Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-458/2025 04.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Naxçıvan rayonu, Nəzərabad kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 dəstədə qaynaqçı işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Naxçıvan şəhər Layihə Smeta Bürosunda 4-cü dərəcəli qaz qaynaqçı kimi işləyib əmək haqqı almışdır. Bununla bağlı olaraq ona məxsus əmək kitabçasında iş yerindən və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin verdiyi arayışlarda işlədiyi illər üzrə aldığı əmək haqqılar barədə müvafiq qeydlər aparılmışdır. Hazırda onun 60 yaşı, 27 il ümumi və 12 il 6 ay isə xüsusi qaz qaynaqçısı kimi stajı var. O, 22 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağına dair müraciət etmişdir. Lakin həmin müraciətinə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun ümumi və xüsusi iş dövrləri əmək kitabçasına və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 08 iyul 2024-cü il tarixli, 13/765 nömrəli və Naxçıvan Layihə Smeta Bürosunun əmr və əməkhaqqı arayışlarına əsasən araşdırılmış və tələb olunan xüsusi stajının yəni (2 il, 6 ay) Naxçıvan Layihə Smeta Bürosunun əmr və əməkhaqqı sənədləri Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verilmədiyindən onun tələb olunan 12 il 06 ay xüsusi stajı olmadığı qənaətinə gəlinərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. O, xx.xx.1980-ci il tarixdən xx.xx.2007-ci il tarixədək fasiləsiz olaraq müvafiq təşkilatlatlarda qaz qaynaqçısı işləmiş, vaxtı-vaxtında əmək haqqı alıb, vergi, sığorta ödəmiş və bütün xidmət illəri, iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qərarı ilə razı deyil. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 10 dekabr 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxx 1964-cü il tarixdə Babək rayon, Nəzərabad kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 22 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarına əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışının olmaması göstərilmişdir. Bununla razılaşmayan Seyidov X4 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 dəstəsində qaynaqçı, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Naxçıvan şəhər Layihə Smeta Bürosunda 4-cü dərəcəli qaz qaynaqçısı vəzifələrində işləyib əmək haqqı almışdır. Həmçinin iddiaçı qeyd edir ki, iş yerinin və arxiv idarəsinin verdiyi arayışlarda onun əmək haqqı alması barədə müvafiq qeydlər aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 01 iyul 1980-cı il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 03 ay 11 gün) X5 dəstəsində santexnik vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixədək (2 il 02 ay 13 gün) hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (20 il 02 ay 25 gün) həmin tikinti quraşdırma idarəsində qaz qaynaqçısı, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (02 il 05 ay 21 gün) Naxçıvan şəhər Layihə smeta bürosunda qaz qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, hərbi xidmət illəri də daxil olmaqla əmək kitabçası üzrə 21 il 2 ay 03 gün, xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 16 il iş stajı olmaqla, cəmi 37 il 2 ay 03 gün ümumi, 16 il 9 ay 07 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Qeyd edilir ki, iddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçının əmək kitabçasında 1980-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmış, həmin qeydlər latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmiş möhürlə təsdiq edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovet Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, lövhələr və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1980-1997-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildir. Belə olan halda həmin qeydlərin həqiqiliyi əsaslı şübhələr yaradır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Babək rayon şöbəsinin 04 may 2024-cü il tarixli, 3-43-67/2-154 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (2 il 2 ay 15 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 13/765 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən, İddiaçı xx.xx.1980-ci il tarix 52 “k” №-li əmrlə X3 dəstəsinə işə qəbul edilmiş xx.xx.1982-ci tarixli 86 “k” №-li əmrlə ordu sıralarına getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixli 10 “k” №-li əmrlə ordu sıralarından qayıdıb 3-cü dərəcəli qaynaqçı qəbul edilmişdir. Həmçinin arayışda Naxçıvan Mexanikləşdirilmiş dəstəsində 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzr 12 ay, 1995-ci il üzrə 10 ay, 1998-ci il üzrə 3 ay və 1999-cu il üzrə 2 ay, ümumilikdə 48 ay (4 il) əmək haqqı alması qeyd edilir. Arxiv arayışının qeyd hissəsində 1980, 1982, 1984-cü illərə dair əmr kitablarında ata adının “M.Səməd” yazıldığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin digər eyni tarixli və eyni nömrəli arayışında qeyd olunan məlumatlara əsasən, İddiaçı Layihə Smeta bürosunda işləmiş və 1998-ci il üzrə 7 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 8 ay, ümumilikdə 26 ay (2 il, 2 ay) əmək haqqı almışdır. Eyni tarixli və eyni nömrəli digər arxiv arayışında qeyd olunan məlumatlara əsasən, Seyidov X2 idarəsində işləmiş və 2000-ci il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay ümumilikdə 2 ay əmək haqqı almışdır. Həmçinin arayışda 1996, 1997, 2002, 2003, 2004, 2005-ci illərə dair əməkhaqqı cədvəllərində adının qeyd olunmadığı göstərilmişdir. Naxçıvan şəhər Layihə smeta bürosu tərəfindən İddiaçı verilmiş arayışda qeyd olunan məlumatlara əsasən, 2000-ci il üzrə 2 ay, 2001-ci il üzrə 9 ay, 2002ci il üz 9 ay, 2003-cü il üzrə 11 ay, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 5 ay, 2006-cı il üzrə 6 ay, ümumilikdə 52 ay (4 il, 4 ay) əmək haqqı almışdır. Beləliklə, İddiaçı ümumi və xüsusi iş dövrləri əmək kitabçasına və Naxçıvan Muxtar Respublikasının arxiv arayışlarına əsasən araşdırılmış və tələb olunan xüsusi iş stajının olmadığı aşkar edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qəbul şöbəsində qəbul edilərək hansı səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilmədiyi izah edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan 04 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan xüsusi stajının olmaması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışının təqdim olunmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Babək Rayon Polis Şöbəsi tərəfindən 08 avqust 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nəzərabad kəndində doğulmuş İddiaçı Babək rayonu, Nəzərabad kəndində pasport qeydiyyatındadır. - Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Babək rayon Nəzərabad kənd sakini İddiaçı verilmiş 11 oktyabr 2024-cü il tarixli, 362 nömrəli arayışdan görünür ki, o, həqiqətən həmin kənddə yaşayır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək X5 dəstəsində santexnik vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixindən hərbi xidmətdə getdiyi üçün işdən azad olunmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək həmin tikinti quraşdırma idarəsində qaz qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Naxçıvan şəhər Layihə smeta bürosunda qaz qaynaqçısı vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 13/765 nömrəli arayışda İddiaçı xx.xx.1980-ci il tarixli, 52 “k” №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 86 “k” №-li əmrlə ordu sıralarına getdiyi üçün işdən azad olunması, xx.xx.1984-cü il tarixli, 106 “k” №-li əmrlə ordu sıralarından qayıdıb İİİ dərəcəli qaynaqçı qəbul edilməsinin əmr kitablarında göstərildiyi, arayışın qeyd hissəsində isə 1980,1982,1984-cü illərə dair əmr kitablarında ata adı M.Səməd yazıldığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 13/765 nömrəli digər arayışda İddiaçı X3 dəstəsində işləməsi faktı və 1992-1995-ci illərdə, 1998-1999-cu illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 13/765 nömrəli digər arayışda İddiaçı Layihə Smeta bürosunda işləməsi faktı və 1998-2000-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, arayışın qeyd hissəsində Layihə Smeta bürosunun 2000-ci ilin sentyabr ayından 2006-cı ilə qədər olan əmək haqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 13/765 nömrəli digər arayışda İddiaçı Santexmontaj idarəsində işləməsi faktı və 2000-2001-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, arayışın qeyd hissəsində Santexmontaj idarəsinin 1996, 1997, 2002, 2003, 2004, 2005-ci illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi göstərilmişdir. - Layihə Smeta bürosu tərəfindən İddiaçı verilmiş arayışda onun Layihə Smeta bürosunda işləməsi faktı və 2000-2006-cı illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin idarəsinin Babək rayon şöbəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 3-43-67/2-134 nömrəli arayışdan aydın olur ki, istefada olan əsgər 1964-cü il təvəllüdlü İddiaçı, həqiqətən, 25 oktyabr 1982-ci il tarixdən 10 dekabr 1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi Lisey tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 dekabr 2024-cü il tarixli, 533 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2005-ci il tarixdən Heydər Əliyev adına Hərbi Liseydə qazanxana operatoru vəzifəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 yanvar 2025-ci il tarixli, 3-48-NDA/1-2-70/2025 nömrəli məktubu ilə X3 Dəstəsinin (Santexmontaj İdarəsi) xx.xx.1980-ci il tarixli 52k nömrəli, xx.xx.1981-ci il tarixli, 1k nömrəli, xx.xx.1981-ci il tarixli, 57k nömrəli, xx.xx.1992-ci il tarixli, 13a nömrəli, xx.xx.1982-ci il tarixli, 86k nömrəli, xx.xx.1984-cü il tarixli, 106k nömrəli, xx.xx.1985-ci il tarixli, 1k nömrəli, xx.xx.1986-cı il tarixli, 97E nömrəli, xx.xx.1987-ci il tarixli, 19k nömrəli, xx.xx.1990-cı il tarixli, 41a nömrəli, xx.xx.1991-ci il tarixli, 64k nömrəli, xx.xx.1992-ci il tarixli, 01k nömrəli, xx.xx.1994-cü il tarixli, 03M nömrəli, xx.xx.1995-ci il tarixli, 01 nömrəli, xx.xx.1996-cı il tarixli, 20 nömrəli, xx.xx.1996-cı il tarixli, 27 nömrəli, xx.xx.1997-ci il tarixli, 07M nömrəli, xx.xx.1997-ci il tarixli, 16k nömrəli, xx.xx.1999-cu il tarixli, 01M nömrəli, xx.xx.2000-ci il tarixli, 01 nömrəli, xx.xx.2000-ci il tarixli, 15k nömrəli əmrlərin təsdiq edilmiş surətlərini və İddiaçı 1980-2001-ci illlərdə əməkhaqqı alması barədə arxiv arayışları məhkəməyə göndəririlmişdir. Məktubun qeyd hissəsində X3 Dəstəsinin (Santexmontaj İdarəsi) 1988, 1989-cu illər və 1993,1998-ci illərə dair əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, 1980-ci ilə aid əmrdə ata adının Mirsoloz, 1981-ci ilə aid əmrdə ata adının Mirsəməd, 1982-ci il əmrdə ata adının M.Solod, 1984-1987-ci illərə aid əmr kitablarında ata adının M.Səməd, 1990- 1992, 1994-1997, 1999-2000-ci illərə aid əmr kitablarında adına rast gəlinmədiyi, 1980- 2001-ci illərə aid əməkhaqqı kitablarında ata adının göstərilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 yanvar 2025-ci il tarixli arayışda İddiaçı X3 Dəstəsində (Santexmontaj İdarəsində) işləməsi faktı və 1980-1995-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, arayışın qeyd hissəsində X3 Dəstəsinin (Santexmontaj İdarəsinin) 1983-cü ilin mart-may, iyul-dekabr və 1984-cü ilin yanvar-noyabr aylarına dair əməkhaqqı cədvəllərində adının göstərilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 yanvar 2025-ci il tarixli digər arayışda İddiaçı X3 Dəstəsində (Santexmontaj İdarəsində) işləməsi faktı və 1996-2001-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, arayışın qeyd hissəsində X3 dəstəsinin (Santexmontaj idarəsi) əmr və əməkhaqqı kitabları 2002-ci ilədək Naxçıvan MR Dövlət Arxivində mühafizə edildiyi, 1980-ci ildən 2001-ci ilə qədər olan əməkhaqqı kitablarında ata adı göstərilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 yanvar 2025-ci il tarixli, 3-48-NDA/1-2-76/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Şəhər Layihə Smeta Bürosunun 2005-2007-ci illərə dair sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 15 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3994/2025 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”ndə mövcud olan məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 2006-2024-cü illərdə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat məhkəməyə təqdim olunmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 aprel 2025-ci il tarixli, 13-12/2-507/2025 nömrəli məktubda qeyd olunur ki, İddiaçı 1984-2005-ci illər üzrə işlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə (Ümumi peşələr) əsasən həmin peşəyə uyğun olaraq zərərli sahə hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər 55 yaşına catdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. .. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırkı işdə iddiaçının hərbi xidmət dövrü, əmək kitabçasında və iş stajını sübut edən arxiv arayışında aparılmış qeydlər üzrə qazanılmış əmək pensiyası hüquqları nəzərə alındıqda ümumi iş stajının tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 ömrəli Qərarı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərarlara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub-olmadığını yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuş, həmin tarixə ümumilikdə əmək kitabçası üzrə 37 ildən çox ümumi, 18 ildən çox isə xüsusi iş stajı mövcud olmuşdur. Bu fakt eyni zamanda cavabdeh orqan tərəfindən məhkəmə iclası zamanı təqdim edilən iddiaçının 2006-ci il tarixə və 2006-cı il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranan tarixədək güzəştli iş stajı barədə çıxarışlarla da təsdiq edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının 2007-ci il tarixdən 2024-cü ilin iyun ayınadək Heydər Əliyev adına hərbi liseydə işləməsi və aylar üzrə aldığı əmək haqlarından sosial sığorta haqqı ödəməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər barəsində araşdırma aparılmış və əmək kitabçasında göstərilən onun 1984-2005-ci illərdə Naxçıvan Quraşdırma (Tikinti) Quraşdırma idarəsinin X3 dəstəsində qaynaqçı vəzifəsində işləməsi, aylar üzrə əmək haqqı alması faktı xx.xx.2025-ci il tarixli arxiv arayışları ilə təqdim edilmiş əmrlərlə və əmək haqqı arayışları ilə tam təsdiq olunmuşdur. Belə ki, iddiaçının qaynaqçı vəzifəsində işləməsi barədə əməkhaqqı arayışları üzrə dekabr 1984cü il tarixindən oktyabr 2001-ci il tarixədək ümumilikdə X3 dəstəsində 12 il 9 aydan artıq əmək haqqı alaraq işləməsi tam təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. Cavabdehin iddiaçının əmək kitabçasında 1980-1997-ci illər barədə qeydlərin kiril əlifbası ilə aparılması, həmin qeydlərin latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmiş möhürlə təsdiq edilməsi arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, əmək kitabçasında müvafiq qeydlərin qeyri-dəqiq aparılması işçinin məsuliyyət sferasına aid olan məsələ deyildir. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Əksinə məhəkəmə araşdırılması zamanı əmək kitabçasında olan qeydlər arxiv arayışları ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Məhkəmə inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtinanın qanuniliyini yoxlayarkən cavabdehin imtina qərarında göstərdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışının təqdim olunmaması ilə bağlı arqumenti də məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 aprel 2025-ci il tarixli, 13-12/2-507/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1984-2005-ci illər üzrə işlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə (Ümumi peşələr) əsasən həmin peşəyə uyğun olaraq zərərli sahə hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi qaz qaynaqçısı vəzifəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 №-li Siyahısının ümumi peşələr üzrə 23200000—11620 koduna və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edimiş Siyahısı"nın 35-ci bölməsinə (Ümumi peşələr) əsasən qaz qaynaqçısı peşəsinə tam uyğun olmuşdur. İddiaçının bu peşə üzrə azı 12 il 06 ay işləməsi faktı nəzərə alınmalıdır. Bununla da iddiaçının 37 ildən artıq ümumi iş stajının böyük qismində qaz qaynaqçısı vəzifəsində işləməsi cavabdeh orqan tərəfindən iddiaçının xüsusi iş stajının olmaması səbəb ilə imtina verilməsi halını təkzib edir. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 sentyabr 2024-cü il tarixli, xxxxxxx705A69610F0E nömrəli qərarı ləğv edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev