Məhkəmə qərarları › İş №2-1(122)-487/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-487/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-487/2023 10.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehdən onun mülkiyyətində olan Sədərək kənd mərkəzində yerləşmiş 40 m2 mağazanın qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldən çıxmış fayda qismində 40000 (qırx min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 30000 (otuz min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulun ona ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun mülkiyyətində olan Sədərək kənd mərkəzində yerləşmiş 40 m2 mağazanın qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldən çıxmış fayda qismində 40000 (qırx min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 30000 (otuz min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 avqust 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tərəfindən dəftərxana vasitəsi ilə məhkəməyə elektron qaydada daxil olmuş 02 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı 2-1(122)-487/2023 nömrəli inzibati iş üzrə iddia tələbindən imtina etmişdir. Məhkəmə iddiaçının 02 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehdən onun mülkiyyətində olan Sədərək kənd mərkəzində yerləşmiş 40 m2 mağazanın qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldən çıxmış fayda qismində 40000 (qırx min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 30000 (otuz min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulun ona ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı 02 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 02 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehdən onun mülkiyyətində olan Sədərək kənd mərkəzində yerləşmiş 40 m2 mağazanın qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldən çıxmış fayda qismində 40000 (qırx min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 30000 (otuz min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulun ona ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar