Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-490/2024 22.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “universitet yolunda sökülmüş 24 m2 sahədə mağazasına başqa yerdə torpaq sahəsi, Ə.Əliyev küçəsindəki 48 m2 olan iki mərtəbəli mağazanın tikintisi üçün başqa yerdə ticarət sahəsi, Çənlibel məhəlləsində kiçik müəssisəyə ayrılmış 2500 m2 torpaq sahəsindəki 828 m2 tikililər üçün kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək universitet yolunda sökülmüş 24 m2 sahədə mağazasına başqa yerdə torpaq sahəsi, Ə.Əliyev küçəsindəki 48 m2 olan iki mərtəbəli mağazanın tikintisi üçün başqa yerdə ticarət sahəsi, Çənlibel məhəlləsində kiçik müəssisəyə ayrılmış 2500 m2 torpaq sahəsindəki 828 m2 tikililər üçün kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 yanvar 2024cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə 12 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək universitet yolunda sökülmüş 24 m2 sahədə mağazasına başqa yerdə torpaq sahəsi, Ə.Əliyev küçəsindəki 48 m2 olan iki mərtəbəli mağazanın tikintisi üçün başqa yerdə ticarət sahəsi, Çənlibel məhəlləsində kiçik müəssisəyə ayrılmış 2500 m2 torpaq sahəsindəki 828 m2 tikililər üçün kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “universitet yolunda sökülmüş 24 m2 sahədə mağazasına başqa yerdə torpaq sahəsi, Ə.Əliyev küçəsindəki 48 m2 olan iki mərtəbəli mağazanın tikintisi üçün başqa yerdə ticarət sahəsi, Çənlibel məhəlləsində kiçik müəssisəyə ayrılmış 2500 m2 torpaq sahəsindəki 828 m2 tikililər üçün kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 12 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə2 12 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “universitet yolunda sökülmüş 24 m2 sahədə mağazasına başqa yerdə torpaq sahəsi, Ə.Əliyev küçəsindəki 48 m2 olan iki mərtəbəli mağazanın tikintisi üçün başqa yerdə ticarət sahəsi, Çənlibel məhəlləsində kiçik müəssisəyə ayrılmış 2500 m2 torpaq sahəsindəki 828 m2 tikililər üçün kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-490/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-490/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver