Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-52/2020 28.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 şəhid statusu alması üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 1993-cü ildə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində Murovdağ ətrafında gedən döyüşlərdə həlak olmuş və Gəncə şəhərində 40 (qırx) naməlum əsgərin dəfn olunduğu Şəhidlər Xiyabanında torpağa tapşırılmış, sonradan babası Pirqulu Əliquliyevin xahişi ilə Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. İddiaçı qeyd edir ki, atasının şəhid olması barədə arayışın verilməsi müraciətinə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən əsassız cavab verilmiş, bunlar azmış kimi Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 1(087)-68/2019 saylı sərəncamına xx xxxx 2019-cu il tarixli, 729 nömrəli arayışla digər inzibati orqanın cavabdeh qismində tanınması tövsiyyə edilmiş, yəni bu məsələnin ədalətli həllində maraqlı olmamışdır. Halbuki, məhz bu inzibati orqanın verdiyi sənədlər əsasında onun Şərur Rayon 2 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində həm vərəsəlik, həm də atasının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olması faktı öz təsdiqini tapmış, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına uyğun olaraq digər şəhid ailələri kimi ona da kompensasiya ödənilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəf bu halları nəzərə almamış, yəni işin məhkəmədə mübahisələndirilməsi zərurəti yaranmışdır. İddiaçı yuxarıdakılara əsasən məhkəmədən X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı ünvanına məhkəmə bildirişi, SMS bildiriş göndərilərək və istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vurularaq ona məhkəmə iclasının xx xxxxxx 2020-ci il tarixdə, saat 1500-da keçiriləcəyi barədə məlumat verilmiş, bu barədə rəsmi telefonoqram tərtib edilərək işə əlavə olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx xxxxxx 2020-ci il tarixli, 1099 nömrəli məktub göndərərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 27 fevral 2020-ci il tarixli, 254 saylı məktubdan məlum olur ki, xx xxxxxx 2020-ci il tarixli X3 şəhidliyinə aid arayışın verilməsi barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N-cü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. X3 N nömrəli hərbi hissədə xidmət keçməsi və həlak olması barədə dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və Gəncə Şəhər 3 nömrəli Xəstənasına sorğular edilməsinə baxmayaraq, heç bir təsdiqedici cavab alınmamışdır. Təkrar araşdırmalar zamanı N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N-cü il tarixədək olan əmrlərində heç bir məlumat aşkar edilmədiyindən X5 “Şəhid” statusunun verilməsi mümkün olmamışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx N-cü ildə doğulmuşdur. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, AZ-İ 598378 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətində X3 N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində vəfat etdiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Əhalinin Müdafiəsi Mərkəzi tərəfindən X8 verilmiş 10531 nömrəli vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx xxxxxxxx 1993cü il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, AZ-İ 785653 nömrəli Naxçıvan Muxtar Respublikası Şərur Rayon Cəlilkənd X15 üzrə Nümayəndəliyinin xx xxxxxx N-cü il tarixli kitabının 2-ci səhifəsində olan nikah haqqında çıxarışdan məlum olur ki, X2 Gülbəniz Aydın qızı ilə evlənmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin Təsərrüfat Birliyi 76 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 302 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 76 saylı MKİS-in ərazisində 2 saylı dəmir-beton zavodunun məişət evində məskunlaşmışdır. - xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, N-cü il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitdən ibarətdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, 1410 nömrəli məktubdan məlum olur ki, X1 N-cü ildə N nömrəli hərbi hissədə müalicədə olması ilə əlaqədar arxiv sənədlərində hər hansı bir qeyd aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2018-ci il tarixli, 13/1868 nömrəli məktubdan görünür ki, N saylı hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmədiyindən X4 hansı şəraitdə ölməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda hər hansı məlumat yoxdur və həmin məsələnin aydınlaşdırılması adıçəkilən prokurorluğun səlahiyyətinə aid deyil. xx xxxxxxx 2018-ci il tarixli, 598378 nömrəli ölüm haqqında şəhadətnamənin surətində X3 ölümünün səbəbi “Güllə yaralanması, kəllə nahiyəsindən”, öldüyü yer “Murovdağ” göstərilmişdir. X6 N saylı hərbi hissənin tərkibində xidmət etdiyi təqdirdə onun hansı şəraitdə kəllə nahiyəsindən güllə xəsarəti alması və hərbi xidmət vaxtı həlak olması ilə bağlı məlumatların əldə edilməsi üçün həmin hərbi hissəyə, yaxud Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə, həmin faktla bağlı cinayət işi və ya araşdırma materialının olub-olmamasını müəyyənləşdirmək üçün isə hadisənin baş verdiyi yer üzrə hərbi prokurorluğa müraciət edilməli olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx xxxxx 2019-cu il tarixli, 1/R-4256 nömrəli məktubdan məlum olur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N-cü il tarixli, 10 nömrəli qərarının 1.2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - Şərur Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(110)-655/2019 nömrəli qərardadından görünür ki, İddiaçı “hüquqi faktın müəyyən olunması” tələbi ilə məhkəmədə iddia qaldırmış, məhkəmənin 2(110)-655/2019 nömrəli qərardadı ilə “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxx 2020-ci il tarixli, 460 nömrəli etiraz məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin əvvəllər apardığı araşdırmalardan məlum olmuşdur ki, X7 N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında qeydiyyatdan keçməmişdir və onun ölümü haqqında N nömrəli hərbi hissədə heç bir məlumat yoxdur. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular edilməsinə baxmayaraq, heç bir müsbət cavab alınmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N-cü il tarixədək olan əmrlərində təkrar araşdırmalar zamanı heç bir məlumat aşkar edilmədiyindən X3 N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı barədə təsdiqedici sənəd olmadığı üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Şəhid” statusunun verilməsi mümkün deyildir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli, 02 nömrəli ölüm haqqında akt qeydində hərbi xidmətdə olan X3 N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində vəfat etdiyi və ölüm faktını təsdiq edən sənəd qismində Şərur Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2002-ci il tarixli ölüm arayışı göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx xxxx 2020-ci il tarixli, 507 nömrəli məktubdan məlum olur ki, mərhum X7 xx xxx 1991-ci il tarixdə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. X1 həlak olması barədə xidmət etdiyi hərbi hissədən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsindən arayış və ya bildiriş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə daxil olmamışdır və tərxis olunması barədə heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02/228 nömrəli məktubdan görünür ki, X3 ailə üzvlərindən heç kəs şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilən şəxs kimi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda deyil. Həmin şəxsin istər dövriyyədə, istərsə də dövriyyədən çıxarılan hər hansı bir sənədi Mərkəzdə mövcud deyil. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanan xx xxxx 2020-ci il tarixli, 1503 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissədə arxiv sənədləri yalnız 2003-cü il tarixdən hal-hazırki dövrə qədər saxlanılmış, 2003-cü ilə qədər olan arxiv sənədləri isə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Odur ki, Şərur rayonu Mahmudkənd kənd sakini, X1 N-cü ildə N nömrəli hərbi hissədə xidmət etməsi barədə onlarda olan arxiv sənədlərində heç bir məlumat olmadığından hər hansı bir arayış və ya əmrdən çıxarış verə bilmirlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, 9/2-9974 nömrəli məktubundan aydın olur ki, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il, yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1993-N-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X7 barəsində məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin 1993-Ncü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş qəzet səhifələrində X3 N-cü ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandığı, həmin vaxt həlak olduğu və N-cü il iyul ayının 15-də Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunduğu göstərilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qaydaların 4.1-ci yarımbəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikasının N-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə - müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materiallarından aydın olur ki, cavabdeh orqan tərəfindən bu məsələ ilə bağlı dəfələrlə araşdırma aparılmışdır. Lakin X1 N saylı hərbi hissənin tərkibində xidmət etməyi, döyüşdə iştirakı və hansı şəraitdə kəllə nahiyəsindən güllə xəsarəti alması, xidməti vəzifələrin icrası zamanı həlak olması barədə hərbi hissədə, o cümlədən Müdafiə Nazirliyinin İşlər X9 heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “Şəhid” statusu barədə arayışın verilməsindən qanunvericiliyin tələbinə əsasən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-52/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-52/2020
28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver