Məhkəmə qərarları › İş №2-1(122)-489/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-489/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-489/2023 09.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur rayonu, Yengicə kəndində yerləşən özəlləşmə yolu ilə Şəhriyar KC-dən mərhum X1 tərəfindən satın alınmış və 2009-cu il tarixdə cavabdeh tərəfindən sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda mağaza binasının sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 150400 (bir yüz əlli min dörd yüz) manat pulun onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu, Yengicə kəndində yerləşən özəlləşmə yolu ilə Şəhriyar KCdən mərhum ataları X1 tərəfindən satın alınmış və 2009-cu il tarixdə cavabdeh tərəfindən sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda mağaza binasının sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 150400 (bir yüz əlli min dörd yüz) manat pulun onlara ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 09 avqust 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi) cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı Şərur rayonu, Yengicə kəndində yerləşən özəlləşmə yolu ilə Şəhriyar KC-dən mərhum ataları X1 tərəfindən satın alınmış və 2009-cu il tarixdə cavabdeh tərəfindən sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda mağaza binasının sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 150400 (bir yüz əlli min dörd yüz) manat pulun onlara ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırdıqlarını, həmin iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 09 avqust 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının və iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iddiaçının və iddiaçıların nümayəndəsinin 09 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı və iddiaçıların nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur rayonu, Yengicə kəndində yerləşən özəlləşmə yolu ilə Şəhriyar KC-dən mərhum X1 tərəfindən satın alınmış və 2009-cu il tarixdə cavabdeh tərəfindən sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda mağaza binasının sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 150400 (bir yüz əlli min dörd yüz) manat pulun onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi) 09 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi) 09 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur rayonu, Yengicə kəndində yerləşən özəlləşmə yolu ilə Şəhriyar KC-dən mərhum X1 tərəfindən satın alınmış və 2009-cu il tarixdə cavabdeh tərəfindən sökülmüş mağaza binasının yenidən bərpa olunması, olmadıqda mağaza binasının sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 150400 (bir yüz əlli min dörd yüz) manat pulun onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar