Məhkəmə qərarları › İş №2-1(122)-5/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-5/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-5/2025 18.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyriyaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər XDM İcrayyə Komitəsinin 62 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı ilə şəhərin Azadlıq (indiki ünvanı Heydər Əliyev prospekti) prospektində Mərkəzi Univermağın yanında qoyulmuş və sonra şəhər İcra hakimiyyətinin İH/157 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamı ilə əlavə 6.0 kv.m genişləndirilməsinə icazə verilmiş mağaza cəmi 10.0 kv.m arxa tərəfə aparılmış artırma işləri ilə birlikdə faktiki, 4,5 + 7,5 metr ölçüdə tikintisi qanuni hesab olnması barədə sərəncam verilmişdir. Həmin tikililər onun tərəfindən aparılmaqla mağazanı tam təmir edərək 1994-cü il tarixindən işlətməyə başlamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 340 saylı sərəncamı əsasında lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportunu 2000-ci il tarixində İNV nömrəsi 197, reyestr nömrəsi 07/763 nömrə olaraq qeydə alınmışdır. xx.xx.2012-ci il tarixində Naxçıvan şəhəri, H. Əliyev prospektində istifadəsində olan 0.004 ha torpaq sahəsində yerləşən 28A nömrəli binada 1 giriş, 30,00 kv.m əsas- kv.m köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində, reyester nömrəsi:**********11-06301 və qeydiyyat nömrəsi: ********* nömrə ilə qeydiyyata alınmışdır. Naxçıvan şəhəri, H.Əliyev prospektində 0.004 ha torpaq sahəsində yerləşən 28A nömrəli binada 1 giriş. 30,00 kv.m əsas- kv.m köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyriyaşavış binası (mağaza) tam mülkiyyət hüququ ilə ona məxsusdur. 2014-cü ilin avqust ayının təxminən sonlarında Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi polis əməkdaşları ilə birlikdə gələrək onun mülkiyyətində olan mağazanın söküləcəyini bildirmişlər. O, etiraz etsə də, Naxçıvan MR Ali Məclisinə getsə də onun şikayətinə baxmamışlar. Naxçıvan Şəhər İcra Hakimiyyəti qanunsuz olaraq, zor tətbiq etməklə mülkiyyətində olan mağazanı heç bir kompensasiya vermədən sökmüdür. 09 yanvar 2023cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə yazaraq ona dəymiş zərərin qarşılanmağını xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 18 yanvar 2023-cü il tarixində məktubuna cavab olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olmadığını inzibati məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı qeyd olunanlara əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.004 ha torpaq sahəsində yerləşən 28A nömrəli 1 giriş, 30,00 kv.m əsas ---kv.m köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) sökülməsi ilə bağlı (dəyən zərərə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 22 mart 2023-cü il tarixli, 5-5/2-221/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, məhkəmənin 27 yanvar 2023-cü il tarixli, 2-1(122)-167/2023 nömrəli Sərəncamının icrası məqsədilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadəsində olan 0.004 ha torpaq sahəsində yerləşən 28A nömrəli binada 1 giriş, 30.00 kv.m əsas — kv.m. köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) sökülməsi ilə bağlı (dəyən zərərə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə araşdırma aparılmışdır. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 27 yanvar 2023-cü il tarixdə göndərilmiş sorğuya Komitənin 17 fevral 2023-cü il tarixli 4/57 №-li məktubuna əsasən Naxçıvan şəhəri ərazisində qeyd olunan dövrlərdə təmir və abadlıq işləri ilə bağlı hər hansı zəruri sənədin və ya məlumatın mövcud olmadığına dair cavab göndərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verilən sorğuya cavab olaraq 14 fevral 2023-cü il tarixli 02/63-№-li məktubunda İddiaçı məxsus mağazanın 2014-cü il ildə sökülməsinə, ona kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı bir məlumatın mövcud olmadığı bildirilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə verilmiş sorğuya cavab olaraq Xidmət tərəfindən 15 fevral 2023-cü ıl tarixli 05/111 №-li məktubla İddiaçı adına 13 yanvar 2012-ci il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən mart 2000-ci il tarixdə tərtib olunmuş 197 inventar nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət ictimai iaşə obyektinin texniki pasportu və qeydiyyat vəsiqəsi əsasında Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında yerləşən ümum: sahəsi 30m2 olan qeyri-yaşayış binasının (mağaza) qeydiyyata alındığı, lakin həmin qeyriyaşayış binasının sökülməsinə və yaxud əvəzinin ödənilməsi barədə məlumatın mövcud olmadığı göstərilmişdir. Araşdırma zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiada göstərilən və əlavə edilən sənədlər araşdırılarkən İddiaçı mülkiyyətində olduğunu qeyd etdiyi Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında yerləşən ümumi sahəsi 30m2 olan qeyri-yaşayış binasının (mağaza) iddiaçının adına dövlət qeydiyyatına alınmasına dair texniki pasportu ərizəyə əlavə etmiş lakin sözügedən mağazanın Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə əlaqədar hər hansı bir dəlil və sübutlar təqdim etməmişdir. Belə ki, hər hansı xüsusi mülkiyyətdə olan tikilinin söküntü işlərinin aparılması, hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsinə verməsi Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrinə və səlahiyyətlərinə aid deyil. İddiaçı iddiası ilə bağlı araşdırmanın nəticəsində əldə edilən məlumatlara və iddiaçının təqdim etdiyi sənədlərə baxıldıqda belə nəticəyə gəlinir ki, iddiaçıya məxsus mağazanın Naxçıvan Şəhər icra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı heç bir sübut və dəlilin mövcud olmadığı səbəbindən iddia əsassızdır. Cavabdeh yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadəsində olan 0.004 ha torpaq sahəsində yerləşən 28A nömrəli binada 1 giriş, 30.00 kv.m əsas - kv.m. köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza sökülməsi ilə bağlı (dəyən zərərə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi" ilə bağlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 09 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 08 aprel 2024-cü il tarixli ərizə təqdim edərək iddia tələbinə “İddiaçı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyri-yaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadı ilə İddiaçı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddaçı Əliyev X2 Muxtar Respublikası İnzibati Məhkəməsinə 05 iyul 2024-ci il tarixdə 1-Ə-92-1/2024 nömrə ilə elektron qaydada daxil olmuş etiraz ünvanlayaraq, hakimin hazırki iş üzrə icraatdan kənarlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 avqust 2024-cü il tarixli, 2-1(122)-10/2024 qərardadı ilə İddiaçı etirazı təmin edilməmişdir. Məhkəmənin 22 may və 01 oktyabr 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli.ş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi tanınmış Naxçıvan şəhərində Heydər Əliyev prospekti 28A ünvanında yerləşən (hazırki "xxxx" MMC-yə məxsus binanın yerləşdiyi H.Əliyev prospekti 30) 0.004 ha torpaq sahəsi və onun üzərində olan 30 kv.m qeyri-yaşayış sahəsinin müvafiq olaraq 2014-cü il üzrə və hazırki bazar qiymətləri barədə mütəxəssis rəyinin alınması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Məhkəmənin 25 noyabr 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı söküldüyünü iddia etdiyi 30 m2 mağaza binasının əvəzində kompensasiya məqsədilə təklif olunan Naxçıvan şəhəri, Xətai məhəlləsində 1) x-536840.86; y-4341790.12, 2) x-536953.53; y-4341537.52, 3) x- 537421.78; y-4341767.88, 4) x-537229.12; y-4342188.17 koordinatlarında yerləşən torpaq sahəsinin hazırki bazar qiyməti barədə mütəxəssis rəyinin alınması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 fevral 2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan şəhəri, M.S.Ordubadi küçəsi, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlanmış 18 yanvar 2023-cü il tarixli, 27/Ə-12 nömrəli məktubla bildirilmişdir ki, müraciətdə qeyd olunan Heydər Əliyev prospekti 28A ünvanının icra hakimiyyəti tərəfindən söküntüsünə və tikinti aparılmasına dair qərar və ya göstəriş aşkar olunmamışdır. Mağazanın əvəzinə ona dəyən ziyanla bağlı müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -2000-ci il tarixli texniki pasportun surətindən məlum olur ki, lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyekti Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 340 saylı sərəncamı əsasında İNV nömrəsi 197, reyestr nömrəsi 07/763 nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 noyabr 2023-cü il tarixli, 04/952 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında 0,0040 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış binası mart 2000-ci il tarixli, 197 inventar, 07/763 reyestr nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu və 30 mart 2000-ci il tarixli, 763 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında 13 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində bəhs olunan ünvanda çoxmərtəbəli yaşayış binası qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 dekabr 2023-cü il tarixli, **********613800 nömrəli məktubdan məlum olur ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə Naxçıvan şəhər Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 dekabr 2023-cü il tarixli, 02/707 nömrəli məktubla Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 62 nömrəli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli İH/157 nömrəli, xx.xx.1999-cu il tarixli 340 nömrəli sərəncamlarının və əlavələrinin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 yanvar 2024-cü il tarixli, 04/61 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 13 yanvar 2012-ci il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən mart 2000-ci il tarixdə tərtib olunmuş 197 inventar nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu və qeydiyyat vəsiqəsi əsasında Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında yerləşən, ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış binası (mağaza) qeydiyyata alınmışdır. Hazırda həmin ərazidə mövcud olan çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu barədə müvafiq sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2024-cü il tarixli, 02/540 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2014-2015-ci ilə aid sənədlərində Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında yerləşən (hazırki, "xxxx" MMC-ə məxsus binanın yerləşdiyi H.Əliyev prospekti 30) və həmin ünvandan 100-500 m məsafədə yerləşən torpaq sahələrinə və qeyri-yaşayış binalarına dair alqı-satqı müqaviləsinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2024-cü il tarixli, 02/541 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2013-2015-ci ilə aid sənədlərində Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi, İddiaçı sığorta ödənişi ödənilməsi barədə hər hansı bir məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 22 may 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi 02 iyul 2024-cü il tarixli, 04/573 nömrəli məktubdan məlum olur ki, İddiaçı iddia etdiyi əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 30.0 m2 olan qeyri-yaşayış binasının bazar qiymətinin müəyyən edilməsi üçün Xidmətin məlumat bazasında müvafiq ərazidə analoji qeyri-yaşayış binalarının bazar qiymətlərinə dair məlumatlar araşdırılmışdır. Notariat ofislərində bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilmiş qiymətlərə əsasən həmin dövrdə ərazidə qeyri-yaşayış sahəsinin 1 m2-nin bazar qiymətinin orta hesabla 1373,0 manat olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia etdiyi ümumi sahəsi 30.0 m2 olan qeyriyaşayış binasının orta bazar qiyməti 39000,0 (otuz doqquz min) manat təşkil edir. - Azərbaycan Respublikası “X1” tərəfindən İddiaçı göndərilmiş 02 iyul 2024-cü il tarixli, 101 nömrəli qiymətləndirmə rəyindən məlum olur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 363.285 (üç yüz altmış üç min iki yüz səksən beş manat) müəyyən edilmişdir. - Azərbaycan Respublikası “X1” tərəfindən İddiaçı göndərilmiş 27 sentyabr 2024-cü il tarixli, 138 nömrəli mütəxəssis rəyindən məlum olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2014-cü ildə qanunsuz olaraq sökülməsi nəticəsində fiziki şəxs, mikrosahibkar İddiaçı (VÖEN: **********) dəymiş ziyanın məbləği (2014-2023-cü illər üzrə) 361500 (üç yüz altmış bir min beş yüz) manat məbləğində təşkil edir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 01 oktyabr 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi 23 oktyabr 2024-cü il tarixli, 04/1071 nömrəli məktubdan məlum olur ki, İddiaçı iddia etdiyi, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 0,004 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Notariat ofislərində bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən hazırda həmin ərazidə qeyri-yaşayış sahələrinin 1 m2-nin bazar qiymətləri 1500-3000 manat arasında dəyişilir. Qeyd edilənlərə əsasən İddiaçı iddia etdiyi, ümumi sahəsi 30,0 m2 olmuş qeyri-yaşayış binasının hazırkı bazar qiyməti 45000,0 (qırx beş min) - 90000,0 (doxsan min) manat aralığında müəyyənləşdirilə bilər. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 18 fevral 2025-ci tarixdə məhkəməyə ünvanlanan məktubdan görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında sahəsi 30 m2 olmuş mağazanın Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmədiyinə, iddiasına dair heç bir dəlil və sübut etmədiyinə baxmayaraq, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ona dəymiş zərərin əvəzində Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən 1000 m2 torpaq sahələri təklif edilmişdir. Lakin iddiaçı torpaq sahələrini qəbul etməmişdir. İddiaçı tərəfindən imtina edilən torpaq sahələri mülkiyyət hüquqları pozulmuş digər vətəndaşlara verilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 25 noyabr 2024-cü il tarixli, 2-1(122)-10/2024 nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi 09 dekabr 2024-cü il tarixli, 04/327 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 37-də yerləşən, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı təklif olunan 1000 m2 torpaq sahəsinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticəsinə əsasən bəhs olunan 1000 m2 torpaq sahəsinin hazırkı bazar qiyməti 79700 (yetmiş doqquz min yeddi yüz) manat təşkil edir. Qərardadda qeyd olunan torpaq sahəsinin qiymətləndirilməsinə görə 80 (səksən) manat xidmət haqqının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesablaşma hesabına ödənilməsi təmin edilməlidir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ ilə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyri-yaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Naxçıvan şəhəri, H.Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının əvvəllər iddiaçının mülkiyyətində olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Lakin iddiaçı sözgedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Digər yandan iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mağaza binasının 2014-cü ildə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə utulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal iddiaçıya məxsus olmuş mağaza binasının cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan səlahiyyətləri çərçivəsində mağaza binasının əvvəllər yerləşdiyi ərazidə ictimai məqsədlər (şəhərsalma məqsədləri) üçün abadlaşdırma işlərinin aparılması və şəhərsalma məqsədlərinə xidmət edən digər fəaliyyətin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olmuş mağaza binasının sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Naxçıvan Şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilə bilməz. İddiaçı Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan, "APF inşaat” MMC-yə məxsus, kommersiya məqsədləri üçün tikilən binadan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsini tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, digər şəxsin mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerində hündürmərtəbəli bina inşa edən investor şirkət tərəfindən əmlakın əvəzinin ödənilməli olması tələbinin irəli sürülməsi qanuni məqsədə yönəlməməklə, obyektiv və ağlabatan deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddianın 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, əldən çıxmış fayda və tələbin mənəvi ziyanla bağlı hissəsi ilkin tələblərdən asılı tələblərdir. Bu baxımdan, tələbin mağaza binasının cavabdeh tərəfindən sökülməsinə dair hissəsi təsdiq edilmədiyindən həmin tələbdən asılı olan və ondan irəli gələn əldən çıxmış fayda və mənəvi zərərin cavabdehdən tutulması barədə (törəmə) tələblər də təmin edilə bilməz və həmin tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyri-yaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş torpaq sahəsinin qiymətləndirilməsinə görə 80 (səksən) manat tədqiqatının dəyəri İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesabına (VÖEN **********, Kapital Bank ASC Naxçıvan filialı, KOD 200015 VÖEN ********** Müxbir hesab AZ37NABZ******************** S.W.İ.F.T BİK: AİİBAZ2XXXX. Hesab № AZ12AİİB30H**********500) köçürülməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyriyaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi"nə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş torpaq sahəsinin qiymətləndirilməsinə görə 80 (səksən) manat tədqiqatının dəyəri İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesabına (VÖEN **********, Kapital Bank ASC Naxçıvan filialı, KOD 200015 VÖEN ********** Müxbir hesab AZ37NABZ******************** S.W.İ.F.T BİK: AİİBAZ2XXXX. Hesab № AZ12AİİB30H**********500) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar