Məhkəmə qərarları › İş №2-1(122)-499/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-499/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-499/2025 14.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X33 Heydər oğlunun sədrliyi, X34 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26rşı "X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu şəxs-İddiaçı X2ndan fərdi yaşayış evi miras olaraq qalmış və həmin fərdi yaşayış evinə dair 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasport verilmişdir. Lakin qeyd edilən texniki pasport verilərkən iddiaçının atasının adı texniki pasportda “X7” kimi qeyd edilmişdir. Yəni ata adı ilə soyadı yanlış qeyd edilmiş, ata adı yerinə soyad, soyad yerinə isə ata adı kimi qeyd edilmişdir. Nümayəndəsi olduğu şəxs uzun müddətdir ki, qeyd edilən ünvanda yaşayır və hal-hazırda da həmin ünvanda yaşamaqda davam edir. O birinci növbəli vərəsə kimi atasından qalan miras əmlakı faktiki olaraq, yəni yaşamaqla, həmin miras əmlaka sahiblik etməklə qəbul etmişdir. İndi isə qeyd edilən miras əmlakın hüquqi taleyini həll etmək üçün müvafiq addımlar atır və sənədlər toplayır. Lakin daşınmaz əmlakın texniki pasportunda aparılmış bu yanlışlıq sənədləşmədə ciddi şəkildə maneələr yaradır. Bu səhv isə iddiaçının ucbatından deyil, məhz müvafiq sənədi təsdiq edərək verən qurumun ucbatından baş vermişdir. Qeyd edilən məsələ ilə bağlı yazılı surətdə müvafiq quruma müraciət etsələr də, qurumdan rəsmi qaydada imtina cavabı verilmiş, əsasverici sənədlər təqdim edilmədiyi qeyd edilmişdir. Halbuki lazımi sənədlər də müvafiq quruma təqdim edilmişdir. İddiaçının vəkili və nümayəndəsi qeyd edilənləri nəzərə alaraq, məhkəmədən "X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsini və texniki pasport əsasında çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasın öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə 03 dekabr 2024-cü il tarixli ərizə göndərərək “X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın- "X7” düzəldilərək “X8” kimi qeyd edilməsini və texniki pasport əsasında çıxarışın verilərək hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasın öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırdıqlarını, iddia tələbini dəqiqləşdirərək, tələbə "X5 verilmiş 1992-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını məhkəmədən xahiş etmişdir. 27 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbində qeyd olunan texniki yalnışlığın düzəldilərək, tələbin “X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 məhkəməyə ünvanlanan 06 yanvar 2025-ci il tarixli, 04/15 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1962-ci il avqust ayında X4 adına inventarlaşdırılmış və onun adına 629 inventar nömrəli texniki pasport verilmişdir. Həmçinin xidmətin informasiya bazasında texniki pasportun verilməsinə əsas olmuş sənəd olmadığından, eyni zamanda iddiaçı tərəfindən düzəlişin aparılmasına dair hər hansı əsasverici sənəd təqdim edilmədiyi üçün düzəlişin aparılması mümkün deyildir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 mart 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 ünvan 2 ünvanında yaşayan İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanladığı 14 oktyabr 2024-cü il tarixli, 05/Ə-A-44/1-1/2024 nömrəli məktubdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1962-ci il avqust ayında X4 adına inventarlaşdırılmış və onun adına 629 inventar nömrəli texniki pasport verilmişdir. Xidmətin informasiya bazasında texniki pasportun verilməsinə əsas olmuş sənəd olmadığından, eyni zamanda düzəlişin aparılmasına dair hər hansı əsasverici sənəd təqdim edilmədiyindən düzəlişin aparılması qanunvericiliyə uyğun deyildir. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportun surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına inventarlaşdırılmışdır. - Ordubad Rayon İcra Hakimiyyəti Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 1120 nömrəli arayışdan məlum olur ki, X1 şəhəri, Mingis küçəsi, ev 41 ünvanında yaşamış və 16 iyul 1978-ci il tarixdə ölmüşdür. Mərhumun vərəsələri X13 (arvadı), X22 (oğlu), X19 (qızı), X14 (qızı), X15 (qızı), X20 (oğlu), X9 (oğlu), X11 (qızı), İddiaçıdur (oğlu). - 13 sentyabr 2024-cü il tarixli doğum akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı 07 avqust 1958-ci il tarixdə, Ordubad şəhərində anadan olmuşdur və bu barədə doğum kitabında 29 avqust 1958-ci il tarixdə, 216-cı sıhifədə qeydiyyat aparılmışdır. X2, anası X12r. - 06 sentyabr 2024-cü il tarixli ölüm akt qeydindən çıxarışdan məlum olur ki, X8 16 iyul 1978-ci il tarixdə Ordubad rayonunda ölmüşdür. Bu barədə ölüm kitabının 18 iyul 1978-ci il tarixli, 34 nömrəli səhifədə qeydiyyat aparılmışdır. - Asan-Naxçıvan tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı 03 oktyabr 2003-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07 avqust 1958-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 13.9-ci maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: - 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; - 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydalarının: 8.1-ci bəndinə əsasən ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş verilməlidir. 8.2-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportun ad qrafasında “X7” yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi hüquqların dövlət qeydiyyatının aparılmasında dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportun ad qrafasında dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqumentlər 1) texniki pasportun verilməsinə əsas olmuş sənədlərin olmaması; 2) iddiaçı tərəfindən düzəlişin aparılmasına dair hər hansı əsasverici sənədin təqdim edilməməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, “İnzibati icraat” haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən cavab məktubunda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə, yəni dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin dövlət reyestrində düzəliş edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. İddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə məhz qeyd olunan texniki pasportda səhv yazılmış adın düzəldilməsidir. Başqa sözlə, atasının adının hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı sənədə uyğun qeyd olunmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də hazırkı mübahisəyə münasibətdə qeyd edilənlər və eləcə də, qanuni gözlənti və hüquqi müəyyənlik prinsiplərinin konsepsiyalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26rşı "X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X5 verilmiş 1962-ci il tarixli, 629 inventar nömrəli texniki pasportda aparılmış texniki yalnışlığın - "X7” düzəldilərək “X8” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar