Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-531/2023 14.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz şəhər ərazisində olan sahəsi 27.9 kv.m. olan torpaq sahəsində “Günəş” kiçik müəssisəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binasının dəyəri olan 100.000 (bir yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz şəhər ərazisində olan sahəsi 27.9 kv.m. olan torpaq sahəsində “Günəş” kiçik müəssisəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binasının dəyəri olan 100.000 (bir yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə 14 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 16 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı yeməkxana binasının sökülməsi, kompensasiya ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən Şahbuz şəhərində yerləşən 300 kv. metr torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, buna görə iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyərək, belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz şəhər ərazisində olan sahəsi 27.9 kv.m. olan torpaq sahəsində “Günəş” kiçik müəssisəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binasının dəyəri olan 100.000 (bir yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə iddiaçının nümayəndəsi Nümayəndə 16 avqust 2023cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə 16 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz şəhər ərazisində olan sahəsi 27.9 kv.m. olan torpaq sahəsində “Günəş” kiçik müəssisəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və həmin qeyri-yaşayış binasının dəyəri olan 100.000 (bir yüz min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-531/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-531/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver