Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-46/2023 05.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 14 aprel 1994-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən Həqiqi Hərbi Xidmətə çağırılmış və 2N dekabr 199N-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis olmuşdur. 1994-199N-ci illərdə Culfa şəhər ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında fədakarlıqla iştirak etmişdir. Həqiqi Hərbi xidmətdən tərxis olduqdan sonra o, "Müharibə Veteranı" adının və vəsiqəsinin alınması üçün müvafiq sənədləri toplayaraq ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-12836 saylı məktubunda xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyini bildirərək ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bildirir ki, xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etməmiş, bununla bağlı hərbi hissə komandanlığı tərəfində ona hər hansı bir xəbərdarlıq və ya cəza verilməmişdir. O, həqiqi hərbi xidmətdə olduğu müddətdə minomyot komandiri vəzifəsində çavuş rütbəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə döyüş tapşırıqlarının yerinə yetirilməsində və xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən müxtəlif hədiyyələrlə təltif olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında 22 sentyabr 1995-ci il tarixli, N nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxan Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N3.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 10-cu, 35-ci və 12-ci maddələrinə istinad edərək və həmin Məcəllənin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 4N-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 31 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 19 yanvar 2023-cü il tarixli, 11/265 nömrəli etirazdan görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində 14 aprel 1994-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını, 2N dekabr 199N-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunduğunu, 1994- 199N-ci illərdə Culfa şəhər ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında fədakarlıqla iştirak etdiyini göstərərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı” və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsinin istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci ıl fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxıl olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskıpara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanlar), Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək olar ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arayışına əsasən iddiaçı xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyi qeyd edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arayışına əsasən iddiaçı xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.200N-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 201N-ci il tarixli, 2-1(102)-1161/201N nömrəli iş üzrə qərarında göstərilmişdir ki, "Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin NN-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPMnin 38, 4N.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4N-ci və 154-cü maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 10 aprel 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 11 may 2023-cü il tarixə təyin edilmişdir. 11 may 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı tərəfindən məhkəməyə gətirilmiş şahid X4 ifadə verərək, İddiaçı 1994-cü il tarixdən tanıdığını, İddiaçı ilə N nömrəli hərbi hissədə xidmət etdiklərini, N nömrəli hərbi hissənin sonradan N nömrəli hərbi hissə adlandırıldığını, onun N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edəndə İddiaçı onun əsgəri olduğunu, onun “Kilid” və “Soyuq” döyüş bölgələrində xidmət etdiyini, nümunəvi əsgər olduğunda görə ona kiçik çavuş və çavuş hərbi rütbələri verildiyini, İddiaçı döyüşlərdə iştirak etmədiyini, sadəcə olaraq, döyüş şəraiti olan bölgədə xidmət etdiyini, özünə “Müharibə veteranı” adı və vəsiqəsinin verilmədiyini, çünki onun 12 may 1994-cü il tarixdən sonra, yəni atəşkəs elan olunduqdan sonra hərbi xidmətə qəbul edildiyini bildirmişdir. 11 may 2023-cü il tarixə təyin olunmuş şifahi məhkəmə baxışı iclasında İddiaçı və iddiaçının vəkili Vəkil vəsatət verərək, məhkəməyə əlavə şahidlər gətirmələri üçün məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişlər. İddiaçı və iddiaçının vəkili Vəkil vəsatəti təmin edilərək şifahi məhkəmə baxışı iclası 31 may 2023-cü il tarixə təyin edilmişdir. 31 may 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili Vəkil vəsatət verərək, İddiaçı 14 aprel 1994-cü il tarixdən 18 oktyabr 199N-ci il tarixədək N5, N6 və N nömrəli hərbi hissələrin şəxsi heyətinin siyahısına daxil olması və çıxışı barədə əmrlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi, həmin dövrdə N5, N6 və N nömrəli hərbi hissələrin döyüşən hərbi hissələrin siyahısına daxil olub-olmamaları barədə məlumat verilməsi üçün məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin vəsatətini təmin edərək, qeyd edilən hərbi hissələrlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərmiş və şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 iyul 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək 14 aprel 1994-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən Həqiqi Hərbi Xidmətə çağırıldığını, 2N dekabr 199N-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunduğunu, 1994-199N-ci illərdə Culfa şəhər ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında fədakarlıqla iştirak etdiyini, həqiqi hərbi xidmətdən tərxis olduqdan sonra ona "Müharibə Veteranı" adının və vəsiqəsinin alınması üçün müvafiq sənədləri toplayaraq ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etdiyini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-12836 saylı məktubunda xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyi bildirilərək ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edildiyini, onun isə xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etmədiyini, bununla bağlı hərbi hissə komandanlığı tərəfində ona hər hansı bir xəbərdarlıq və ya cəza verilmədiyini, həqiqi hərbi xidmətdə olduğu müddətdə minomyot komandiri vəzifəsində çavuş rütbəsində xidmət etdiyini, xidmət etdiyi müddətdə dəfələrlə döyüş tapşırıqlarının yerinə yetirilməsində və xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən müxtəlif hədiyyələrlə təltif olunduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, hərbi biletin təsdiq edilmiş surətlərini, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 23 noyabr 2022-ci il tarixli, 413-12836 nömrəli məktubdan görünür ki, İddiaçı "Müharibə Veteran" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci it tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci it tarixli arayışına əsasən xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci it tarixli, N №-li Qərarı itə təsdiq edilmiş Əsasnaməyə əsasən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - 24 aprel 1994-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 19N-ci ildə doğulmuş İddiaçı 14 aprel 1994-cü ildə hərbi xidmətə çağırılmış, 14 aprel 1994-cü ildən 04 may 1994-cü ilədək N5 nömrəli hərbi hissədə, N may 1995-ci ildən 18 oktyabr 199N-ci ilədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydiyyat aparılmışdır. Hərbi biletin N-ci səhifəsinin 18-ci bəndində İddiaçı döyüşlərdə iştirak etmədiyi, 9-cu səhifəsinin 22-ci bəndində isə yaralanmaması qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 19N-ci ildə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyəti Dərəkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 2N4/12 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Dərəkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfat qeydiyyatında durur və Şərur rayonu, Dərəkənd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə ünvanlanan 06 aprel 2023-cü il tarixli, 1N0N nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.199N-ci il tarixədək N4, N6 və N nömrəli hərbi hissələrdə xidmət edib. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 113 nömrəli əmri ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb. xx.xx.1995-ci il tarixli, 118 nömrəli əmri ilə xidməti yerinə qayıtdığı üçün yemək qeydiyyatına alınıb, onun döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanlanan 31 yanvar 2023-cü il tarixli, 463 nömrəli və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan 13 mart 2023-cü il tarixli, 1236 nömrəli məktublarından görünür ki, İddiaçı xidmət keçdiyi dövrdə “Soyuq” döyüş bölgəsini özbaşına tərk etdiyinə görə ona “Müharibə veteranı adının və müvafiq vəsiqəsi”nin verilməsindən ötrü arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat müxtəlif vaxtlarda aidiyyəti instansiyalara göndərilməsi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı 24 dekabr 2022-ci il tarixli, HP-14/2624 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə barəsində cinayət işi və ya araşdırma materialı olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivi tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-234 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Arxiv işi haqqında təlimat”ın 11.28-ci maddəsinin tələblərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların sorğuları üzrə arxiv arayışları, surətləri, çıxarışları, ancaq onların hüquq və qanuni nümayəndələrinə aid (hərbi xidmət keçməsi, hərbi rütbəsi, təltif edilməsi, peşə dərəcəsi verilməsi, qohumlarının taleyinin müəyyən edilməsi, əmək haqqının miqdarı və s.) ola bilər. Bu səbəbdən də N nömrəli hərbi hissənin döyüşən hərbi hissələr siyahısına daxil olub-olmaması barədə məlumat verə bilmirlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəməyə ünvanlanan 21 iyun 2023-cü il tarixli, A-N33 nömrəli məktubundan görünür ki, İddiaçı N4 nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 104 nömrəli əmri ( § 15, sıra nömrəsi 11) ilə şəxsi heyətin siyahısına daxil edilib və hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması haqqında “Nizami hissə üzrə əmrlər” kitabında məlumat yoxdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24N nömrəli əmri (§ 5, sıra nömrəsi 3) ilə şəxsi heyətin siyahısına daxil edilib və 21.5.1995-ci il tarixdə N nömrəli hərbi hissənin bazasında N nömrəli hərbi hissə təşkil edildiyindən həmin hərbi hissənin şəxsi heyəti tam tərkibdə xidmətini davam etmək üçün N nömrəli hərbi hissənin tərkibinə verilib. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 113 nömrəli əmri (§ 4, sıra nömrəsi 5) ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb, xx.xx.1995-ci il tarixli 118 nömrəli əmri (§ N, sıra nömrəsi 2) ilə xidməti yerinə qayıtdığı üçün qeydiyyata alınıb və xx.xx.199N-ci il tarixli 288 nömrəli əmri (§ 3, sıra nömrəsi 28) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. İddiaçı döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı 12 aprel 2023-cü il tarixli, 1800 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.199Nci il tarixədək N4, N6 və N nömrəli hərbi hissələrdə xidmət edib. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 113 nömrəli əmri ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb, xx.xx.1995-ci il tarixli 118 nömrəli əmri ilə xidməti yerinə qayıtdığı üçün yemək qeydiyyatına alınıb, onun döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin xx.xx.2023-cü il tarixli, 2N4 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.199N-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 oktyabr 199N-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon idarəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin xx.xx.2023-cü il tarixli, 3N3 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.199N-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.199N-ci il tarixli 160 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı 23 yanvar 2023-cü il tarixli, 341 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə atəşkəs dövründə yaranıb, həmin dövrdə heç bir döyüş əməliyyatları aparılmamışdır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 1994-199N-ci illərdə Culfa şəhər ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qanunvericiliyin tələbini əsas gətirməklə iddiaçının döyüşlərdə iştirakını sübut edən kifayət qədər əsasın olmadığını, qanunvericilikdə nəzərdə tutulmuş tələblərin ödənilmədiyini, buna görə də iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı 1994-199N-ci illərdə Culfa şəhər ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edib, bu barədə müvafiq sübutlar təqdim etsə də, həmin sübutlar mötəbər hesab olunmur, qanunvericiliyin tələblərini ödəmir və buna görə də həmin sənədlər əsasında iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, N nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks etdirilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilməsi yetərli deyildir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi hərbi bilet ilə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Beləliklə, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı 1994-199N-ci illərdə Culfa şəhəri ərazisində yerləşən döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ordubad rayon ərazisində yerləşən Kiçik soyuq, Kilid və Göygöl döyüş postunda erməni dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etməklə ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda sadalanan hüquq normalarının müddəalarına görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilənlər onu deməyə əsas verir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı tam sübuta yetirilməlidir. Baxılan mübahisəyə münasibətdə iddiaçı əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır. Hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübutetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübut hərbi biletidir. İddiaçının 24 aprel 1994-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 19N-ci ildə doğulmuş İddiaçı 14 aprel 1994-cü ildə hərbi xidmətə çağırılmış, 14 aprel 1994-cü ildən 04 may 1994-cü ilədək N5 nömrəli hərbi hissədə, N may 1995-ci ildən 18 oktyabr 199N-ci ilədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydiyyat aparılmışdır. Hərbi biletin N-ci səhifəsinin 18-ci bəndində İddiaçı döyüşlərdə iştirak etmədiyi, 9-cu səhifəsinin 22-ci bəndində isə yaralanmaması qeyd edilmişdir. Həmçinin məhkəmə tərəfindən də iddiaçının döyüşlərdə iştirakını təsdiq edilməsi istiqamətində aparılan araşdırma müsbət nəticə verməmişdir. Belə ki, N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda İddiaçı döyüşlərdə iştirakı haqqında məlumatın olmadığı bildirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin, iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hal hərbi bileti və arayışlar əsasında öz təsdiqini tapmamışdır. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, N3, N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-46/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-46/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver