Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-474/2025 23.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "28 avqust 2024-cü il tarixdə altmış yaşının tamam olduğu nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 mart 1980-ci il tarixdə Naxçıvan şəhərində yerləşən Yaşıllaşma İdarəsində 1 nömrəli sahəsində bağban kimi işləmişdir. 1 iyul 1980-ci il tarixdə həmin sahədən öz ərizəsi əsasında işdən azad edilmiş, 1 sentyabr 1981-ci ildə Naxçıvan şəhər 163 nömrəli texniki məktəbə şagird kimi qəbul olmuşdur. 24 avqust 1982-ci ildə məktəbi bitirib həmin məktəbdən xaric olmuşdur. 17 may 1985-ci il tarixdə Su idarəsində fəhlə kimi işə başlamış, 01 noyabr 1985-ci ildə işdən çıxmışdır. 24 yanvar 1989-ci ildən xx.xx.2004-cü ilə qədər Naxçıvan şəhərində trolleybus sürücüsü kimi, 01 may 2004-cü il tarixdə Nəqliyyat İdarəsində avtobus sürücüsü kimi işləmişdir. xx.xx.2004-cü ildən xx.xx.2017-ci il tarixə qədər stajı sistemə işlənmədiyi üçün ona əmək pensiyası təyin olunmur. O, əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şöbəsinə müraciət etmiş, lakin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 sentyabr 2024-cü il tarixli, xxxxxxx1CCADA6AF1FC nömrəli qərarı ilə ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun barəsində qəbul etdiyi 30 sentyabr 2024-cü il tarixli, xxxxxxx1CCADA6AF1FC nömrəli qərarının ləğv edilməsi və 2004-cü ildən 2017-ci illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 29 yanvar 2025-ci il tarixli ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun barəsində qəbul etdiyi 30 sentyabr 2024-cü il tarixli xxxxxxx1CCADA6AF1FC nömrəli qərarının ləğv edilməsi və 2004-cü ildən 2017-ci illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini dəqiqləşdirərək iddia tələbinə “28 avqust 2024-cü il tarixdə altmış yaşının tamam olduğu nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 mart 2025-ci il tarixli, 2-1(122)-474/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 12 mart 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı AA******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, o, 28 avqust 1964-cü il təvəllüdlüdür, hal-hazırda onun 60 yaşı vardır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 395 saylı arayışına əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (2 il 29 gün) SSR-i Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi 17 mart 1980cı il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək (3 ay 14 gün) Naxçıvan şəhər Yaşıllaşdırma İdarəsinin 1 nömrəli sahəsində bağban işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (11 ay 23 gün) Naxçıvan şəhər 163 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (4 ay 10 gün) X9 İdarəsində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (4 ay 15 gün) dördüncü dərəcəli çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (1 il 10 ay 25 gün) Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mühafizəçi işləmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək trolleybus kursu keçdikdən sonra xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək (15 il 03 gün) Naxçıvan şəhər trolleybus pakında sürücü, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 8 ay) Naxçıvan şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində sürücü vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı iş illəri, təhsil aldığı və hərbi xidmət müddətləri də nəzərə alınmaqla, xx.xx.1980-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 23 il 2 ay 5 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 11 il 2 ay olmaqla, cəmi 34 il 4 ay 5 gün ümumi iş stajı vardır. Beləliklə, iddiaçının "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ olmadığından və 60 yaşı tamam olduğu 2024-cü il tarixdə işlədiyi trolleybus sürücüsü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməməlidir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında iddiaçının ümumi iş stajını topladığını, lakin trolleybus sürücüsü işlədiyi dövrə aid iş stajınını təsdiq edən işəgötürənin arayışının təqdim edilmədiyinə görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirb, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 30 sentyabr 2024-cü il tarixli, xxxxxxx1CCADA6AF1FC nömrəli qərarından görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən tələb olunan ümumi stajının olmaması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2024cü il tarixli, 13/1374 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 53 №-li əmrlə Naxçıvan şəhər Yaşıllaşdırma idarəsi 1 №-li sahəyə Şahbuz kruqundan və yeni əkilmiş ağacları güzləmək, becərməkdən ötəri bağban təyin edilməsi, xx.xx.1980-ci il tarixli 139 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan şəhər Trolleybus parkına xx.xx.1989-cu il tarixli 08 №-li əmrlə İİİ dərəcəli sürücü qəbul edilməsi əmr kitabında göstərilmişdir. 2004-cü ilin may ayına dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunması haqqında məlumat yoxdur. Naxçıvan MR Nəqliyyat Nazirliyinə xx.xx.2004-cü il tarixli, 5 №-li əmrlə sürücü qəbul edilməsi əmr kitabında göstərilmişdir. - Azərbaycan SSR X12 Təhsili Komitəsi tərəfindən verilmiş 24 avqust 1982-ci il tarixli, 25 nömrəli attestatın təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 01 sentyabr 1981-ci ildə Naxçıvan 163 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və 01 avqust 1982-ci ildə təhsil müddəti 1 il olan həmin məktəbi bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2024cü il tarixli, 13/1374 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-2004-cü illərdə Naxçıvan şəhər Trolleybus parkında işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 noyabr 2024-cü il tarixli, 395 nömrəli arayışdan məlum olur ki, xx.xx.1964-cü il təvəllüdlü, istefada olan əsgər İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixədə SSRİ Müdəafiə Nazirinin xx.xx.1984-cü il tarixli, 202 nömrəli əmrinə əsasən SSRİ Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli, 13/1699 nömrəli arxiv arayışından məlum ki, İddiaçı 2004-2017-ci illərdə Naxçıvan şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 21 noyabr 2024-cü il tarixli, 02/1142 nömrəli məktubla göndərilmiş İddiaçı Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinə işə qəbul ediməsi, vəzifəsini dəyişməsi, əmək məzuniyyətinə buraxılması, əmrlərin və əməkhaqqı cədvəllərinin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin 2011-2013-cü illərə dair əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işdən azad olunma əmrinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-233/2025 nömrəli məktubla İddiaçı Naxçıvan şəhər Trolleybus parkına işə qəbul və işdən azad olunması ilə bağlı əmrlərin surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 922 nömrəli arayışdan görünür ki, Hünbətov X6 şəhəri, İ.Ələkbərov küçəsi, ev 45 ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki İddiaçı 28 avqust 1964-cü il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 69-cu maddəsinə əsasən iş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı: Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. Cavabdeh tərəfindən iddiaçının tələb olunan xüsusi iş stajının toplaması dolayısıyla qəbul edilsə də, onun işlədiyi trolleybus sürücüsü peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmaması, eləcə də iddiaçı tərəfindən trolleybus sürücüsü işlədiyi dövrə aid iş stajınını təsdiq edən işəgötürənin arayışının fonda təqdim edə bilməməsi əsasları ilə çıxış edərək iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. X8 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə: “... Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur. Eyni zamanda, pensiya təminatına dair hüquqi tənzimləmə mühüm konstitusiya prinsipləri əsasında qurulmalı, sosial yönümlü bazar iqtisadiyyatında əməyin və digər ictimai faydalı fəaliyyətin sosial dəyəri kimi rolunun və əhəmiyyətinin nəzərə alınması ilə həyata keçirilməlidir”. “...Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. ...Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il, 27 mart tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən: Əmək pensiyası ilə bağlı görülən tədbirlərin mütənasibliyi qiymətləndirilərkən şəxsin əmək pensiyası təminatı sistemindən əmək pensiyası almaq hüququnun mahiyyətinin pozulubpozulmadığı nəzərdən keçirilir (Vieczorek Polşaya qarşı işi üzrə qərar, § 57). Bu hüquqi qiymətləndirmə hər işin konkret hallarından asılı olaraq dəyişir, lakin yaşayış səviyyəsinin son dərəcədə pisləşməsilə nəticələnən əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi əsas etibarilə mülkiyyət hüququnun pozulmasına, ağlabatan məhdudiyyətlərin tətbiq edilməsi isə pozulmamasına gətirib çıxarır (X1rşı işi üzrə qərar, §§ 43-44). Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən, iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. 28 avqust 1964-cü il təvəllüdlü iddiaçının, yeni tənzimləmələri nəzərdə tutan qanunun qüvvəyə mindiyi dövrə, yəni xx.xx.2017-ci il tarixədək 34 il 4 ay 5 gün ümumi iş stajını toplaması və həmin dövrdən əmək fəaliyyətini fasiləsiz davam etdirməsi hazırkı işin mübahisəsiz halıdr. İddiaçı mübahisələndirilən dövr üzrə Naxçıvan şəhər trolleybus pakında əmək fəaliyyətinə xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək trolleybus kursu keçdikdən sonra xx.xx.1989-cu il tarixdən trolleybus sürücüsü işləməyə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə xx.xx.2004-cü il tarixədək (15 il 03 gün) davam etdirmiş və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçının işlədiyi trolleybus sürücüsü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş 23000000 XXVİİİ. Nəqliyyat. 23004000—11462 kod nömrəli trolleybus sürücüləri peşəsinə uyğundur. Sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münsibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir. Belə ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi, arxiv arayışının iddiaçının təqsiri olmadan təqdim edilə bilinməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. İddiaçının işlədiyi Naxçıvan şəhər Trolleybus və digər bütün trolleybus parklarının ölkədə ləğv edilməsini və hazırda onun qeyd edilən müəssisədə işlədiyi trolleybus sürücüsü peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamasını vətəndaşın təqsiri üzündən baş vermiş hadisə kimi qiymətləndirilə və onun əleyhinə şərh edilə bilməz. Həmçinin yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçısı olmaq hüququnu qazanmış şəxsləri əlverişsiz vəziyyətə salmamalı və hər şeydən əvvəl onlar əmək pensiyaçısı olmaq statuslarını itirməməlidirlər. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "28 avqust 2024-cü il tarixdə altmış yaşının tamam olduğu nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı 28 avqust 2024-cü il tarixdə altmış yaşının tamam olduğu nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov