Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-475/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, iddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızının cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 27,75 m2 olan bir otaqdan ibarət olan mağazanın dəyərinin və ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı Culfa şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 27,75 m2 olan bir otaqdan ibarət olan mağazanın dəyərinin və ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək ona ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 18 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 19 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Culfa Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Culfa şəhərində yerləşən mağazanın qanunsuz sökülməsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızının cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 27,75 m2 olan bir otaqdan ibarət olan mağazanın dəyərinin və ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək ona ödənilməsi tələbi”nə dair iş üzrə iddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızının ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızının ərizəsi təmin edilsin. İddiaçı Abdullayeva (Məmmədova) Ceyran Hüseyn qızının cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa şəhəri, Şəhriyar küçəsində yerləşən ümumi sahəsi 27,75 m2 olan bir otaqdan ibarət olan mağazanın dəyərinin və ona dəymiş maddi və mənəvi ziyanın müəyyən edilərək ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-475/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-475/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver