı taborun 4-cü bölüyünün baş çavuşu gizir İddiaçı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) və “Azərbaycan Respublikası Silahlı X2nin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq “gizir” hərbi rütbəsindən “əsgər” hərbi rütbəsinə endirilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Culfa rayon bölməsinə göndərilmişdir. Əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarına əsasən N-cü il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Əsgər İddiaçı məharət dərəcəsi yoxdur. Əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq maaş həcmində birdəfəlik pul müavinəti ödənilmişdir. N-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir və N-cü ilin növbəti məzuniyyətindən 35 (otuz beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. - Cavabdeh N may N-cü il tarixli, 165 nömrəli göndəriş vərəqəsindən görünür ki, əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar N may N-cü il tarixdə qeydiyyata durmaq üçün SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Culfa rayon bölmə rəisinin sərəncamına getməsi əmr edilmişdir. Qeyd olunan göndəriş vərəqəsi 15 may N-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən 3-43-71/1-738/N nömrə ilə qəbul edilmişdir. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddia tələbi iki hissədən ibarətdir: 1. X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvi; 2. gizir rütbəsinə bərpa olunma və xidmətə qaytarılma. İddia tələbinin birinci hissəsindən də aydın olduğu kimi iddiaçı X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvini tələb edir. İlk öncə, hazırki iddianın növünü müəyyənləşdirərkən aydın olur ki, iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İddiaçının mübahisələndirdiyi inzibati akt 08 may N-cü il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən 3 ay sonra, yəni xx.xx.Ncü il tarixdə məhkəmyə müraciət etmişdir. İddiaçının ilkin iddia tələbi əmrin mübahisələndirilməsi ilə bağlı olmasa da, sonradan iddia tələbində müvafiq dəyişikliklər edilmiş, X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmri mübahisələndirilmişdir. Bununla bağlı iddiaçı tərəfə 23 may 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəmədə iddia qaldırıldığı, iddia ərizəsinə müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutlar əlavə edilmədiyi bildirilərək, yuxarıda göstərilənlərə əsasən iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin İPMnin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin məhkəmənin yardım məktubunda qeyd edilən hallara hər hansı münasibət bildirilməmiş, müddətin hansı üzrlü səbəblər əsasında buraxlmasına əsas olmuş hallar məhkəməyə təqdim edilməmiş, 1 il ərzində keçirilən məhkəmə iclaslarında iddianın mümkünlüyü ilə bağlı məsələ müzakirə edilsə də, bununla bağlı hər hansı müsbət nəticə əldə edilməmiş, tərəflər əsassız olaraq məhkəmə iclaslarında iştirak etməməklə süründürməçiliyə səbəb olmuşdurlar. İddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,...... 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin iddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar məhkəməyə hər hansı sübut və vəsatət təqdim etməmişdir. Həmçinin iddiaçının ötən məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, onun barəsində verilmiş 08 may N-cü il tarixli əmrdən məlumatlı olmuşdur. Belə ki, iş materiallarından da aydın olur ki, iddiaçı ilə müvafiq söhbətləşmələr aparılmış, şərəf məhkəməsi keçirilmiş, protokol qərarına əsasən onun xidmətə uyğunsuzluq ilə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış, sonradan mübahisələndirilən əmr qəbul edilmiş, iddiaçının ehtiyatda olan əsgər kimi qeydiyyata alınması üçün göndəriş vərəqəsi tərtib edilmiş, iddiaçının özü tərəfindən həmin göndəriş vərəqəsi aidiyyəti orqana təqdim edilmiş, iddiaçının bildirdiyinə görə 12-N may tarixlərində formanı təhvil vermiş və ən əsası əmr verildiyi tarixdən iddiaçı işə çıxmamışdır. Bütün bunlar sübut edir ki, iddiaçının onun barəsində qəbul edilmiş həmin qərarın mövcudluğundan məlumatsız olması mümkün deyil və həmin əmrin iddiaçıya təqdim olunmasından asılı olmayaraq aidiyyəti üzrə məhkəmədə mübahisələndirilə bilərdi. Lakin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələbinə əməl edilməmiş və iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Həmçinin müddətin hansı səbəbdən ötürülməsini əsaslandırmaqla müvafiq ərizə və sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının gizir rütbəsinə bərpa olunması və xidmətə qaytarılması yalnız iddia tələbinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq əmr ləğv edildikdən sonra mümkün ola bilər. Buna görə də məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçı tərəfə istər məhkəmə iclaslarında, istərsə də müvafiq yazışmalar yolu ilə dəfələrlə hüquqi yardım edilmişdir. Lakin bu istiqamətdə aparılan işlər müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh X5rşı "X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvi, gizir rütbəsinə bərpa olunma və xidmətə qaytarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X5rşı "X7 08 may N-cü il tarixli, 033 c/m nömrəli əmrinin ləğvi, gizir rütbəsinə bərpa olunma və xidmətə qaytarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-45/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-45/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver