Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-521/2023 11.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “Turab-91” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ilə Əlincə məhəlləsinin kəsişməsində yerləşən əsas sahəsi 7,3 kv.m, köməkçi sahəsi 11 kv.m olmaqla, ümumi sahəsi 18.3 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı cavabdehdən 72000 (yetmiş iki min) manat məbləğində kompensasiyanın tutularaq “Turab-91” kiçik müəssisəsinə ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Turab-91” kiçik müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ilə Əlincə məhəlləsinin kəsişməsində yerləşən əsas sahəsi 7,3 kv.m, köməkçi sahəsi 11 kv.m olmaqla, ümumi sahəsi 18.3 kv.m olan qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı cavabdehdən 72000 (yetmiş iki min) manat məbləğində kompensasiyanın tutularaq “Turab-91” kiçik müəssisəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X2 məhkəməyə 15 avqust 2023-cü il tarixli iddiadan imtina barədə ərizə göndərdiyini, lakin vəsatət qaldıraraq, həmin ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyini bildirmiş, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən 15 avqust 2023-cü il tarixli ərizəsinə baxılıb iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 11 dekabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X2 ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddiaçının iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçının 15 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Turab-91” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ilə Əlincə məhəlləsinin kəsişməsində yerləşən əsas sahəsi 7,3 kv.m, köməkçi sahəsi 11 kv.m olmaqla, ümumi sahəsi 18.3 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı cavabdehdən 72000 (yetmiş iki min) manat məbləğində kompensasiyanın tutularaq “Turab-91” kiçik müəssisəsinə ödənilməsi tələbi"nə dair iddiası üzrə iddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X1 15 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X1 15 avqust 2023-cü il tarixli 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı “Turab-91” kiçik müəssisəsinin nümayəndəsi X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ilə Əlincə məhəlləsinin kəsişməsində yerləşən əsas sahəsi 7,3 kv.m, köməkçi sahəsi 11 kv.m olmaqla, ümumi sahəsi 18.3 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı cavabdehdən 72000 (yetmiş iki min) manat məbləğində kompensasiyanın tutularaq “Turab-91” kiçik müəssisəsinə ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-521/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-521/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver