Məhkəmə qərarları › İş №2-1(122)-503/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-503/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-503/2024 12.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülən əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakın dəyərinin cavabdehdən onun xeyrinə tutulması, vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülən əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakın dəyərinin cavabdehdən onun xeyrinə tutulması, vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 12 fevral 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 11 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülən əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakın dəyərinin cavabdehdən onun xeyrinə tutulması, vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülən əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakın dəyərinin cavabdehdən onun xeyrinə tutulması, vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı 11 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 11 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülən əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakın dəyərinin cavabdehdən onun xeyrinə tutulması, vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar