Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-511/2023 27.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı "Ordubad rayon VVAQ şöbəsi tərəfindən İddiaçı adına xx xxxxx 1968-ci il tarixdə doğum haqqında akt qeydinə düzəliş edilməklə, Babayeva soyadının, Məmmədova kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə məhkəməyə iddia ərizəsi təqdim edərək Ordubad rayon VVAQ şöbəsi tərəfindən İddiaçı adına xx xxxxx 1968-ci il tarixdə doğum haqqında akt qeydinə düzəliş edilməklə, Babayeva soyadının, Məmmədova kimi qeyd edilməsi barədə öhdəliyin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1968-ci il tarixdə Ordubad rayon Tivi kəndində anadan olmuş, bu barədə 12 oktyabr 1970-ci il tarixində Ordubad rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. 27 aprel 1994cü il tarixində 15 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə təkrar verilmişdir. İddiaçı doğum haqqında şəhadətnaməni tərcümə etdirən zaman məlum olmuşdur ki, İddiaçı doğum haqqında şəhadətnaməsində soyadı Babayeva olaraq qeyd olunub. Bundan sonra doğum akt qeydində düzəlişlərin aparılması üçün Ordubad Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ordubad Rayon Qeydiyyat Şöbəsi 12 aprel 2023cü il tarixli, 106 məktubunda deyilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəlara”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Kifayət qədər əsaslar olmadığına görə akt qeydində soyad qrafasında “Babayeva”dan “Məmmədova”ya dəyişiklik edilməsi sözügedən qərara ziddir. İddiaçıya aid olan bütün sənədlərdə soyadı Məmmədova olaraq qeyd olunmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Ordubad rayon VVAQ şöbəsi tərəfindən İddiaçı adına xx xxxxx 1968-ci il tarixdə doğum haqqında akt qeydinə düzəliş edilməklə, Babayeva soyadının, Məmmədova kimi qeyd edilməsi barədə öhdəliyin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 08 may 2023-cü il tarixli, 134 nömrəli məktubla iddiaya dair yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, Ordubad rayon Qeydiyyat Şöbəsinin xx.xx.1970-ci il tarixli, 15 №-li doğum haqqında bərpa akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Babayeva” qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş kifayət qədər əsaslar olduqda (bu halda doğum haqqında akt qeydinin əsasında) edilir. Babayeva (Məmmədova) Rəfiqə Mərdan qızının doğum haqqında akt qeydində soyadı “Babayeva” olaraq yazıldığı üçün Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 15 №-li doğum bərpa akt qeydində soyadının “Babayeva”-dan “Məmmədova”-ya düzəliş edilməsi yuxarıda adıçəkilən qərara ziddir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 iyul 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 08 may 2023-cü il tarixli, 135 nömrəli məktub göndərərək məhkəmə iclaslarında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan işə baxılıb yekun qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 12 aprel 2023-cü il tarixli, 106 nömrəli məktubdan məlum olur ki, Ordubad rayon Qeydiyyat Şöbəsində tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 15 nömrəli doğum bərpa haqqında akt qeydində soyadı "Babayeva” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Qeyd olunur ki, kifayət qədər əsaslar olmadığına görə akt qeydində soyad qrafasında "Babayeva”-dan “Məmmədova”-ya dəyişiklik edilməsi sözügedən qərara ziddir. Bunun üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - 27 iyun 1983-cü il tarixdə verilmiş, AЭ seriyalı, 602852 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı Naxçıvan şəhər H.Cavid adına 5 №-li orta məktəbdə oxumuş və 1983-cü il tarixdə səkkizillik sinifi bitirmişdir. - 04 iyul 1985-ci il tarixdə verilmiş attestatın surətindən aydın olur ki, 1968-ci ildə, Ordubad rayon Tivi kəndində doğulmuş İddiaçı H.Cavid adına 5 №-li orta məktəbin tam kursunu bitirmişdir. - Б № 480469 nömrəli diplomun surətindən aydın olur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Babək rayon 188 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 20 mart 1992-ci il tarixdə orta təhsil bazasında maşınla sağım operatoru peşəsi üzrə tam kursu bitirmişdir. - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, ******* nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X5 xx xxxxx 1968-ci il tarixdə Ordubad rayonu, Tivi kəndində doğulmuşdur. Bu barədə doğum kitabında 12 oktyabr 1970-ci tarixdə 15 nömrə ilə qeydiyyat aparılmışdır. Ata adı qrafasında X3, ana adı qrafasında X7, valideynlərinin milliyəti azərbaycanlı qeyd olunmuşdur. - Ordubad Rayon Vətəndaşlıq X2 Şöbəsi tərəfindən verilmiş XVİİ-ЖГ seriyalı, 409246 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx xxxxx 1968-ci il tarixdə Ordubad rayonu, Tivi kəndində doğulmuşdur. Ata adı X3, ana adı qrafasında X7 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 1970-ci tarixdə 15 nömrə ilə qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1968-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 may 2023-cü il tarixli, 3-13-43/2-3865/2023 nömrəli məktubdan məlum olur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı X1 (VMAS) tərkibinə daxil edilən “Məhkum olunanlar” məlumat bazası üzrə yoxlanılmış və yoxlama zamanı onun barəsində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, 12 oktyabr 1970-ci tarixli, 15 nömrəli doğum haqqında akt qeydində İddiaçı soyad qrafasında yanlışlıqla “Məmmədova” əvəzinə “Babayeva” yazılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 12 oktyabr 1970-ci tarixli, 15 nömrə nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq X2nda iddiaçının soyadının dəyişməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərara zidd olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı soyada dəyişiklikliyin edilməsidir. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı "Ordubad rayon VVAQ şöbəsi tərəfindən İddiaçı adına xx xxxxx 1968-ci il tarixdə doğum haqqında akt qeydinə düzəliş edilməklə, Babayeva soyadının, Məmmədova kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Ordubad rayon VVAQ şöbəsi tərəfindən İddiaçı adına xx xxxxx 1968-ci il tarixdə doğum haqqında akt qeydinə düzəliş edilməklə, Babayeva soyadının, Məmmədova kimi qeyd edilməsi barədə öhdəliyi cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-511/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-511/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver