Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-497/2025 13.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək İddiaçı verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 887 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək X10 verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 800 kv.m hissəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, atası X11 09 sentyabr 2007-ci ildə vəfat etmişdir. 2016-cı ildə Culfa rayon Milax kənd mərkəzində aparılan yenidənqurma işləri zamanı tikililər və və bar ağacları ilə birlikdə) kənd mərkəzində aparılan işlərin əhatəsinə qərarına (iclas protokoluna) əsasən həmin torpaq sahəsi yaxınında olan boş 1300 kv.m Vərəsəlik hüququ əsasında həmin əvəzləşən 1300 kv.m topaq sahəsinin 314 kv.m-i onun adına sənədləşdirilmişdir. Qalanı 800 kv.m-i isə sənədləşdirilməmişdir. Qeyd edir ki, əvəzləşdirilərək verilən 1300 kv.m torpaq sahəsi tamamilə yararsız olmuş, o və ailə üzvləri, gəlini, nəvəsi belə həmin torpaq sahəsi üzərində iki yük maşını daş-qalaq təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirmişlər. Qeyd olunanlara əsasən Culfa rayon Milax Bələdiyyəsinin qərarı əsasında mərhum atası X10 verilmiş 1300 kv.m (tam olaraq) torpaq sahəsi üzərində X8 vərəsəsi olaraq onun mülkiyyət hüqununun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 sentyabr 2024-cü il tarixli məktubunda müvafiq ərizənin icrasından imtina edildiyi və bu imtinaya əsas olaraq Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarının qanunamüvafiq tərtib olunmadığı göstərilmişdir. Qeyd edir ki, cavabdeh inzibati orqanın 27 sentyabr 2024-cü il tarixli məktubunda Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarını qanunamüvafiq hesab etməməsi barədə mülahizəsi həmin qərarla müəyyən edilmiş hüquqi nəticənin dəyişməsinə və ya ləğv edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qanunsuz qəbul edilm iş inzibati akt subordinasiya baxımından yuxarı inzibati orqan və yaxud məhkəmə tərəfindən ləğv oluna bilər. Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı hər hansı subyekt tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada mübahisələndirlməmiş və həmin qərarın ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı akt mövcud deyildir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək X10 verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 800 kv.m hissəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 04 fevral 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək X10 verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 921 kv.m hissəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair məhkəməyə ünvanlanan 05 mart 2025-ci il tarixli, 04/138 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Milax kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı atası X8 adına 0.21 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının 16 oktyabr 1997-ci il tarixli, 13 nömrəli qərarına əsasən JN-104A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 3552,2 m², JN-104B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1166,9 m², JN-104C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 153,5 m² olmaqla cəmi 4872,6 m² həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmişdir. İddiaçı iddiasına görə 2015-2016-cı illərdə Milax kəndində tikinti işləri aparılan zaman JN-104A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə atasının mülkiyyətinə verilmiş 3552,2 m² torpaq sahəsinin bir hissəsi, JN-104C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə mülkiyyətə verilmiş 153,5 m² torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən yardımçı tikililər tikinti altına düşmüşdür. Culfa Rayon İcra Hakimiyyəti başçısının Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 noyabr 2007-ci il tarixli AZ-İ N117372 nümrə ilə qeydiyyata alınan "Ölüm haqqında şəhadətnamə"də X8 2007-ci il 09 sentyabr tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli 3 nömrəli qərarına əsasən kənd mərkəzinin tikintisi ilə əlaqədar X8 mülkiyyətində olan torpaq sahəsi (800 m²) və üzərində olan tikililər, meyvə ağacları tikinti altına düşdüyündən bələdiyyə mülkiyyətindən 1300 m² torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İddiaçı Xidmətə müraciəti əsasında atasının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri yenidən dəqiqləşdirilmiş, JN-104A kadastr nömrəli torpaq sahəsinin 3186,2 m² olduğu, JN-104C kadastr nömrəli torpaq sahəsinin (153,5 m²) tikinti altına düşdüyü, bələdiyyə mülkiyyətinə aid 1300 m² torpaq sahəsindən İddiaçı və ailə üzvləri tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Ötən dövr ərzində İddiaçı Xidmətin rəisi, Xidmət rəisinin müavini və aid şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrinin tələbləri vətəndaşa izah olunmuşdur. JN-104A kadastr nömrəli torpaq sahəsinin 366 m² kəsir hissəsinin və JN-104C kadastr nömrəli torpaq sahəsinin (153,5 m²) istifadələrində olan bələdiyyə mülkiyyətinə aid ərazi ilə əvəzləşdirilə biləcəyi İddiaçı bildirilmişdir. Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli 9 nömrəli qərarı qaununamüvafiq tərtib olunmadığından 780,5 m² torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mülkiyyətə verilməli olduğu İddiaçı diqqətinə çatdırılmışdır. Culfa rayon notariat ofisində 18 aprel 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-43 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0,35 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmənin 17 aprel 2024-cü il tarixli, 2-1(122)-497/2025 nömrəli qərardadı ilə Culfa rayon Milax Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 01 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək X10 verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 818 kv.m hissəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək İddiaçı verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 887 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Üçüncü şəxs Culfa rayon Milax Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X5 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 2 sakini İddiaçı ünvanlanan 27 sentyabr 2024-cü il tarixli, 06/2-N-127/1- 1/2024 nömrəli məktubdan aydın olur ki, Milax kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin informasiya bazasında atanız X8 adına 0,21 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar islahat Komissiyasının müvafiq qərarına əsasən JN-104A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 3552,2 m2, JN-104B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1166,9 m2, JN-104C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 153,5 m2 olmaqla cəmi 4872,6 m2 həyətyanı torpaq sahəsi ailə üzvü ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Culfa Rayon icra Hakimiyyəti başçısının Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 noyabr 2007-ci il tarixli AZ-İ № 117372 ilə qeydiyyata alınan “Ölüm haqqında şəhadətnamə”də X8 2007-ci il 09 sentyabr tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarına əsasən kənd mərkəzinin tikintisi ilə əlaqədar X8 mülkiyyətində olan torpaq sahəsi (800 m2) və üzərində olan tikililər, meyvə ağacları tikinti altına düşdüyündən bələdiyyə mülkiyyətindən 1300 m2 torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Xidmətə müraciətin əsasında atanısının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri yenidən dəqiqləşdirilmiş, JN-104A kadastr nömrəli torpaq sahəsinin 3186,2 m2 olduğu, JN-104C kadastr nömrəli torpaq sahəsinin (153,5 m2) tikinti altına düşdüyü, bələdiyyə mülkiyyətinə aid 1300 m2 torpaq sahəsindən isə ailə üzvlərilə birlikdə istifadə olunduğu müəyyən edilmişdir. Ötən dövr ərzində şifahi müraciətləri Xidmətin rəisi, Xidmət rəisinin müavini, aid şöbə müdirləri tərəfindən dəfələrlə dinlənilmiş, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrinin tələbləri izah olunmuşdur. Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 9 nömrəli qərarı qanunamüvafiq tərtib olunmadığından istifadəsində olan torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq mülkiyyətə verilməli olduğu diqqətinizə çatdırılmışdır. -xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında haqqında Şəhadətnamənin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə X10 verilmiş **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında 0.3552 ha, torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi, 127.34 kv.m., yaşayış sahəsi 76.26 kv.m, yardımçı sahəsi 51.08 kv.m. olan 3 (üç) otaqlı fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən ibarət miras əmlak İddiaçı tərəfinfdən qəbul edilmişdir. - Culfa rayonu Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarından aydın olur ki, kənd mərkəzinin tikilməsi ilə əlaqədar olaraq kənd sakini X8 həyətyanı sahəsində olan tikililər və bar ağacları ilə birlikdə 800 m2 kənd mərkəzinin ərazisinə düşdüyü üçün X8 həyətinə yaxın boş sahədən 1300 m2 torpaq sahəsinin X8 varisi İddiaçı verilməsi qərara alınmışdır. - 01 noyabr 2007-ci il tarixli, AZ-İ seriyalı, 117372 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 09 sentyabr 2007-ci il tarixdə ünvan 2ində ölmüşdür. Ölüm səbəbi kimi miokard infarktı göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2007-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. - 10 feval 2020-ci il tarixdə tərtib edilmiş AZ-İV seriyalı, 163370 nömrəli təkrar doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Culfa rayon Milax kəndində doğulmuşdur. Ata adı qrafasında X11, ana adı X14 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 iyul 1962-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 120 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Milax kəndində yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 may 2025-ci il tarixli, 04/249 nömrəli məktubdan aydın olur ki, müraciətdə qeyd olunan suallar üzrə mövcud vəziyyət aşağıdakı kimidir: 1. Mülkiyyətdə olan 800 m2 torpaq sahəsi üzərində tikililər meyvə ağacları ilə birlikdə dövlət ehtiyacları üçün tikinti altına düşdüyündən Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. 1300 m2 torpaq sahəsinin 429,78 m2 hissəsi İddiaçı, 42,5 m2 hissəsi X6 mülkiyyətinə ayrılmışdır. Qalan 827,7 m2 torpaq sahəsi isə İddiaçı və ailə üzvlərinin istifadə etdiyi bələdiyyə mülkiyyətdə olan torpaq sahəsidir. 2. Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 1300 m2 torpaq sahəsinin 429,78 m2 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. 3. JN-104A kadastr nömrəli torpaq sahəsinin 366 m2 kəsir hissəsinin və 153 m2 torpaq sahələrinin əvəzləşdirilməsi publik hüquqi şəxsin səlahiyyətlərinə aid deyildir. 4. Culfa rayon notariat ofisində 18 aprel 2023cü il tarixdə qeydiyyata alınmış 2V-43 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında 3552,0 m2 torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Culfa rayon notariat ofisində 16 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmış 4Ə-5 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında 3552,0 m2 torpaq sahəsinin 600,97 m2 hissəsi X9, 1000,17 m2 hissəsi isə X7 bağışlanılmış, torpaq sahəsinin 53,05 m2 hissəsi yol üçün ümumi istifadədə saxlanılmışdır. 1468,03 m2 və 429,78 m2 torpaq sahələri İddiaçı qalmışdır. Lakin İddiaçı torpaq sahələri üzərində yaranan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 iyun 2025-ci il tarixli, 04/321 nömrəli məktubdan məlum olur ki, Culfa rayon Milax kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və publik hüquqi şəxsin informasiya bazasında X8 adına 0,21 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının 16 oktyabr 1997-ci il tarixli, 13 nömrəli qərarına əsasən JN-104A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 3552,2 m2, JN-104B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1166,9 m2, JN-104C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 153,5 m2 olmaqla cəmi 4872,6 m2 həyətyanı torpaq sahəsi ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Culfa Rayon Notariat Ofisində 18 aprel 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-43 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 3552,0 m2 torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Culfa Rayon Notariat Ofisində 16 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmış 4Ə-5 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında 3552,0 m2 torpaq sahəsinin 600,97 m2 hissəsi X9, 1000,17 m2 hissəsi isə X7 bağışlanmış, torpaq sahəsinin 53,05 m2 hissəsi yol üçün ümumi istifadədə saxlanmış, 1468,03 m2 və 429,78 m2 torpaq sahələri İddiaçı mülkiyyətində qalmışdır. Culfa Rayon İcra Hakimiyyəti başçısının Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 noyabr 2007-ci il tarixli, AZ-İ №117372 ilə qeydiyyata alınan “Ölüm haqqında” X1 2007-ci il 09 sentyabr tarixdə vəfat etdiyi qeyd olunmuşdur. X11 vəfat etdikdən sonra Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarına əsasən kənd mərkəzinin tikintisi ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsi (800 m2) və üzərində olan tikililər, meyvə ağacları tikinti altına düşdüyündən bələdiyyə mülkiyyətindən 1300 m2 torpaq sahəsi Heydər Novruzovun mülkiyyətinə verilmişdir. Culfa rayon Milax bələdiyyəsinin qərarı ilə vəfat etmiş şəxsin mülkiyyətinə torpaq sahəsinin verilməsi qanunamüvafiq hesab olunmur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri R.Məmmədov, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin baş məsləhətçisi B.Hüseynov, KYLTM MMC-nin mütəxəssisi F.Piriyev, Culfa rayon, Milax kənd sakinləri İddiaçı və İddiaçı, Milax bələdiyyəsinin sədri D.Hacıyevin iştirakları ilə tərtib edilmiş 16 iyul 2025-ci il tarixli aktdan görünür ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-497/2025 saylı inzibati işlə əlaqədar mübahisəli əraziyə yerindən baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Mübahisəli ərazinin sərhədləri müəyyənləşdirilmişdir. Mübahisəli ərazi çəpər daxilindədir. Ərazidə çoxillik meyvə ağacları və iddiaçıya məxsus 50 tonluq su anbarı mövcuddur. Baxış zamanı iştirak edən Milax bələdiyyəsinin sədri Dünyamalı Hacıyev öz ifadəsində bildirdi ki, mübahisəli ərazi İddiaçı istifadəsindədir. Mübahisəli ərazi ilə bağlı bələdiyyə ilə heç bir icarə müqaviləsi bağlanılmamış, iddia olunan ərazə ilə bağlı bələdiyyə büdcəsinə heç bir ödəniş aparılmamışdır. Akt tərtib olunarkən heç bir ərizə və şikayət daxil olmamışdır. - Culfa rayon Milax bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 sentyabr 2025-ci il tarixli, 22 nömrəli məktubdan məlum olur ki, Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı bələdiyyənin hər hansı bir qərarı yoxdur. Məhkəməyə həmçinin Culfa rayonunun Milax kəndində mübahisəli ərazinin yerquruluşu planından çıxarış təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları əsas hesab olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə həmin taixdə iddiaçıdan kənd mərkəzinin abadlaşdırılması üçün alınmış torpaq sahəsinin əvəzinə ona dəyən zərərin əvəzləşdirilməsi məqsədilə İddiaçı verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 887 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Culfa rayonu Milax bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 3 nömrəli qərarından aydın olur ki, kənd mərkəzinin tikilməsi ilə əlaqədar olaraq kənd sakini mərhum X8 həyətyanı sahəsində olan tikililər və bar ağacları ilə birlikdə 800 m2 kənd mərkəzinin ərazisinə düşdüyü üçün X8 həyətinə yaxın boş sahədən 1300 m2 torpaq sahəsinin X8 varisi İddiaçı verilməsi qərara alınmış və həmin qərar Milax bələdiyyəsinin yeddi üzvü tərəfindən imzalanmışdır. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Milax bələdiyyəsinin qərarı ilə verilən 1300 m2 torpaq sahəsindən 429 m2 hissəsi iddiaçının mülkiyyətinə verilmiş, qalan hissəsi isə 2016-cı il tarixdən və hal hazırda iddiaçının istifadəsindədir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən inzibati akt (bələdiyyə qərarı) ləğv olunmamış hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmiş eyni zamanda məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. İnzibati aktın dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən həmin inzibati akt iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni qanuni istifadəçi kimi ona verilmiş 887 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Daşınmaz əmlakın vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli ərazinin iddiaçıya məxsus çəpər daxilində olduğu, ərazidə çoxillik meyvə ağacları və iddiaçıya məxsus 50 tonluq su anbarı mövcud olduğu bir daha həmin ərazinin uzun müddətdir ki, iddiaçı tərəfindən mübahisəsiz vəziyyətdə istifadə etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək İddiaçı verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 887 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Milax Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə əvəzləşdirilərək İddiaçı verilmiş 1300 kv.m torpaq sahəsinin sənədləşdirilməmiş 887 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-497/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-497/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver