Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-46/2020 09.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızının, İddiaçı1 vəkili Vəkil, üçüncü şəxs X27 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, Qasımova (Abbasova) Məhliqa Abdulla qızının, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin və üçüncü şəxs X12 iştirakları olmadan, iddiaçılar İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Qasımova (Abbasova) Məhliqa Abdulla qızının cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi, JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Qasımova (Abbasova) Məhliqa Abdulla qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ildə JN 1292 A nömrəli şəhadətnamə əsasında birgə mülkiyyətlərinə verilmiş 0.12 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 24 nömrəli qərarı əsasında JN 1292 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə birgə mülkiyyətlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış alınması üçün Abbasov Abdulla tərəfındən şifahi şəkildə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olunmuş Xidmətdən ona bildirmişlər ki, guya Abdulla və onun həyat yoldaşı X41 MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə tərəfindən təsdiq edilmiş ərizə təqdim edərək bildirmişlər ki, yuxarıda qeyd olunan şəhadətnamə əsasında onlara verilən 0.08 ha torpaq sahəsi Abdullanın qardaşı X20 məxsusdur. X32 da guya eyni məzmunlu ərizə ilə müraciət edərək bildirmişdir ki, JN 783B nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi X28 və onun ailəsinə məxsusdur. Guya həmin texniki səhvlik Babək Rayon Şöbəsi tərəfindən aradan qaldırılmışdır.Vəkil Əsədulla Vəliyevin sorğusuna 03 oktyabr 2019-cu il tarixli, 489 nömrəli məktubla Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş cavabda isə yuxarıda göstərilən məzmun eyni ilə həmin cavabda göstərilmiş, lakin ikinci səhifədə Dövlət Xidməti qeyd edir ki, Mirəli Seyidov 04.12.2018-ci il tarixdə JN 783 B nömrəli şəhadətnamənin itməsi barədə elan verilmiş qəzeti və müvafiq arayışı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim etmiş, həmin sənədlər əsasında **********98 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünü almışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti təqdim olunmuş məktubda bir tərəfdən qeyd edir ki, M. Seyidovaverilmiş JN 783 B nömrəli şəhadətnamə ilə 0.12 ha torpaq sahəsi onlara məxsusdur, həmin texniki səhvlik aradan qaldırılmışdır. İkinci səhifədə isə qeyd edir ki, JN 783 B nömrəli şəhadətnamə itdiyindən həmin torpaq sahəsinə dair Mirəli Seyidova torpaqplan ölçüsü verilmişdir. İddiaçılar Abdulla Müzəffər oğlu və Zemfira Hüseyn qızı bildirirlər ki, onlar heç vaxt Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nə Babək Rayon İdarəsinə, nə də Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə onlara verilmiş torpaq sahəsi ilə bağlı heç bir ərizə yazmayıblar. Onlar hətta latın əlifbası ilə yaza bilmədiklərini bildirirlər. Digər hal ondan ibarətdir ki, JN 1292 A nömrəli şəhadətnamə əsasında iddiaçıların birgə mülkiyyətinə 0.08 ha ölçüdə deyil, 0.12 ha torpaq sahəsi verilmişdir. Arxiv arayışından da göründüyü kimi keçmiş Cavidabad Sovetliyinin 1991-1995-ci illərə dair təsərrüfat kitabında Abdulla Abbasov ailə başçısı olmaqla adlarına 0.1 ha torpaq sahəsi olmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə DövlətXidmətinin qeyd etdiyi 0.08 ha torpaq sahəsi JN 1299 A nömrəli şəhadətnamə əsasında qardaşı Fətulla Əliyevin mülkiyyətinə verilmiş, sonra isə həmin torpaq sahəsi 2013-cü ildə İddiaçı4 hədiyyə edilmişdir. Bu fakt Fətulla Əliyevin adına 2009-cu ildə verilmiş **********11-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunda qeyd edilmişdir.Sonra iddiaçılar tərəfindən ərizə ilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Dövlət Xidmətinə JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi üçün müraciət olunmuş, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən eyni məzmunlu yazılı cavab məktubu göndərilərək onlara torpağa dair çıxarış verilməmişdir.İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən, 2006-cı ildə JN 1292 A nömrəli şəhadətnamə əsasında birgə mülkiyyətlərinə verilmiş 0.12 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2- 1(122)-46/2020 nömrəli qərardadı ilə inzibati işə X32 və X39 üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçılar İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi), Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızı, Qasımova (Abbasova) Məhliqa Abdulla qızı, İddiaçı1 vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə 26 avqust 2020-ci il tarixli ərizə ilə müraciət etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, 12 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi iddianı qəbul edərək həqiqətən də qeyd olunan şəhadətnamə üzrə iddiaçılara çıxarış verilməli olduğunu, onların səhvliyi ucbatından mübahisə olunan torpaq sahəsinin **********98 reyestr nömrəli plan ölçüsü əsasında X21 verildiyini bildirmişdir. Həmçinin ərizədə 23 iyun 2020-ci tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən X12 verdiyi izahatda mübahisə olunan torpaq sahəsini Qaraçuq kənd icra nümayəndəsi işləmiş mərhum Ramazan adlı şəxsdən 100 (yüz) ABŞ dollarına aldığı, faktiki qalan 800 m2 torpaq sahəsini könüllü olaraq iddiaçılara qaytarmaq fikrinin olmadığını bildirdiyi, prosesə üçüncü şəxs qismində cəlb edilmiş X27 izahatından isə mübahisə olunan torpaq sahəsinin 400 m2-ni Mirəli Seyidovdan 6000 (altı min) manata rəsmi olaraq aldığı, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus olduğunu bilmədiyinin məlum olduğu, Cəlal Hüseynovun həmin torpaq sahəsini vicdanlı əldə etdiyi göstərilmişdir. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaya “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi, JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbi çərçivəsində baxılaraq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin 01 sentyabr 2020-ci il tarixli, 2-1(122)-46/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 09 sentyabr 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, Qasımova (Abbasova) Məhliqa Abdulla qızına, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və üçüncü şəxs X21 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəməyə çağırılan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi) iddia tələbinin məzmununa uyğun izahat verərək Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı əsasında JN 1292 A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə birgə mülkiyyətlərinə 0.12 ha həyətyanı torpaq sahəsinin verildiyini, qeyd etdiyi torpağa çıxarış almaq üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdiyini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin isə ona guya onun və arvadı Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızının Xidmətin Babək Rayon İdarəsinə ərizə təqdim edərək onlara verilən 0.08 ha torpaq sahəsinin X20 məxsus olduğunu qeyd etdiklərini, eyni zamanda da X32 ərizə təqdim edərək JN 783 B nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.12 torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu bildirdiyini və texniki səhvliyin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən aradan qaldırıldığını, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin eyni məzmunlu digər məktubunda Mirəli Seyidovun JN 783 B nömrəli şəhadətnamənin itməsi barədə elan verilmiş qəzeti və müvafiq arayışı Xidmətə təqdim etməklə torpaq sahəsinin plan və ölçüsünü aldığının qeyd olunduğunu, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bir tərəfdən Mirəli Seyidova JN 783 B nömrəli şəhadətnamə ilə verilmiş 0.12 ha torpaq sahəsinin onlara məxsus olmasını, digər tərəfdən isə JN 783 B nömrəli şəhadətnamə itdiyindən həmin torpaq sahəsinə dair Mirəli Seyidova torpaq sahəsinin plan və ölçüsünün verilməsinin qeyd edildiyini, onu və arvadının hər hansı bir ərizə yazmadıqlarını, onların latın əlifbası ilə yaza bilmədiklərini, onlara 0.08 ha ölçüdə yox, 0.12 ha torpaq sahəsi verildiyini qeyd edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi, JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçı Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı1 vəkili Vəkil iddia tələbini müdafiə edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi, JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs qismində X39 izahat verərək mübahisə edilən torpağı ona məhkəmənin gözətçisi Arifin tapdığını, torpaq sahəsinin mübahisəli olduğunu bilmədiyini, həmin torpağı 2019-cu ildə qanunvericiliyin tələblərinə uyğun olaraq 6000 (altı min) manat müqabilində aldığını və sənədləşdirdiyini, torpaq sahəsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Rəşad müəllim tərəfindən ölçüldüyünü, Mirəli Seyidovla birgə notariat kontoruna gedərək notariat kontorunda alqı-satqı müqaviləsi bağladıqdan sonra sənədləri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim etdiklərini, həmin sənədlər əsasında ona reyestrdən çıxarışın verildiyini, bu barədə ödəniş qəbzlərinin olduğunu qeyd etdi. 23 iyun 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X40 iddiaya dair izahat verərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mübahisə edilən torpağı X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla texniki səhvliyə yol verildiyini, xəritədə mübahisə edilən torpaq sahəsinin X12 adında qaldığını, mütəxəssislərin xəritədə düzəliş etmədiklərini, ona görə də X12 lazım olan müvafiq sənədləri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim edərək çıxarış aldığını, X12 həmin torpağın 400 m2 hissəsini X3, qalan 834,78 m2 hisəsinin isə onun adında qaldığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 23 iyun 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X32 izahat verərək mübahisə edilən torpaq sahəsinin ona kəndin keçmiş icra nümayəndəsi Ramazan tərəfindən verildiyini, Ramazanla orta məktəbdə bir yerdə oxuduqlarını, bu səbəbdən onunla yaxın münasibətinin olduğunu, ona torpaq axtardığını bildirdiyi zaman Ramazanın ona mübahisə edilən torpaq sahəsini göstərərək həmin torpağın ona verilməsinə kömək edə biləcəyini dediyini, torpaq sahəsini görəndən sonra Ramazana 100 (yüz) ABŞ dolları pul verdiyini və həmin pulun müqabilində isə Ramazanın torpaq sahəsini ona verdiyini, mübahisə edilən torpaq sahəsinin onun olduğunu, torpaq sahəsini ərazisinə heyvan girməsin deyə çəpərlədiyini, 2019-cu il tarixdə həmin torpağın 4 sotunu X33 tam qanuni sənədləşmə əsasında satdığını qeyd etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 03 oktyabr 2019-cu il tarixli, 489 nömrəli Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Əsədulla Vəliyevə və 10 fevral 2020-ci tarixli, 40 nömrəli Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan məktublardan görünür ki, Qaraxanbəyli kəndində torpaq islahatı aparılan zaman Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-1292 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9 mülkiyyətinə 0.08 ha, JN-1299 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X13 mülkiyyətinə 0.12 ha və JN-783 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X12 mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 05.03.2006-cı il tarixdə Qaraxanbəyli kənd sakini X28 və onun həyat yoldaşı X34 ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsinə müraciət etmiş, JN-1292 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin qardaşı X20 aid olduğunu, onların istifadəsində olan torpaq sahəsinin isə JN-783 B nömrəli Şəhadətnamə ilə X12 mülkiyyətinə verildiyini bildirərək yaranmış texniki səhvliyin aradan qaldırılmasına köməklik edilməsini xahiş etmişlər. Həmin tarixdə X32 da Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsinə ərizə ilə müraciət edərək JN- 783 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin X14 aid olduğunu və yaranmış texniki səhvliyin aradan qaldırılmasına etiraz etmədiyini bildirmişdir. Hər iki ərizə Qaraçuq kənd İƏD üzrə nümayəndə tərəfindən təsdiq edilmiş və torpaq islahatı zamanı buraxılmış texniki səhvlik Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsi tərəfindən aradan qaldırılmışdır.Qaraçuq kənd sakini X32 04.12.2018-ci il tarixdə JN-783 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə dublikatın alınması üçün sənədin itməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsini və daxili işlər orqanın müvafiq arayışını Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim etmiş, həmin sənədlər əsasında **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq ona təqdim edilmişdir. Onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 25.04.2019-cu il tarixdə Naxçıvan Şəhər 2 saylı Notariat Kontorunda qeydiyyata alınan 4ə- 109 nömrəli alqı-satqı müqaviləsiəsasında Mirəli Seyidov həmin torpaq sahəsinin 0.04 ha hissəsini X4. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri X28, X34, X35 və X15 ünvanladığı 02 mart 2020-ci il tarixli, 88 nömrəli eyni məzmunlu məktubunda əlavə olaraq göstərilmişdir ki, torpaq islahatı aparılan zaman aqrar islahat komissiyalarının qərarları ilə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr iki nüsxədən ibarət tərtib edilərək dövlət torpaq kadastr kitabında qeydiyyatı aparılmışdır. Şəhadətnamələrin bir nüsxəsi mülkiyyətçilərə təqdim olunmuş, ikinci nüsxə isə rayon (şəhər) torpaq şöbələrində saxlanılmışdır. Mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrində yaranmış texniki səhvliklərin aradan qaldırılması ilə əlaqədar onların və Qaraçuq kənd sakini Mirəli Seyidovun təqdim etdiyi ərizələrlə yanaşı JN-1292 A nömrəli və JN-783B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin onlarda olan nüsxələri də Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsinə təhvil verilmişdir. - X28, X34, X35, X29 və İddiaçı4 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanladıqları 14 fevral 2020-ci il tarixli ərizədən görünür ki, 2006-cı ildə JN-1292 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə həmin şəhadətnamədə 6 nəfər olmaqla birgə mülkiyyətlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış almaları üçün vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olunmuş, Xidmətin 10 fevral 2020-ci il tarixli, 40 nömrəli məktubunda qeyd edilmişdir ki, guya onlara JN-1292 A nömrəli şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi verilmiş, X28 və X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş ərizə vermişlər ki, 0.08 ha torpaq sahəsi X20 aiddir. X12 mülkiyyətinə JN 783 nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsi isə onlara məxsusdur. Mirəli Seyidov da ərizə ilə müraciət edərək 0.12 ha torpaq sahəsinin onlara məxsus olmasını bildirərək yaranmış texniki səhvliyin aradan qaldırlmasına etiraz etmədiyini bildirmişdir. Bildirirlər ki, nə X28, nə də X5 Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubda qeyd etdiyi kimi həyətyanı torpaq sahəsinin əvəzləşdirilməsi və ya hər hansı bir texniki səhvliyin aradan qaldırılması üçün heç bir orqana müraciət etməmişdirlər. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən JN-1292 A nömrəli şəhadətnamə üzrə 0.12 ha həyətyanı torpaq sahəsinə dair birgə mülkiyyət hüququ üzrə (şəhadətnamədə adları qeyd olunan şəxslərə) onlara müvafiq çıxarışın verilməsini xahiş etmişlər. - Babək rayonu, Qaraxanbəyli kənd sakinləri X9 və həyat yoldaşı X16 Babək Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə ünvanladıqları ərizənin surətindən görünür ki, adlarına Qaraxanbəyli kəndində işlənmiş 1292 A nömrəli şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi qardaşı X13 olduğuna görə həmin şəhadətnamənin onların adlarından çıxarıb, X13 adına işlənməsinə köməklik edilməsini və onlara qanuni verilmiş Qaraçuq kəndində olan 783 B nömrəli şəhadətnamə ilə X12 adına işlənmiş həyətyanı sahəsinin öz adlarına işlənməsini xahiş etmişlər. - X12 Babək Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair 783 nömrəli şəhadətnamə texniki səhv olaraq onun adına işlənmişdir. Həmin şəhadətnaməni onun adından çıxarıb Qaraxanbəyli kənd sakini X17 hüquqi torpağı olduğundan onun adına işlənməsinə etiraz etməmişdir. - JN-1292 A, KOD 10304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında X14, X22, İddiaçı3, X23, X18 və İddiaçı4 0.12 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 iyul 2009-cu il tarixli, 332 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, X26 üzrə 1-ci küçə, döngə 5, ev 9 ünvanı **********11-10301 reyestr nömrəsi ilə X13 adına qeyd edilmişdir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 15 noyabr 2012-ci il tarixdə verilmişAZE seriyalı, 07003790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X36 25 iyun 1955ci ildə Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - 28 avqust 1980-ci il tarixli, 495973 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 28 avqust 1980-ci ildə X28 ilə X24 nikahları bağlanmışdır. - 14 iyul 1955-ci il tarixli, 428111 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 25 iyun 1955-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli, 362, 363, 364 nömrəli arayışlardan görünür ki, 16 iyun 1958-ci il təvəllüdlü İddiaçı1, 25 iyun 1955-ci il təvəllüdlü X36, 03 sentyabr 1987-ci il təvəllüdlü Qasımova X25 şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadırlar. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 17 yanvar 2020-ci il tarixli, 13/39 nömrəli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Cavidabad Sovetliyi - Qaraxanbəyli kəndinin 1991-1995-ci ilə dair 14 nömrəli təsərrüfatbaşına kitabında X28 ailə başçısı olmaqla adına 0.1 ha torpaq sahəsi olması qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 16 iyul 2020-ci il tarixli, 285 nömrəli məktubundan görünür ki, Qaraxanbəyli kəndində torpaq islahatı aparılan zaman Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-1292A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9 mülkiyyətinə 0.08 ha, JN-1299A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X13 mülkiyyətinə 0.12 ha və JN-783B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X12 mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 05.03.2006-cı il tarixdə Qaraxanbəyli kənd sakini X28 və onun həyat yoldaşı X34 ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsinə müraciət etmiş, JN-1292 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin qardaşı X20 aid olduğunu, onların istifadəsində olan torpaq sahəsinin isə JN-783B nömrəli Şəhadətnamə ilə X12 mülkiyyətinə verildiyini bildirərək yaranmış texniki səhvliyin aradan qadırılmasına köməklik edilməsini xahiş etmişlər. Həmin tarixdə X32 da Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsinə müraciət edərək JN- 783B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin X14 aid olduğunu və yaranmış texniki səhvliyin aradan qadırılmasına etiraz etmədiyini bildirmişdir. Hər iki ərizə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən təsdiq edilmiş və torpaq islahatı zamanı buraxılmış texniki səhvlik Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsi tərəfindən aradan qaldırılmışdır. Mirəli Seyidovun adında qeyd olunmuş əvəzləşdirilməsi mümkün olmayan 1555 m2 torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111,61 m2 olan fərdi yaşayış evi birlikdə 19.06.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmışdır. 23.06.2014-cü il tarixdə Naxçıvan Şəhər 3-cü DNK-da qeydiyyata alınan 4/Ə-01-194 nömrəli alqı-satqı müqaviləsi əsasında Mirəli Seyidov fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə X1. Qaraçuq kənd sakini X32 04.12.2018-ci il tarixdə JN-783B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə dublikatın alınması üçün sənədin itməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsini və daxili işlər orqanının müvafiq arayışını Naxçıvan Muxtar RespublikasıDaşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə təqdim etmiş, həmin sənədlər əsasında **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq ona təqdim edilmişdir. Onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 25.04.2019-cu il tarixdə Naxçıvan Şəhər 2 saylı Notariat Kontorunda qeydiyyata alınan 4ə-109 nömrəli alqı-satqı müqaviləsi əsasında Mirəli Seyidov həmin torpaq sahəsinin 0.04 ha hissəsini X7, torpaq sahəsinin qalan hissəsi Mirəli Seyidovun adında qalmışdır. İş materiallarına məhkəmə prosesi zamanı sonradan əlavə olunmuş: - Babək Rayon Polis Şöbəsi tərəfindən 13 avqust 2008-ci il tarixdə verilmişAZE seriyalı, 06440797 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 16 iyun 1958-ci ildə İddiaçı1 Naxçıvan şəhərində doğulmuş və Babək rayon, Qaraxanbəyli kəndində yaşayır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 20 sentyabr 2018-ci il tarixdə verilmişAZE seriyalı, 17321467 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X30 21 avqust 1983-cü ildə Babək rayon, Qaraxanbəyli kəndində doğulmuş və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 01 iyul 2016-ci il tarixdə verilmişAZE seriyalı, 15746704 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı6 03 sentyabr 1987-ci ildə Babək rayon, Qaraxanbəyli kəndində doğulmuş və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Qasımova (Abbasova) Məhliqa Abdulla qızı tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə bu məsələ ilə əlaqədar müraciət edilməsinə baxmayaraq, onların tələbi bu vaxta kimi müsbət həll olunmadığından, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Bundan əlavə, icraatla bağlı keçirilmiş məhkəmə iclaslarında məlum olmuşdur ki, X39 400 m2 torpaq sahəsini mübahisəli olduğunu bilmədən X11 6000 (altı min) manat müqabilində öz adına rəsmi sənədləşmə apararaq onu qanuni əsaslarla əldə etmişdir. Ona görə də mübahisəli torpaq sahəsinin C. Hüseynova satılan 400 m2 hissəsi inzibati məhkəmə icraatının predmeti ola bilməz. Lakin bu iddiaçıların həmin torpaq sahəsini mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək imkanını istisna etmir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina dəlillərini əsaslı hesab etmir. Belə ki, məktublarda torpaq islahatı zamanı buraxılmış texniki səhvliyin Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Babək Rayon Şöbəsi tərəfindən aradan qaldırıldığı göstərilsə də, həmin texniki səhvliyin necə aradan qaldırılması açıqlanmamış, məhkəmə araşdırması zamanı qeyd olunan torpaq sahəsinin Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN- 1292A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9 mülkiyyətinə verildiyi məlum olmuşdur. Bu hal müvafiq sənədlərlə yanaşı cavabdeh orqanın məhkəmə iclaslarında iştirak edən nümayəndəsinin iddia tələbinin haqlı olmasına dair etirafedici izahatlarında da öz əksini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyinin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya səbəb olan hallar əsaslandırılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyət lərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin imtinası iddiaçıların həmin torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdud-laşdırmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti etiraz ərizəsində Qaraxanbəyli kəndində torpaq islahatı aparılan zaman Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarına əsasən JN-1292 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9 mülkiyyətinə 0.08 ha torpaq sahəsi verildiyini qeyd etsə də, iş materiallarında olan 2006-cı ildə verilmiş JN 1292 A nömrəli şəhadətnamənin surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən X9 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Qasımova (Abbasova) Məhliqa Abdulla qızının cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi, JN 1292 A nömrəli şəhadətnamə əsasında onların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.7, 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddia tələbi təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti üzərinə 06 dekabr 2018-ci il tarixdə Qaraçuq kəndi, 3-cü küçə, 11/12 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair X12 adına aparılmış **********98 nömrəli və ********** nömrəli reyestr qeydiyyatlarının ləğv edilməsi; JN 1292 A nömrəli şəhadətnamə əsasında İddiaçı1, Əsədzadə (Abbasova) Zemfira Hüseyn qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Qasımova (Abbasova) Məhliqa Abdulla qızının birgə mülkiyyətlərinə verilmiş 0.12 ha torpaq sahəsindən faktiki qalan 0.08 ha torpaq sahəsinə dair onlara müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-46/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-46/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver