Məhkəmə qərarları › İş №2-1(122)-484/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-484/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-484/2023 10.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, Cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Biləv kəndində yerləşən ona məxsus ümumi sahəsi 12 kv.m. olan tikilinin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ordubad rayonu, Biləv kəndində yerləşən ona məxsus ümumi sahəsi 12 kv.m. olan tikilinin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 avqust 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tərəfindən dəftərxana vasitəsi ilə məhkəməyə daxil olmuş 25 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Biləv kəndində yerləşən ona məxsus ümumi sahəsi 12 kv.m. olan tikilinin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdığını, tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddia tələbindən imtina etdiyini və iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iddiaçının 25 iyun 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Biləv kəndində yerləşən ona məxsus ümumi sahəsi 12 kv.m. olan tikilinin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 25 iyun 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 25 iyun 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “Ordubad rayonu, Biləv kəndində yerləşən ona məxsus ümumi sahəsi 12 kv.m. olan tikilinin qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar