Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-521/2025 05.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13inə qarşı "JN - 919A, 10600028 kod nömrəli, 2006-cı il tarixli və JN -919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqi-texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Bənəniyar kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmiş, mülkiyyət sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənmiş və mülkiyyətçilərə təqdim olunmuşdur. 09 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri, Bənəniyar kənd İcra nümayəndəsinin müavini, Bənəniyar kənd Bələdiyyəsinin sədri və onun iştirakı ilə torpağına baxış keçirilmiş və ona akta imza çəkməsi bildirilmişdir. Bir neçə gündən sonra həyətinin ortasından qonşusuna maşın yolu verildiyi məlum olmuşdur. Qonşusunun yolu olmasına baxmayaraq onun həyətini iki yerə bölüb əlavə ikinci yol verilmişdir. İddiaçının Torpağa mülkiyyət haqqında şəhadətnaməsində 0,22 hektar torpaq sahəsi vardır. Lakin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 29 oktyabr 2024-cü il tarixli məktubu ilə PHŞ-nin məlumat bazasında onun faktiki istifadəsində JN-919 A kadastr nömrəsi ilə 1828,87 m2 və JN-919 B kadastr nömrəsi ilə 302,23 m2 həyətyanı torpaq sahəsinin uçota alındığını bildirmişdir. (1828,87+302,23=2131,1 m2). Onun həyətyanı torpaq sahəsi iki yerə bölünmüş, 68,9 m2 torpaq sahəsi alınıb, qonşuya ikinci yol verilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən 09 oktyabr 2024-cü il tarixdə yazılmış aktın ləğv edilməsi, 2200 m2 həyətyanı torpaq sahəsinin qeydiyyata alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in iddiaya dair məhkəməyə ünvanlanan 29 noyabr 2024-cü il tarixli, 04/281 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 09 oktyabr 2024-cü il tarixdə İddiaçı şifahi müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin, Culfa Rayon İcra Hakimiyyəti başçısının Bənəniyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi müavininin, Bənəniyar bələdiyyəsi sədrinin və İddiaçı iştirakı ilə əraziyə baxış keçirilmişdir. Culfa rayon Bənəniyar kəndinin yerquruluşu planına uyğun olaraq 919A va 919B nömrəli həyətyanıların sərhədləri naturada yerində ölçülüb, mərz nişanlarının yeri iddiaçıya yerində bir daha göstərilmişdir. Nəticəsi barədə Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələbləri izah olunaraq akt tərtib edilmiş, tərtib olunmuş akt iddiaçıya ucadan oxunmuş, akt imzalarla təsdiq olunmuşdur Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə "Dövlət torpaq kadastri, torpaqların monitorinqi va yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2006-cı ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Bənəniyar kəndində də torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmiş, mülkiyyət sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənmiş və mülkiyyətçilərə təqdim olunmuşdur. Torpaq islahatı aparılan zaman tərtib olunmuş mülkiyyət sənədləri ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in məlumat bazasında İddiaçı faktiki istifadəsində JN- 919A kadastr nömrəsi ilə 1828,87 m², JN-919B kadastr nömrəsi ilə 302,23 m² həyətyanı torpaq sahəsi uçota alınmışdır. İddiaçı məhkəməyə 03 iyun 2025-ci il tarixli ərizə təqdim edərək iddia tələbinə “JN - 919A, 10600028 kod nömrəli, 2006-cı il tarixli və JN -919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqi-texniki sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in üzərinə qoyulması” məzmununda baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli, 2-1(122)-521/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 avqust 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13i tərəfindən Culfa rayon Bənəniyar kənd sakini İddiaçı ünvanlanan 29 oktyabr 2024-cü il tarixli, 05/Ə-N-46/1-1/2024 nömrəli məktubdan məlum olur ki, 09 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin, Culfa Rayon icra Hakimiyyəti başçısının Bənəniyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi müavininin, Bənəniyar bələdiyyəsinin sədrinin və iddiaçının iştirakı ilə Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələbləri ona izah olunaraq araşdırmanın nəticəsi barədə akt tərtib edilmiş, imzalarla təsdiq olumuşdur. Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2006-cı ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Bənəniyar kəndində də torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmiş, mülkiyyət sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənmiş və mülkiyyətçilərə təqdim olunmuşdur. Torpaq islahatı aparılan zaman tərtib olunmuş mülkiyyət sənədləri ləğv edilmişdir. X13in məlumat bazasında iddiaçının faktiki istifadəsində JN-919A kadastr nömrəsi ilə 1828,87 m2, JN-919B kadastr nömrəsi ilə 302,23 m2 həyətyanı torpaq sahəsi uçota alınmışdır. - JN- 919A KOD 10600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 0.22 ha torpaq sahəsi verilmişdir. - JN- 919A KOD 10600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 0.18 ha torpaq sahəsi verilmişdir. - JN- 919B KOD 10600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinə 0.03 ha torpaq sahəsi verilmişdir. - Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan məlum olur ki, Əliyev (Nuriyev) Vəli Qafarəli oğlunun Culfa rayon Bənəniyar kənd icra nümayəndəliyi 55 saylı doğum akt qeydində soyadı Əliyev və Culfa rayon Əbrəqunus kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 saylı nikah akt qeydində soyadı Nuriyev qeyd olunmuşdur. - Culfa Rayon İcra Hakimiyyəti Bənəniyar Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 fevral 2025-ci il tarixli, 14 nömrəli məktubdan məlum olur ki, İddiaçı və qonşusu X1 müraciətlərinə əsasən həmin mübahisəli piyada (cığır) yoluna Bənəniyar Bələdiyyəsi ilə birgə bir neçə dəfə baxış keçirilmişdir. Sözügedən piyada (cığır) yoldan gediş-gəliş eləmək üçün İddiaçı qonşusu X3 ilə bir neçə dəfə mübahisəsi yaranmışdır və Bənəniyar Bələdiyyəsinə məxsus xəritəyə əsasən sözügedən torpaq sahəsində azalma yoxdur və həmin torpaq sahəsinin yuxarı hisəsində piyada (cığır) yolu vardır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 fevral 2025-ci il tarixli, 04/84 nömrəli məktubdan məlum olur ki, Xidmətin məlumat bazasında Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarının ləğv olunması ilə bağlı məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 mart 2025-ci il tarixli, 04/158 nömrəli məktubdan məlum olur ki, Culfa rayonu, Bənəniyar kəndində aqrar islahat aparılan zaman Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı əsasında Culfa rayonu, Bənəniyar kəndində 0,22 ha həyətyanı torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin 2006-cı ildə Bənəniyar kəndində dəqiqləşmə işləri aparılan zaman torpaq sahəsinin sərhədləri bir daha dəqiqləşdirilmiş və torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq "Torpağın mülkiyyətə verilməsinə dair" JN-919A və JN-919B nömrəli Şəhadətnamələr verilmişdir. Vəli Nuriyevin iddia etdiyi sahə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan torpaq sahəsidir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 01 avqust 2025-ci il tarixli, 04/408 nömrəli məktubdan məlum olur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13ə qarşı "JN-919A 10600028 kod nömrəli və JN- 919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqitexniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair mübahisəli ərazi üçüncü şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1 və139-1.1.8-ci maddələrinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı JN - 919A, 10600028 kod nömrəli, 2006-cı il tarixli və JN -919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqi-texniki sənədlərin verilməsinə nail olmaqdan ibarətdir. İş materiallarında olan JN- 919A KOD 10600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X6 və onun ailə üzvlərinin mülkiyətinə 0.22 ha torpaq sahəsi verilmişdir. Lakin daha sonra qeyd olunan torpaq sahəsi bölünmüş və bununla bağlı İddiaçı JN- 919A KOD 10600028 nömrəli və JN- 919B KOD 10600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr (müvafiq olaraq 0.18 ha və 0.03 ha) verilmiş və nəticədə iddiaçıya məxsus 0.22 ha torpaq sahəsində 0.01 ha azalma olmuşdur. Nəzərə alınmalıdır ki, şəhadətnamədə qeyd olunan Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtarmadığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Digər yandan cavabdeh tərəfindən hər hansı magistral boru kəmərinin, yüksək gərginlikli elektrik şəbəkəsinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonasında və ya digər təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi halda iddiaçıya məxsus torpaq sahəsinin zərurət olmadan ikiyə bölünməsi və bunun nəticəsində torpaq sahəsinin azalması mülkiyyətə müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazi üçüncü şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmur, və hüquqi sənədlərdə göstərilən ölçüləri qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və həmin sənədin məzmununa uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bərabərlik prinsipi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 12-ci maddəsində də öz əksini tapmışdır. Həmin normaya görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə münasibətdə qeyd edilənlər və eləcə də, qanuni gözlənti və hüquqi müəyyənlik prinsiplərinin konsepsiyalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə bildirir ki, inzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanun nəzərdə tutur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (67.1,67.3) Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən İddiaçı cavabdeh Naxçıvan MR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13inə qarşı "JN - 919A, 10600028 kod nömrəli, 2006-cı il tarixli və JN -919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqi-texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. JN - 919A, 10600028 kod nömrəli, 2006-cı il tarixli və JN -919B 10600028 kod nömrəli, 2006-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi və Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli 12 nömrəli Qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin vahid əmlak kimi qeydə alınıb, hüquqi-texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-521/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-521/2025
05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver