Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-531/2025 29.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən (axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək saraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır) güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı-60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarı ilə müvafiq ərizənin təmin edilməsindən imtina edilmişdir. Mübahisələnilən qərarda müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi onun qanunvericiliyə əsasən tələb edilən ümumi və xüsusi iş stajının olmadığı göstərilmişdir. Cavabdeh orqan tərəfindən onun ümumi və xüsusi iş stajına dair inzibati icraat zamanı təqdim edilən sənədlər-sübutlar düzgün tədqiq edilməmiş, qiymətləndirilməmişdir. O, xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş aşağıda göstərilən tarixlərdə əmək fəaliyyətində olmuşdur: -xx.xx.1983-cü ildən tarixdən xx.xx.1987-ci il tarixədək Özbəkistan Respublikası X16 X9nda maşinist vəzifəsində-03 il, 11 ay, 25 gün ; -xx.xx.1987-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X22 X11 maşinist vəzifəsində işləmişdir-20 il, 08 ay, 25 gün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı" Dəmiryol Nəqliyyatı-teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kod 23001000 — 14241; Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycaıı Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı 21.4-bənd Dəmiryol nəqliyyatı- teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri. Onun ümumi iş stajına dair: - xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmət. Həmçinin bildirilir ki, mübahisələnilən qərarda onun güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışının olmaması göstərilmişdir. Bununla bağlı qeyd olunur ki, onun əmək fəaliyyətinə dair işəgötürənin və dövlət arxivinin arayışları müvafiq ərizəyə əlavədə Fonda təqdim edilmişdir. İstinad edilən faktın hüquqi əsası kimi qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1 -ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası qəbul edilir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin qeyd edilməlidir ki, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayışın verilməsi əmək kitabçasının mövcudluğu ilə deyil, görülən işin-peşənin qanunvericiliyə əsasən "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğunluğu əsasında verilir. İş üzrə təqdim edilmiş iddiaçının əmək fəaliyyətinə dair arxiv arayışları ilə İddiaçı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğu təsdiqlənir ki, bu hal Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.l-ci maddəsinin dispozisiya şərtlərini əhatə edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İləmin Qanununun 19.l-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİQ-nın 2,0.2 maddə); Qanunsuz, inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (İİQ-nın 67.2maddə) İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq məhkəmədən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya qarşı 09 dekabr 2024-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 5 mart 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentınin Xüsusi şərtlərlə təyinat şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. Şöbənin 04 oktyabr 2024-cü il tarixli, №:xxxxxxx767B04C5D2C3 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, tələb olunan ümumi və xüsusi stajının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışının olmaması göstərilmişdir. Bununla razılaşmayan Məmmədov X10 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Özbəkistan Respublikası, X16 lokomotiv Deposunda maşinist (03 il, 11 ay, 25 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X22 X11 maşinist (20 il, 08 ay, 25 gün) vəzifələrində işləmişdir. Həmçinin xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Mübahisələndirilən qərarda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışının olmaması göstərilmişdir. Bununla bağlı iddiaçı ərizəsində qeyd edir ki, onun əmək fəaliyyətinə dair işəgötürənin və dövlət arxivinin arayışları müvafiq ərizəyə əlavə olunaraq Fonda təqdim edilmişdir. ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 13/237 nömrəli arayışında qeyd olunan məlumatlara görə X22-Culfa Lokomativ deposunun sənədlərinə əsasən, İddiaçı xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad edilməsi və xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə “maşinist” qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 21 №-li əmrlə işdən azad edilməsi müəyyən edilir. Həmçinin arayışda İddiaçı 1980-ci ildə 3 ay, 1981 -ci ildə 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 12 ay, 1991 -ci ildə 5 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 12 ay, 1997-ci ildə 11 ay, 1999-cu ildə 11 ay, 2000-ci ildə 11 ay, 2001 -ci ildə 12 ay, 2002-ci ildə 11 ay, 2003-cü ildə 11 ay, 2004-cü ildə 12 ay, 2005-ci ildə 12 ay, 2006-cı ildə 12 ay, 2007-ci ildə 12 ay və 2008 ci ildə 1 ay olmaqla, cəmi 212 ay, yəni 17 il 6 ay 6 gün əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli X24 Yolunun “Özbəkistan” lokomativ deposunun arayışına əsasən, İddiaçı xx.xx.1983-cü il tarixli, 1761 saylı əmrlə baş mexanik şöbəsinə işə qəbul edilib, xx.xx.1983-cü il tarixli, 1778 saylı əmrlə 6 aylıq sürücü kursuna göndərilib. xx.xx.1983-cü il tarixli, 593 saylı əmrlə sürücü köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.1987-ci il tarixli, 978 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı əmək kitabçası olmadığından ümumi və xüsusi iş dövrlərinə Naxçıvan MR Dövlət Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 13/1237 nömrəli arayışları və X8 əmək haqqı arayışında olan qeydlərə əsasən, onun 23 il 9 ay 14 gün ümumi stajı olduğu müəyyən olunmuşdur. Qeyd edək ki, işin hallarının hərtərəfli araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-2107/2024 nömrəli məktubu ilə Fond tərəfindən “X20” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim olunması xahiş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş məktubda İddiaçı hansı sahədə və neçə il işləməsi qeyd edilmədiyindən, eləcədə ona məxsus əmək kitabçası və yaxud əmək kitabçasının təsdiq edilmiş surəti təqdim edilmədiyindən arayışın verilməsinin imkan xaricində olması qeyd edilmişdir. Fondun 04 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-S-6121/2024 nömrəli əmək pensiyasının təyin olunması üçün çatışmayan sənədlər barədə məktubundan görünür ki, İddiaçı qanuni nümayəndəsi X3 əmək kitabçasının əsli (notarial qaydada təsdiq olunmuş surəti) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilməsi xahiş edilmişdir. İddiaçı qanuni nümayəndəsi X6 xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qəbul şöbəsində qəbul edilərək hansı səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilmədiyi izah edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentınin Xüsusi şərtlərlə təyinat şöbəsinin 4 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərərı ilə İddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qərarda həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim olunmadığı hallarda müvafiq dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınması qanunauyğun hesab olunmaması, İddiaçı əmək kitabçası olmadığından ümumi və xüsusi iş dövrlərinə Naxçıvan MR Dövlət Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 13/1237 nömrəli arayışları və X8 əmək haqqı arayışında olan qeydlərə əsasən 23 il 9 ay 14 gün ümumi stajı olduğu müəyyən olunmuşdur. İddiaçı ümumi və xüsusi iş stajı arayışlara əsasən, aparılmış araşdırma nəticəsində tələb olunan ümumi və xüsusi stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubuna əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməməsi və iddiaçının 25 il ümumi iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 26 avqust 2025-ci il tarixli 2-1(122)-531/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 oktyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, xx xxxxxx 1962-ci ildə anadan olduğunu, 60 yaşının 15 yanvar 2022-ci il tarixdə tamamlandığını, texniki səhvlik nəticəsində iddia tələbinin məzmununda “xx.xx.2023-cü il” qeyd edildiyini bildirərək, məhkəmədən iddia tələbində “xx.xx.2023-cü il” ifadəsinin “xx.xx.2022-ci il” kimi oxunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 oktyabr 2025-ci il tarixli protokol qərardadına əsasən iddia tələbində “xx.xx.2023-cü il” ifadəsinin “xx.xx.2022-ci il” kimi oxunması qərara alınmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, ərizəni, arxiv arayışlarını, hərbi bileti və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarından görünür ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim olunmadığı hallarda müvafiq dövrün güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınması qanunauyğun hesab olunmur. Vətəndaş İddiaçı əmək kitabçası olmadığından ümumi və xüsusi iş dövrlərinə Naxçıvan MR Dövlət Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 13/1237 nömrəli arayışları və X8 əmək haqqı arayışında olan qeydlərə əsasən baxılaraq 23 il 9 ay 14 gün ümumi stajı olduğu müəyyən olunmuşdur. İddiaçı ümumi və xüsusi iş stajı arayışlara əsasən aparılmış araşdırma nəticəsində tələb olunan ümumi və xüsusi stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Vətəndaşa qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (inzibati qaydada) və ya məhkəmə qaydasında (inzibati iddia) müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. - İddiaçı nümayəndəsi X6 və vəkili Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 24 may 2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı-60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilmişdir. Müvafiq ərizədə İddiaçı güzəştli şərtlərlə iş stajını əhatə edən vəzifələrdən-1983-cü il tarixdən xx.xx.1987-cı il tarixədək Özbəkistan Respublikası X16 "X9”nda maşinist vəzifəsində işləməsi faktına istinad edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə-46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Maddə-45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə iş stajını əhatə edən vəzifələrdən-1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Özbəkistan Respublikası X16 X9nda maşinist köməkçisi vəzifəsində işləməsi faktına dair "X9” tərəfindən verilmiş, tərcüməsi notarial qaydada təsdiq olunmuş arayışlar iş üzrə inzibati icraat zamanı sübut əhəmiyyətinin qiymətləndirilməsi üçün təqdim edilmişdir. - 01 noyabr 2021-ci il tarixli, 13/1237 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir X5 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad olunması, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə “maşinist” qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 21 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - 01 noyabr 2021-ci il tarixli, 13/1237 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1980-1981, 1988-2008-ci illərdə Naxçıvan Dəmir X4 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - 06 may 2024-cü il tarixli, 41 nömrəli arxiv arayışından görünür ki, xx xxxxxx 1962ci il təvəllüdlü İddiaçı həqiqətən aşağıdakı dövrlərdə X24 Yolunun “Özbəkistan” lokomotiv deposunda işləyib: 1. xx.xx.1983 - baş mexanik şöbəsinə mexanik işə qəbul edilib - əmr 29 iyul 1983-cü il tarixli, 1761 saylı əmr; 2. xx.xx.1983 - 6 aylıq sürücü hazırlığı kursuna göndərildi - xx.xx.1983-cü il tarixli, 1778 saylı əmr; 3. xx.xx.1983 - sürücü köməkçisi keçirilsin - xx.xx.1983-cü il tarixli, 593 saylı əmr; 4. xx.xx.1987 - əmək müqaviləsinə xitam verilmişdir - 28 iyul 1987-ci il tarixli, 978 saylı əmr. Arayış 1983-1987-ci illər üçün kadrlar üçün sifariş kitabçaları, şəxsi T-2 kartı və əmək haqqı üçün şəxsi hesablar əsasında verilmişdir. Özbəkistan Respublikası Prezidentinin 7 noyabr 1994-cü il tarixli, УП-982 saylı Fərmanı ilə X24 Yolu “X16” X21 Yolu Cəmiyyəti adlandırılmışdır. Özbəkistan Respublikası Prezidentinin 24 aprel 2015-ci il tarixli УП-4720 saylı Fərmanı ilə “X16” X21 Yolu Cəmiyyəti “X16” Səhmdar Cəmiyyəti adlandırılmışdır. - 06 may 2024-cü il tarixli, 26 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 1983-1987-ci illərdə "Özbəkistan" lokomotiv işində işləmiş və müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsinə əsasən Şəxsi hesablar. 1983 - 1987. Əmək haqqı ödənişləri rubl və qəpiklə hesablanmışdır. işçiyə əməkhaqqından başqa mükafatlar və digər pul həvəsləndiricilərin verildiyi hallarda, onların hesablanması haqqında məlumat “Əmək haqqı” qrafasında müvafiq ayın əmək haqqından ayrıca göstərilir. Təqdim olunan məlumatların düzgünlüyünə və etibarlılığına görə tam məsuliyyət daşıyırıq. Arxiv arayışı bütün növ əmək haqqıları ilə Pensiya fondunun rayon (şəhər) şöbəsinə təqdim etmək üçün verilib. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1962ci ildə Culfa şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyadadır. İş materiallarına əlavə edilmiş: - “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 18 avqust 2025-ci il tarixli, 13-1/2-9479/2025 nömrəli məktubdan görünür ki, İddiaçı 1980-ci il avqust-dekabr (5 ay); 1987-ci il 18 avqust-dekabr (4 ay 12 gün);1991-ci il may, iyun, avqust-dekabr (7 ay); 1992-ci il yanvar, fevral, avqust, sentyabr (4 ay); 1993-cü il yanvardekabr (12 ay); 1997-ci il avqust (1 ay); 1999-cu il fevral (1 ay); 2000-ci il avqust (1 ay); 2002-ci il avqust (1 ay); 2003-cü il dekabr (1 ay); 2008-ci il yanvar, fevral, mart, 7 may (3 ay 7 gün) aylarında əməkhaqqı almadığı barədə “X18” MMC-də heç bir sənəd yoxdur. xx.xx.2016-cı il tarixinədək olan sənədlər “X18” MMC-nin arxivində mövcud deyildir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı sosial sığorta stajı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. ******* nömrəli Hərbi biletin sürətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay 5 gün). Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin 13/1237 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından məlum olur ki, Məmmədov X10 Dəmir Yolu-Culfa Lokomotiv deposuna xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə "fəhlə” qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 76 №- li əmrlə işdən azad edilmiş (11 ay 2 gün) və xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə "maşinist" qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 21 №-li əmrlə işdən azad edilmişdir (20 il 8 ay 19 gün). xx.xx.2024-cü il tarixli X24 Yolunun "Özbəkistan" lokomativ deposunun arayışına əsasən İddiaçı xx.xx.1983-cü il tarixli, 1761 saylı əmrlə baş mexanik şöbəsinə işə qəbul edilib, xx.xx.1983-cü il tarixli, 1778 saylı əmrlə 6 aylıq sürücü kursuna göndərilib. xx.xx.1983-cü il tarixli, 593 saylı əmrlə sürücü köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.1987-ci il tarixli, 978 saylı əmrlə işdən azad edilmişdir (3 il 11 ay 26 gün). İddiaçı əmək kitabçası olmadığından onun iş stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla, Naxçıvan MR Dövlət Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli, 13/1237 nömrəli arayışları və X8 əmək haqqı arayışında olan qeydlərə əsasən 27 il 8 ay 22 gün müəyyən olunmuşdur. X1 Sistemində (bundan sonra MEİS) 2010-cu il ilin fevral, mart, aprel aylarında adına 3 (üç) aylıq odəniş olduğundan ümumi stajının 27 il 11 ay 22 gün olduğu məlum olmuşdur. Lakin, Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin 13/1237 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı 1980-ci il avqust-dekabr (5 ay); 1987-ci il 18 avqust-dekabr (4 ay 12 gün); 1991-ci il may, iyun, avqust-dekabr (7 ay); 1992-ci il yanvar, fevral, avqust, sentyabr (4 ay); 1993-cü il yanvar-dekabr (12 ay); 1997-ci il avqust (1 ay); 1998-ci il yanvar-dekabr (12 ay); 1999-cu il fevral (1 ay); 2000-ci il avqust (1 ay); 2002-ci il avqust (1 ay); 2003-cü il dekabr (1 ay); 2008-ci il yanvar, fevral, mart, may (3 ay 7 gün) aylarında əməkhaqqı almamışdır. Qeyd edilən aylar (illər) staj kimi nəzərə alınmamış və bu səbəbdən 27 il 11 ay 22 gün (xx.xx.1980-xx.xx.2008) ümumi stajı 52 ay 19 gün (4 il 4 ay 19 gün) azaldılaraq 23 il 7 ay 3 gün müəyyən edilmişdir. Vətəndaşın əmək kitabçası olmadığı üçün təqdim etdiyi arxiv arayışlarına əsasən adında əməkhaqqı olmayan aylar iş stajından azaldılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərarına əsasən 2 №-li güzəşt arayışı olmadığından xüsusi stajını müəyyən etmək mümkün olmamışdır. - “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2025-ci il tarixli, 13-1/2-2329/2025 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan Dəmir Yolu X11 işlədiyi fəhlə vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Onun xx.xx.1987-xx.xx.2008-ci il tarixlərində Azərbaycan Dəmir Yolu X11 işlədiyi teplovoz maşinist vəzifəsi 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) abzasına uyğundur. - “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 24 aprel 2025-ci il tarixli, 13-1/2-4554/2025 nömrəli məktubdan görünür ki, İddiaçı qeyd olunan tarixlərdə (xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (xüsusən də mübahisəli olduğundan 1980, 1987, 1991- 1993, 1997-2000 və 2002-2003-cü illərdə) adları çəkilən sənədlər (əməkhaqqı cədvəllərinin və əmr kitablarından çıxarışlar, ştat cədvəlləri və s.) “X18” MMC-nin arxiv sənədləri arasında aşkar edilməmişdir. Arxivdə olan sənədlər 2016-cı ildən bugünədək mövcuddur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-328/2025 nömrəli məktubdan görünür ki, İddiaçı X22 X11 1980, 1981,1987, 2008-ci illərdə işləməsi barədə əmr kitablarından çıxarış və 1980-2008-ci illərdə aldığı əməkhaqqılar haqqında 03 mart 2025-ci il tarixli, 3- 48-NDA/2-2-M-3xx-xx/2025 nömrəli arxiv arayışları göndərilmişdir. 03 mart 2025-ci il tarixli, 3-48-NDA/2-2-M-3xx-xx/2025 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir X5 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1980-cı il tarixli, 171 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad olunması, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə "maşinist" qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 21ş №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Eyni tarixli və nömrəli digər arxiv arayışından görünür ki, İddiaçı 1980-1981, 1987-2008-ci illərdə Naxçıvan Dəmir X4 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 16 may 2025-ci il tarixli, 3-48-NDA/1-2-722/2025 nömrəli məktub ilə məhkəməyə ünvanlanmış 13 may 2025ci il tarixli, 3-48-NDA/2-2-M-7xx-xx/2025 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir X5 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə "fəhlə" qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad olunması, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə "maşinist" qəbul edilməsi, xx.xx.2008-ci il tarixl,i 21 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Digər arxiv arayışından görünür ki, İddiaçı 1980- 1981, 1988-2008-ci illərdə Naxçıvan Dəmir X4 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində Naxçıvan Dəmir X5 1987 və 1993-cü illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinməmiş, 2008-ci ilin yanvar-mart aylarına dair əməkhaqqı cədvəllərində adı var, lakin adına əməkhaqqı yazılmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 21 avqust 2025ci il tarixli, 3-48-NDA/1-2-1398/2025 nömrəli məktub ilə məhkəməyə ünvanlanmış 20 avqust 2025-ci il tarixli, 3-48-NDA/2-2-M15xx-xx/2025 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Axivində mühafizə olunan Naxçıvan Dəmir X5 sənədlərinə baxdıqda müəyyan oldu ki, İddiaçı xx.xx.1980-cı il tarixli, 171 №-li əmrlə fəhlə qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad olunması, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə maşinist qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 21 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Digər arxiv arayışından görünür ki, İddiaçı 1980-1981, 1988-2008-ci illərdə Naxçıvan Dəmir X4 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində Naxçıvan Damir X5 1980-ci ilin avqust-dekabr, 1991-ci ilin may, iyun, avqust-dekabr, 1992-ci iİin yanvar, fevral, avqust, sentyabr, 1997-ci ilin avqust, 1999-cu ilin fevraİ, 2000-ci ilin avqust, 2002-ci iİin avqust, 2003-cü ilin dekabr va 2008-ci ilin yanvar-mart aylarının əməkhaqqı cədvəlİərində adı var, lakin adına əməkhaqqı yazılmamışdır. 1981-ci ilin iyun-dekabr aylarına dair əməkhaqqı cədvəllərində isə işdən azad edilməsi qeyd olunmuşdur. 1987 va 1993-cü illərə dair əməkhaqqı cədvəllərində adına rast gəİinmədi. 2008-ci ilin yanvar-mart aylarına dair əməkhaqqı cədvəlİərində adı var, lakin adına əməkhaqqı yazılmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 29 oktyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-M-19xx-xx/2025 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafize olunan X19-X13 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə fəhlə qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad olunması, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə yeniden işə qəbul edilerek maşinist vəzifəsinə təyin edilməsi, xx.xx.2008-ci il tarixli, 21/s №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Eyni tarixli və nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arixivinde mühafizə olunan X18-X13 əməkhaqqı cədvəllərində İddiaçı 1980-1981, 1988-2008-ci illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində X18- X13 1987-ci il ve 1993-cü ilə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədi. 1991-ci ilin may, iyun, avqust-dekabr, 1992-ci ilin yanvar, fevral, avqust, sentyabr, 1997-ci ilin avqust, 1999-cu ilin fevral, 2000-ci ilin avqust, 2002-ci ilin avqust, 2003-cü ilin dekabr və 2008-ci ilin yanvar-mart aylarına dair əməkhaqqı cədvəllərində adı var, lakin adına əməkhaqqı yazılmadığı göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, xx.xx.1980-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 15 yanvar 2022-ci il tarixdə 60 yaşı tamam olduğu üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarı ilə iddiaçının tələbinin icrasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının qanunvericilikdə tələb olunan ümumi iş stajı və işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmasını sübut edən arayış mövcud deyil. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi;
2. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən qərarda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçıya pensiya təyin edilməsi ilə bağlı məsələni araşdırarkən hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin olması;
2. İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2022-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Yuxarıda qeyd olunan 1-ci şərtə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 2021-ci ilin iyul ayının 1-dən etibarən 65 olaraq müəyyən edilsə də, həmin Qanununun 9.1-ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur və 15 yanvar 2022-ci il tarixdə 60 yaşı tamam olduğundan Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarda imtina səbəbi kimi qeyd edilmişdir. Belə ki, iddiaçının əmək kitabçası mövcud olmasa da, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı toplanmış arxiv materiallarına əsasən İddiaçı xx.xx.1980-ci il tarixli, 171 №-li əmrlə “fəhlə” qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 76 №-li əmrlə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixli, 1761 saylı əmrlə "Özbəkistan" lokomativ deposunda baş mexanik şöbəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 1778 saylı əmrlə 6 aylıq sürücü kursuna göndərilmiş, xx.xx.1983-cü il tarixli, 593 saylı əmrlə sürücü köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 978 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 313 №-li əmrlə X11 “maşinist” qəbul edilmiş və xx.xx.2008-ci il tarixli, 21 №-li əmrlə işdən azad edilmişdir. Bununla da iddiaçının xx.xx.2022-ci il tarixədək 27 il 11 ay 22 gün ümumi iş stajının olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi, iddiaçının işə qəbul edilməsi, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi ilə bağlı əmrlər, həmçinin həmin dövrlərdə əməkhaqqı alması ilə bağlı məlumatlar tam təfsilatı ilə arxiv sənədlərində öz əksini tapmışdır. Cavabdeh inzibati orqan iddiaçının müəyyən illərdə bəzi aylarda adına əməkhaqqı qeyd edilmədiyini əsas gətirərək, həmin dövrləri onun ümumi iş stajından çıxır. Bu halda iddiaçının ümumi stajı 25 ildən azaldığından ona pensiya təyin edilməsindən imtina edirlər. Məhkəmə cavabdeh inzibati orqanın bu əsasla imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı əmrlə işə daxil olmuş və işdən azad edilmişdir. İllər üzrə müvafiq aylarda əməkhaqqı almaması onun həmin dövrlərdə işləməməsi və ya işdə olmamasını sübut etmir. İddiaçının işlədiyi aylardan hər hansı birində adına əməkhaqqı yazılmaması və ya bununla bağlı sənədlərin arxivə təhvil verilməməsi, arxivə təhvil verilmiş ayların düzgün araşdırılaraq çıxarılmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal iddiaçının pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müəyyən aylarda əməkhaqqı almaması və həmin ayların iddiaçının ümumi iş stajından çıxılması ilə bağlı imtinasını qanunsuz hesab edir. Bu hal isə özlüyündə sübut edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2-ci tələb də ödənilmiş hesab olunur. İddiaçının qanunvericilikdə tələb olunan minimum 12 il 6 ay xüsusi iş stajına malik olmasına münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əksəriyyətində zərərli işlərdə işlədiyindən onun 12 il 6 aydan çox xüsusi iş stajı mövcuddur. Cavabdehin etirazında imtina əsası kimi göstərilmiş digər hal olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışının olmamasıdır. Məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi maşinist vəzifəsi 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7ci (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) abzasına uyğundur. Həmçinin bu hal “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış müvafiq məktublarda da öz təsdiqini tapmışdır. Bununla da iddiaçı qanunvericilikdə tələb olunan minimum 12 il 6 ay olmaqla xüsusi iş stajına malik olmuşdur. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün nəzərdə tutulmuş 3-cü şərt də ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər üç şərt ödənildiyindən ona pensiya təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş inzibati akt- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Bununla da iddiaçının tələbinin 1-ci hissəsi təmin edilir. İddiaçının tələbinin 2-ci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, ona pensiya təyin edilməsindən imtina edilməsi barədə inzibati aktın ləğv edilməsi ona bu hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi deməkdir. Həmçinin yuxarıda sadalandığı kimi iddiaçıya münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş hər 3 şərt ödənildiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu öz təsdiqini tapmışdır. Bununla da, iddiaçının tələbinin ikinci hissəsi də təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 oktyabr 2024-cü il tarixli, xxxxxxx767B04C5D2C3 nömrəli qərarı ləğv edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV